Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1833/2024 12.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 135000 (yüz otuz beş min) manat və dövlət rüsumuna görə ödədiyi 425 manat pul vəsaitinin alınıb ona qaytarılmasına dair qətnmə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Biləsuvar şəhərində yaşayır. Cavabdehla bir-birini tanımış və bir-birinə inamları olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü il tarixdə cavabdeh yanına gəlib ondan 135000 manat dəyərində gübrə məhsullarını nisyə götürmüşdür. 15 dekabr 2023-cü il tarixədək həmin məhsulun pulu olan 135000 manatı ona verəcəkdir. Belə ki, o da məhsulu alıb satır. O, münasibəti olduğundan və cavabdehə inandığından ondan notarial ərizə- qəbz almaqla ona 135000 manat dəyərində gübrəni vermişdir. 2023-cü ilin dekabr ayından cavabdehin öhdəsinə götürdüyü müddətdən 7 ay keçsə də, cavabdeh bu günə kimi 135000 manat pulu ödəməmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, Salyan rayon Prokurorluğunun cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 06 noyabr 2024-cü il tarixli qərarında görünür ki, göstərilənlərə əsasən həmin qərar ləğv edilməli, yuxarıda qeyd edilən xüsusatlar üzrə əlavə araşdırma aparılması, qarşıya çıxan digər xüsusatlar da araşdırılmaqla toplanmış sübutlara hüquqi qiymət verilib, əsaslı qərar qəbul edilməsi üçün materialın Salyan rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Toğrul Əhədzadənin icraatında olan 128c-24 saylı yoxlama materialına əlavə edilməklə araşdırılması sonuncuya həvalə edilməlidir. Həmin materiallar hazırda Salyan rayon Prkurorluğunda araşdırılır. Həmin araşdırma materiallarına baxış keçirilməsi və materiallarda olan sənədlərlə tanış olunmasından ötrü və həmin sənədlərin surətlərinin mülki iş materiallarına əlavə edilməsi üçün Salyan rayon Prokurorluğundan 1282-24 saylı yoxlama materialının tələb olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, Salyan rayon Prokurorluğunun cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 06 noyabr 2024-cü il tarixli qərarında görünür ki, həmçinin araşdırma materialında olan İddiaçı və onun atası "xxxx"nin QSC-nin Biləsuvar rayonunda fəaliyyət göstərən Alim Heydarzadə polisdə verdikləri izahatlarında şirkətin direktoru Arzu Şahnəzərovun izahatına zidd olaraq Cavabdeh xx.xx.2023-cü il tarixində notarial qaydada götürdüyü öhdəliyindəki 135000 manat pulun Zaura deyil, məhz şirkətə borclu olmasını bildirmişlər. Bu xüsusatın araşdırılması üçün "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməlidir. Odur ki, "xxxx" QSC-nin (VÖEN **********, hüquqi ünvanı Goranboy rayonu, Qızılhacılı ŞTQ, Vəkil1 küçəsi ev 96) mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclaslarında iddiaçının nümayəndəsi Vəkil1 bildirmişdir ki, onların "xxxx" QSC ilə mübahisələri yoxdur. Borcun şirkətə aidiyyatı yoxdur, bu borc tərəflər arasında yaranmış borcdur. Cavabdeh ayrı-ayrı vaxtlarda iddiaçıdan satış məqsədi ilə nisyə gübrə almış, satıb pulunu ödəyəciyini öhdəsinə götürmüş, lakin ödəməmişdir. Cavabdehin bacısı "xxxx" QSC-nin əməkdaşıdır, 35000 manat borc sonuncuya aiddir. Cavabdehin isə iddia ərizəsində yazıldığı kimi 135000 manat borcu var. Cavabdehə borcunu ödəməsi ilə bağlı pretenziya göndərilsədə o, borcunu ödəməmişdir. Odur ki, cavabdehdən 135000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi Vəkil2 vəsatətləri müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında vəsatət təqdim edərək göstərmişdir ki, hazırki vəziyyətdə mülki işin mürəkkəbliyi ilə əlaqədar işə baxılması müddəti artırılmalıdır. Azərbaycan Respublikası MPM 172.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər. Təqdim olunmuş sübutlardan Salyan rayon Prokurorluğunun cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 06 noyabr 2024-cü il tarixli qərarında görünür ki, göstərilənlərə əsasən həmin qərar ləğv edilməli, yuxarıda qeyd edilən xüsusatlar üzrə əlavə araşdırma aparılması, qarşıya çıxan digər xüsusatlar da araşdırılmaqla toplanmış sübutlara hüquqi qiymət verilib, əsaslı qərar qəbul edilməsi üçün materialın Salyan rayon prokurorunun köməkçisi, İl dərəcəli hüquqşünas Toğrul Əhədzadənin icraatında olan 128c-24 saylı yoxlama materialına əlavə edilməklə araşdırılması sonuncuya həvalə edilməlidir. Həmin materiallar hazırda Salyan rayon Prkurorluğunda araşdırılır. Həmin araşdırma materiallarına baxış keçirilməsi və materiallarda olan sənədlərlə tanış olunmasından ötrü və həmin sənədlərin surətlərinin mülki iş materiallarına əlavə edilməsi üçün Salyan rayon Prokurorluğundan 1282-24 saylı yoxlama materialı tələb olunmalıdır. Bir daha əsaslandırır ki, Salyan rayon Prokurorluğunun cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 06 noyabr 2024-cü il tarixli qərarında görünür ki, həmçinin araşdırma materialından olan İddiaçı və onun atası KFG Kemistriy QSC-nin Biləsuvar rayonunda fəaliyyət göstərən Alim Heydarzadə polisdə verdikləri izahatlarında şirkətin direktoru Arzu Şahnəzərovun izahatına zidd olaraq Cavabdeh xx.xx.2023-cü il tarixində notarial qaydada götürdüyü öhdəliyindəki 135000 manat pulun Zaura deyil, məhz şirkətə borclu olmasını bildirmişlər. Bu xüsusatın araşdırılması üçün "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməlidir. "xxxx" QSC (VÖEN **********, hüquqi ünvanı Goranboy rayonu, Qızılhacılı ŞTQ, Vəkil1 küçəsi, ev 96) mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi zəruridir. Buna görədə bir daha bildirir ki, həmin materiallar Salyan rayon Prokurorluğundan götürülməklə iş öyrənilməli və buna müvafiq olaraq obyektiv iş araşdırılmalıdır. Onların vəsatətləri əsasında "xxxx" QSC-nin direktoru cəlb edilməsini xahiş etdikləri halda ona heç bir məlumat çağırış bildiriş verilmədiyi halda teleqram vuraraq bu pul tələbinin ona heç bir aidiyyatı olmadığını bildirmişdir. Maraqlıdır ki, bu işdə heç bir aidiyyatı yoxdursa niyə teleqram vurur və münasibət bildirir. X1 araşdırma materialı nəzərdən keçirildiyi halda bu qeyd edilənlərin tam əksi sübuta yetirilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən icraatda olan mülki işlə bağlı əlavə araşdırma tələb edildiyini və işin mürəkkəb və çətin olduğunu nəzərə alaraq 2 ay müddətinə işə baxılma müddəti uzadılmasını, həmin araşdırma materiallarına baxış keçirilməsi və materiallarda olan sənədlərlə tanış olunmasından ötrü və həmin sənədlərin surətlərinin mülki iş materiallarına əlavə edilməsi üçün Salyan rayon Prokurorluğundan 1282-24 saylı yoxlama materialının tələb olunması, "xxxx" QSC (VÖEN **********, hüquqi ünvanı Goranboy rayonu, Qızılhacılı ŞTQ, Vəkil1 küçəsi, ev 96) mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi, cəlb edilmədiyi halda "xxxx" QSC (VÖEN **********, hüquqi ünvanı Goranboy rayonu, Qızılhacılı ŞTQ, Vəkil1 küçəsi, ev 96) direktoru X2 şahid kimi cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 cavabdehin nümayəndəsi Vəkil2 vəsatətinə etiraz edərək iş üzrə yekun qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçı tərəfindən ona ünvanlanmış pretenziyanı aldıqdan sonra notariusa getmiş, ərizəsini ləğv etmişdir. Cavabdehin atası onu arxayın edərək, inamından sui-istifadə etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 vəsatəti müdafiə edərək bildirmişdir ki, Alim Heydərov bildirir ki, malı o, satıb, cavabdeh də bunu təsdiq edir. Şahnəzərov teleqram ünvanlayıb, lakin onun bu barədə məlumatının olub-olmaması barədə məlumat yoxdur. Sübut kimi məhkəməyə “Whatsapp” mesajları təqdim etmişlər. Lakin cavabdeh boyun qaçırır. Onlar pulu ödəsələr də, iddia geri götürülmür. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli vəsatəti əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Cavabdeh Biləsuvar rayon Notariat Ofisində notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Biləsuvar rayon sakini İddiaçı satış məqsədi ilə 135000 manat dəyərində olan mineral gübrə çeşidlərini qəbul etmiş və həmin gübrə məhsullarını realizə etməkdədir. Gübrəni qəbul edərkən o, yuxarıda göstərilən məbləği xx.xx.2023-cü il tarixədək İddiaçı ödəməyi öz üzərinə götürür. İş materiallarında olan 14 oktyabr 2023-cü il tarixli "xxxx" QSC, onun işçisi və eyni zamanda Tapagro sistemindəki anbar nümayəndəsi X3 və ona zamin duran Cavabdeh arasında imzalanmış üzləşmə aktından görünür ki, xx.xx.2023-cü il tarixinə olan Tapagro sistemindəki anbar qalığı və ümumi ödənilməli olan məbləğ 180153.1 manat təşkil edir. İş materiallarında olan "xxxx" QSC-nin direktoru Şahnəzərov Arzu və işçi İbişova Elvira arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, E.İbişova anbarda olan mallara, ona etibar edilən maddi dəyərlilərə və habelə edilmiş işlərə görə tam maddi məsuliyyət daşıyır. O, anbarda olan mallara, ona etibar edilən maddi dəyərlilərə və habelə edilmiş işlərə dəyən maddi zərərə görə tam maddi məsuliyyət daşımaqdadır. Elvira İbişova ona etibar edilən maddi dəyərlilərə və habelə edilmiş işlərə qayğı ilə yanaşmalı heç bir halda ziyan gətirməməlidir, həmçinin onun günahı ucbatından dəyən ziyanın ödənilməsi ziyanın miqdarının müəyyən edilməsindən sonra qüvvədə olan qanunvericiliyin əsasında həyata keçirilir. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşma müqaviləsinə əsasən ona 135000 manat borcu vardır. Həmin borcu xx.xx.2024cü il tarixə kimi ödəməyi öhdəsinə götürsə də, bu günə kimi borcunu ödəməmişdir. 10 gün müddətinə borcunu ödəməsə hüquq mühafizə orqanlarına müraciət edəcəkdir. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Heydərov X5 şəhəri, şəhid İqbal Astanlı küçəsi, ev 2 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş 06 noyabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞnin İB-nin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 2024-cü il 30 sentyabr tarixli qərarı ləğv edilmiş, material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması nəticəsinə uyğun qanuni qərar qəbul edilməsi Salyan rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Toğrul Əhədzadəyə tapşırılmış, material Toğrul Əhədzadənin icraatında olan 128c-24 saylı yoxlama materialına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Biləsuvar rayon Notariat Ofisində notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Biləsuvar rayon Notariat Ofisində 8İ-8059 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə verdiyini, borcun olmaması səbəbindən yuxarıda qeyd edilən ərizədən imtina etməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və ərizə başqa notariat ofisində təsdiq edilibsə bu ərizənin dərhal sistem vasitəsilə ərizəni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Tərəflər arasında yaranmış münasibətlər Alğı-satqı müqaviləsi münasibələridir və mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin alğısatqı müqaviləsi ilə bağlı normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 329.2ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mübahisə tərəflər arasında nisyə alğı-satqı münasibətlərindən yaranmışdır. Belə ki, iddiaçı gübrə məhsullarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdır. Cavabdeh notarial qaydada ərizə verərək iddiaçıya 135000 manat borclu oduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından cavabdehin iddiaçıdan gübrə məhsulları almaması, yaxud ona borcunun olmaması, yaxud İddiaçı polis şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatlarda Cavabdeh xx.xx.2023-cü il tarixində notarial qaydada götürdüyü öhdəliyindəki 135000 manat pulun Zaura deyil, məhz "xxxx" QSC-yə borclu olmasını sübuta yetirməlidir. Buna baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və Salyan Rayon Prokurorunun xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi barədə qərardan görünür ki, cavabdeh ilə "xxxx" QSC arasında olan mübahisə müki hüquqi xarakter daşıdığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 135000 (yüz otuz beş min) manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, cavabdeh notarial qaydada ərizə verərək iddiaçıya 135000 manat borclu oduğunu etiraf etməklə iddiaçını sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. MPM-in 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzər alaraq hesab edir ki, 425 (dörd yüz iyirmi beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 135000 (yüz otuz beş min) manat məbləğində pul və 425 (dörd yüz iyirmi beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 135000 (yüz otuz beş min) manat məbləğində pul və 425 (dörd yüz iyirmi beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1833/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1833/2024
12.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver