Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1799/2023 22.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 80,80 manat məbləğin Şirvan Milli Parkında qanunsuz olaraq mal-qara otarmış Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olan Cavabdeh alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının xüsusi fondu VÖEN **********; müxbir hesab AZ71CTRE********************,Budcəə təsnifad kodu: 142330, Büdcə səviyyə kodu 1, Alan Bank: X1,kodu:210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il 20 fevral tarixində Şirvan Milli Parkının əməkdaşları tərəfindən Parkın mühafizə rejimini yoxlamaq məqsədi ilə reyd keçirilərkən xx xxxxx 1968-ci il tarixində anadan olmuş və Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olan Cavabdeh şəxsi təsərrüfatına ona aid olan 20 (iyirmi) baş xırda buynuzlu mal-qara və 1 (bir) atı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə salmışdır. Cavabdeh barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib olunmuş, Şirvan Milli Parkına 80,80 manat ziyan vurduğunu ona bildirilmiş, dəymiş ziyanı könüllü olaraq ödəməsi təklif edilmişdir. Bu barədə cavabdehə müvafiq məktub göndərilmişdir. Hal-hazıradək Cavabdeh Şirvan Milli Parkına dəymiş ziyanı könüllü ödəməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 80,80 manat tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının nümayəndəsi X3 bildirmişdir ki, cavabdeh barədə akt tərtib olunmuş və həmin akt əsasında cərimə yazılmışdır. Cavabdeh barəsində inzibati qərar mövcuddur. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 20 fevral 2023-ci il tarixli, № 61768 saylı aktdan görünür ki, həmin tarixdə ünvan 1 kəndi ünvanında yerləşən Şirvan Milli Parkında yoxlama aparılarkən ərazidə Cavabdeh 20 (iyirmi) baş xırda buynuzlu mal-qara və 1 (bir) atı otararkən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş 21 fevral 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 20 fevral 2023-ci il tarixində şəxsi təsərrüfatındakı 20 (iyirmi) baş xırda buynuzlu mal-qara və 1 (bir) atı qanunsuz olaraq otarmaq məqsədilə Şirvan Milli Parkın ərazisinə daxil etmişdir. İş materialında olan 3 saylı Regional Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında 13 mart 2023-ci il tarixli, № ******* saylı qərarı ilə şəxsi təsərrüfatındakı 20 (iyirmi) baş xırda buynuzlu mal-qara və 1 (bir) atı qanunsuz olaraq otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə saldığına görə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada 400 manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 20 fevral 2023-cü il tarixində Şirvan Milli Parkının ərazisində qanunsuz olaraq xırda buynuzlu mal-qara otarması nəticəsində təbiətə vurulmuş zərərə görə Seymur Kərimov tərəfindən tərtib olunmuş ödəniş cədvəlindən görünür ki, dəymiş ziyanın cəmi məbləği 80,80 manat təşkil edir. Hesablama Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 saylı Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavəyə əsasən aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xüsusi mühafizə olunan təbiət ərazisinə vurduğu maddi ziyana görə 80,80 manat məbləğində pul tutularaq, VÖEN **********; müxbir hesab AZ71CTRE********************, Büdcə təsnifad kodu: 142330, Büdcə səviyyə kodu 1, Alan Bank: X1,kodu:210005, Vöen: ********** H/hesabı: AZ41NABZ013601**********3944, S.W.İ.F.T. CTREAZ22 Şirvan Milli Parkının xüsusi fonduna ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1799/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1799/2023
22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver