Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1762/2024 03.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, iddiaçılar Rüstəmova Zəkı̇ yyə Zaur qızı və İddiaçı2 iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Rüstəmova Zəkı̇ yyə Zaur qızı və İddiaçı2 rayon məhkəməsinə verdikləri iddia ərizəsində bir-biri ilə faktiki nikah münasibətlərində yaşayan, cavabdehlərin himayəsində olan 2 azyaşlı uşağa dayəlik etmək və bunun müqabilində aylıq 400 manat xidmət haqqı ödənilməsi ilə bağlı razılaşmanın şərtlərinin pozulması nəticəsində ona dəymiş 1300 manat zərər məbləğinin və bunun üçün məhkəməyə müraciət etmək məqsədilə ödənilmiş dövlət rüsumunun Göyçayeva Zemfı̇ ra Samı̇ d qızı və Cavabdeh1 Fı̇ krət oğlundan müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Rüstəmova Zəkı̇ yyə Zaur qızı bildirmişdir ki, cavabdeh Zemfira xalası qızı ilə işləmiş, xalası qızı ona sonuncunun uşağı olduğunu və həmin uşaqlara baxa biləcəyini soruşmuşdur. Anasının xəstəliyinə görə razılıq verərək, 2024-cü ilin fevralın 8-dən 2024-cü ilin aprel ayının 08-dək cavabdehlərin 2 uşağına baxmışlar. Uşaqları öz evində saxlayaraq, onlara öz vəsaiti hesabına yemək verərək qulluq etmişlər. Cavabdehlər uşaqları aparan zaman, onlara pul olmadığını sonradan verəcəyini demişlər. Cavabdehlər uşaqları aparan zaman qəbz yazaraq aylıq 400 manat pul verəcəklərini qeyd etmişlər. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2 da ididaçı Rüstəmova Zəkı̇ yyə Zaur qızının dediklərini bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Göyçayeva Zemfı̇ ra Samı̇ d qızı və Cavabdeh1 Fı̇ krət oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məkəmə bildirişi göndərilmiş, lakin cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması barədə qeyd konvertin üzərində göstərilməklə poçt sənədi məhkəməyə qaytarılmışdır.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir Məhkəmədə elan olunmuş, qəbzdən görünür ki, cavabdehlər Göyçayeva Zemfı̇ ra Samı̇ d qızı və Cavabdeh1 Fı̇ krət oğlu tərəfindən 2 azyaşlı uşağa dayəlik etmək və bunun müqabilində aylıq 400 manat xidmət haqqı ödənilməsi ilə bağlı iddiaçılar ilə razılaşmışlar. Məhkəmə iddiaçıları dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdehlər 2 azyaşlı uşağı saxlamaq üçün iddiaçılara vermiş, iddiaçılar uşaqlara baxaraq üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdehlər icra etməmişlər. Ona görə də iddia təmin olunmalı, iddiaçının pozulmuş hüququ bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 529.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Göyçayeva Zemfı̇ ra Samı̇ d qızı və Cavabdeh1 Fı̇ krət oğlundan müştərək qaydada 800 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 20,90 manat alınıb Rüstəmova Zəkı̇ yyə Zaur qızı və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1762/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1762/2024
03.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver