Məhkəmə qərarları › İş №2(057)-183/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-183/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-183/2023 12.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə pul tələbinə dair mülki işə 12 yanvar 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 3777,16 manat və ödənilmiş 58 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 bildirmişdir ki, arvadı 2015ci ildə "xxxx" ASC-dən kredit götürmüşdür. Hər ay kartdan pul çıxardıb ödəməsi üçün özünün pensiya kartını bank işçisi Cavabdeh vermişdir. Sonuncu hər ay kredit ödədikdən sonra kartda qalan 15-20 manatı geri qaytarmışdır. 3 ildən sonra Cavabdeh ona bildirmişdir ki, artıq onun kredit ödənişi sona çatmış, borcu tam ödənilmişdir. Buna görə də, kartını özünə geri qaytarmışdır. Kartını sonuncudan aldıqdan sonra Bankın filial müdiri olan X1 təmizlik kağızını istəmiş, lakin sonuncu təmizlik kağızı verə bilmədiyini demişdir. Daha sonra bank yoldaşına qarşı iddia qaldırmış və ondan 3777,16 manat pulun tutulması barədə 30 iyun 2022-ci il tarixli qətnamə çıxarılmışdır. Ona görə də məhkəməyə iddia ilə müraciət edərək pulunu Məmmədağadan tələb edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı tanımadığını və bankdan kredit götürüb-götürməməsi barədə məlumatı olmadığını bildimişdir. Sonuncu kartı bank işçisi Toğrula vermişdir. İddiaçı kartını almamış, kartdan pul çıxararaq banka ödəniş etməmişdir. Lakin hər ay pensiyadan qalıq qalan 15-20 manat pulu iddiaçıya və ya ərinə qaytarmışdır. Həmin pulu bankın filial müdiri olan Əlinin sürücüsü bankomatdan çıxararaq gətirib Əliyə ödəniş etmək üçün vermişdir. Pulun ona aidiyyəti olmadığını qeyd edərək verilmiş iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(057)-73/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 2458,57 manat əsas borc, faiz borcu üzrə 1308,59 manat, hesablanmış cərimə borcuna görə 10 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat məbləğində pul tutularaq Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi qət edilmişdir. Məhkəmədə elan olunmuş Salyan rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(057)73/2022 saylı Xüsusi Qərardadından görünür ki, "ZaminBank” ASC-nin Salyan Filialında işləmiş Cavabdeh adlı bank əməkdaşının əməlində dələduzluq cinayətinin əlamətləri olduğundan, qeyd olunan halların araşdırılması üçün Salyan rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh onun bütün aidiyyəti orqanlarda təmsil etməyi, o cümlədən ona çatası pensiya kartını və pensiya pulunu almağı, aldığına dair imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etibar etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edİr ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh "xxxx" ASC-nin işçisi olan zaman iddiaçıya verilmiş kreditin ödənilməsi üçün sonuncunun pensiya kartını almış, notariat qaydasında təsdiqlənmiş etibarnamə ilə özündə saxlamış və iddiaçının kreditini həmin kart vasitəsi ilə ödəməsini öhdəsinə götürməsinə baxmayaraq ödəməni tam deyil, qismən etmiş, nəticədə kart vasitəsi ilə əldə etdiyi vəsaitin bir hissəsini mənimsəmişdir. İddiaçının bank qarşısında öhdəliyi tam icra olunmamış qalmışdır. Bank işçisi olan cavabdehin iddiaçıdan pensiya kartını alaraq, həmin kart vasitəsi ilə pul vəsatini bankdan çıxarması halı qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdeh öz qulluq mövqeyindən istifadə edərək iddiaçının pensiya kartı vasitəsi ilə vəsaitini çıxarmış, bir qismini banka ödəmiş, bir qismini isə ödəməmişdir. Qeyd edilənələrə əsasən məhkəmə belə hesab edir ki, cavabdeh iddiaçının pul vəsaitini kart vasitəsi ilə bankomatdan çıxarmış və mənimsəmişdir. Ona görə də iddia təmin edələrək məhkəmə qətnaməsi ilə iddiaçıdan tələb olunan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 359.1-ci maddəsində qeyd olunmuşdur ki, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3777,16 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 58 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar