Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-185/2023 04.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17,3 faizlə 24 ay müddətinə 8500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci ilin oktyabrın 28-dək Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 4963,98 manat əsas borc, 261,65 manat faiz borcu və 329,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5555,51 manat borcu vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 329,88 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 164,94 manat məbləğində tələb olunur.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4963,98 manat əsas borc, 261,65 manat faiz borcu, 164,94 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 5390,57 manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 73,91 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə baxış iclasının iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 6-Y-1-0-1396-21 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən kreditor borcalana 17,3 faizlə 24 ay müddətinə 8500 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 28 oktyabr 2022ci il tarixə 4963,98 manat əsas borcu, 261,65 manat faiz borcu, 329,88 manat cərimə borcu, ümumilikdə 5551,51 manat borcu vardır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən dövlət nəfinə 73,91 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2023-cü il tarixli, 9/1379 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 05 iyul 2021-ci il tarixdə bağlanmış 6-Y-1-0-1396-21 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il (maliyyə arayışı tarixinə) 4284,97 manat əsas, 127,67 manat faiz borcu olmaqla, cəmi 4415,64 manat borcu vardır. İş materiallarında olan Məhkəmə Orqanları ilə İş Şöbəsinin baş hüquqşünası Tahir Cabbarov tərəfindən verilmiş 2(057)-185/2023 saylı iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin olunmasına dair vəsatətdən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsi üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-185/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertiza təyin edilmişdir. Ekspertizanın aparılması AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən rəyi verilərək məhkəməyə göndərilmişdir.Lakin ekspert tərəfindən tam və ətraflı rəy verilməmişdir. Belə ki, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli, 9/1379 saylı ekspert rəyinə əsasən cavabdehin Banka əsas borcu 4284.97 AZN, faiz borcuİ 127.67 AZN, cəmi 4,415.64 AZN olduğu qeyd edilmişdir. İddiaçı bankın isə tələb üzrə təqdim etdiyi məbləğ əsas borc üzrə 4963.98 AZN, faiz borcu üzrə 261.65 AZN və cərimə üzrə 164.94 AZN -dir. Ekspert rəydə cərimə üzrə silinmələri nəzərə almamış və cərimə üzrə silinmiş məbləği müəyyən etməmişdir. Bunun nəticəsində ekspert rəydə düzgün qənaətə gəlməmişdir. Yəni məhkəməyə təqdim edilmiş maliyyə arayışında və hesabdan çıxarışda göstərilən rəqəmlər ilə ekspert rəyində göstərilmiş banka ödənilmiş əsas borc, faiz borcu fərqli, cərimə məbləği isə müəyyən edilməmişdir. Göründüyü kimi, ekspertiza düzgün aparılmamışdır. Odur ki, yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. İş üzrə təkrar ekspertiza təşkil olunaraq rəy alınmış və Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 9/4105 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 05 iyul 2021-ci il tarixdə bağlanmış 6-Y-1-0-1396-21 nömrəli nağd kredit verilməsinə dair Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 5 nömrəli Əlavə Razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh 28 oktyabr 2022-ci il tarixə (iddia tələbinin tarixinə) İddiaçı ASC-yə 4284,97 manat əsas, 127,67 manat faiz borcu olmaqla, cəmi 4415,64 manat borcu vardır.Mövcud iş materiallarında olan tərəflər arasında 05 iyul 2021-ci il tarixdə bağlanmış 6-Y-1-0-1396-21 nömrəli nağd kredit verilməsinə dair Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 5 nömrəli Əlavə Razılaşmanın şərtlərində cərimə faizi illik 180 faiz qeyd edilsə də, konkret olaraq hansı qaydada hesablanması göstərilməmişdir. Bundan başqa iş materiallarında iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh bankdan pul götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Bundan başqa ekspert rəyinə əsasən cavabdehin əsas borcu 4963,98 manat deyil, 4284,97 manat, faiz borcu 261,65 manat deyil, 127,67 manat təşkil etdiyindən məhkəmə həmin məbləğdə əsas və faiz borcunun tutulmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul Cavabdeh alınaraq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu,VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 4284,97 manat məbləğində əsas borc, 127,67 manat məbləğində faiz borcu, 164,94 manat məbləğində cərimə borcu, cəmi 4577,60 və ödənilmiş dövlət rüsumu əvəzində 62,75 manat alınaraq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul Cavabdeh alınaraq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu,VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-185/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-185/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver