Məhkəmə qərarları › İş №2(057)-187/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-187/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-187/2023 13.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X9 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə Cavabdeh, nümayəndəsi vəkil X4, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə İddiaçı, nümayəndəsi vəkil X2 iştirakı ilə avtomobil və ya dəyərinin tələb olunması, əqdin etibarsız hesab olunması tələbi barədə mülki işə 13 yanvar 2023-cü ildə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cavabdeh rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdeh İddiaçı mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin, avtomobilin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri olan 13000 manat və ödənilmiş 129 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh ilə arasında **-NH- *** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alqı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin müqavilə bağlandığı andan etibarsız sayılması və həmin avtomobilin onun mülkiyyətinə qaytarlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı onun bibisi nəvəsidir. 16 fevral 2021-ci ildə **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobili 13000 manata almışdır. Qohum olduğu üçün Turğut ondan avtomaşının bir müddət onda qalmasını xahiş etdiyi üçün ona maşını idarə etmək üçün etibarnamə vermişdir. Sonradan avtomaşını tələb etdikdə Turğut maşını qaytarmaqdan imtina etdiyi üçün ona verdiyi etibarnaməni ləğv etdirmişdir.Maşın Türğutun mülkiyyətində olmsa belə sonuncu onun mülkiyyətində olan avtomobili gizlədərək qaytarmadığı üçün məhkəməyə müraciət etmişdir.Turğutun kimdənsə borc alması və ya kiməsə pul borclu olması ona aidiyyəti olan məsələ deyildir. Turğutdan maşını 16 fevral 2021-ci ildə almış, onun borclu olması barədə qəbz 18 fevral 2021-ci ildə, yəni, iki gün sonra yazılmışdır.Hər iki məsələ ayrı-ayrı məsələlərdir. Turğutun ona 40000 manat borclu olması barədə məhkəmə qətnaməsi var, həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Maşını Turğutdan alarkən ona heç kim təsir göstərməmiş və müqaviləni özü imzalamışdır.Ona görə də Turğutun verdiyi iddianın əsassız olması səbəbindən rədd, özünün iddiasının isə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X1 Ağayevin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə 10,12 və 15 faiz ödəmək şərti ilə Elxanın bacısı Natavandan pul götürmüşdür.Əvəzində əmək haqqı kartını və 250 qram qızılı Natavana vermişdir.Aldığı borcları hissə-hissə artmış və 2021-ci ilin fevral ayının 16-da Natavan ona qardaşı Elxanın pulunu tələb etdiyini demişdir. Onu şantaj etmiş, məcbur olaraq öz maşınını müqavilə ilə Elxanın adına keçirmişdir.Lakin Elxan heç kimin bilməməsi üçün maşınını etibarnamə ilə idarə etmək üçün ona vermişdir. 2021-ci ilin dekabr ayında Elxan maşını ondan almışdır.Həmin günü yol polisinin cəriməsinə görə Elxanın qapısına getmiş və Elxan maşını ondan alıb içəri salaraq qapını bağlamışlar.18 fevral 2021-ci ildə Elxanın atası Elxan qızı Natavanın yanında onun Elxana 40000 manat borcu olması barədə qəbz yazdırmışdır.Natavan qadın olduğu üçün qəbzi Elxanın adına yazmağı bildirmişlər. Artıq həmin qəbzlə bağlı Elxan məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi vardır. Özü bilmədiy üçün qəbz yazmışdır. Özünün iddiasının təmin, Cavabdeh iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi vəkil X5 nümayəndəsi olduğu şəxsin dediklərini bir daha təsdiq etmişdir. Mülki işə əlavə olunmuş 13 fevral 2022-ci il tarixli Salyan RPŞ-nin müstəntiqi A.Hağıyevin cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Cavabdeh **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobillə bağlı verdiyi şikayət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Salyan Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 40000 manat pulun alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. Nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilini 10000 manata Cavabdeh satmışdır. İşdə olan 17 fevral 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilini idarə etmək üçün İddiaçı xx.xx.2029-cu il tarixədək vermişdir. Cavabdeh nümayəndəsi vəkil X4 məhkəməyə verdiyi ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən iddia müddətini tətbiq etməklə İddiaçının rədd olunmasını xahiş etmişdir. Mülki işə əlavə olunmuş 10 iyun 2021-ci il tarixli Salyan RPŞ-nin müstəntiqi Ş.İbrahimovun cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh barəsində verdiyi şikayət üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi votsap yazışmalarla bağlı məhkəmə qeyd edir ki, həmin yazışmalar hazırkı mübahisənin həll olunması üçün heç bir sübut əhəmiyyəti daşımır. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilini idarə etmək üçün İddiaçı verdiyi etibarnaməni 23 may 2021-ci ildə ləğv etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edr ki, Cavabdeh iddiası qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, 17 fevral 2021-ci ildə Cavabdeh öz mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobili idarə etmək üçün İddiaçı etirbanamə vasitəsi ilə vermişdir.Bu hal məhkəmədə heç bir mübahisə doğurmamışdır.Avtomobilin İddiaçı verilməsini sonuncu özü də etiraf etmişdir. Lakin o, avtomobilin Cavabdeh tərəfindən əlindən alındığını bildirsə belə bu barədə məhkəməyə sübut təqdim etməmiş, qarşı tərəf də onun dedikləri ilə razılaşmamışdır.Bu halda məhkəmə Cavabdeh dedikləri ilə razılaşır və həmin səbəbdən Cavabdeh iddiasının maşın hissədə təmin olunmasını əsaslı hesab edir. Cavabdeh avtomaşının olmadığı halda 13000 manat pul tələbi ilə bağlı məhkəməyə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə avtomobilin dəyəri 10000 manat qeyd olunduğundan iddia həmin məbləğdə təmin olunmalıdır. İddiaçı iddiası ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış əqdin etibarsızlığı üçün həmin əqdin qanunda müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirildiyi halda etibarsız hesab olunması mümkündür. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, tərəflər arasında bağlanmış əqd qanunvericilyin tələblərinə uyğun formada bağlanmış və hər iki tərəf anlaqlı şəxs olmaqla iradə ifadələrini əks etdirməklə əqd bağlamışlar. Ona görə də əqdin etibarsız hesab olunması üçün məhkəmədə heç bir hal müəyyən olunmamışdır. Tərəflər arasında bağlanmış əqdə yalan əqd kimi hüquqi qiymət vermək mümkün deyildir. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.Göründüyü kimi hazırki mübahisədə tərəflərin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətləri olmamışdır. Tərəflər əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmuş və nəticədə İddiaçı maşını satmış, Cavabdeh isə almışdır. Onlar arasında bağlanmış həmin müqavilə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyəti ilə bağlanmış əqddir.Onlar arasında bağlanmış əqd onların bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən müqavilə deyildir. Onların iradələri həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunmamışdır. Qeyd edilənələrə əsasən məhkəmə İddiaçı iddiasının rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində göstərilmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsində qeyd olunmuşdur ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 374.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsində göstərilmişdir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Bir sıra ölkələrin qanunvericiliyində də yalan əqdlərlə bağlı münasibətləri tənzimləyən eyni məzmunlu normalar nəzərdə tutulmuşdur. Belə ki, Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinin saxta əqdlər adlanan 117-ci paraqrafına əsasən, əgər şəxsə yönəlmiş iradə ifadəsi onun özünün razılığı ilə görüntü üçün edilmişdirsə bu müqavilə əhəmiyyətsizdir. Əgər saxta müqavilə digər həqiqi müqaviləni pərdələmək üçün bağlanmışdırsa, pərdələnən əqdə aid qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: - Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericilikdə əqdlərin etibarsızlığı üçün bir il müddət nəzərdə tutulmuşdur. Göründüyü kimi İddiaçı qeyd edilən müddəti ötürmüşdür.Qarşı tərəf öz növbəsində iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış əqdin etibarsızlığı üçün heç bir əsas olmamaqla yanaşı iddiaçı kəsici müddəti ötürmüşdür. Ona görə də məhkəmə İddiaçı iddiasının rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh iddiası qismən təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobil, avtomobilin qaytarılması mümkün olmadıqda isə dəyəri- 10000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanisib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 99,25 manat alınıb Cavabdeh verilsin. Cavabdeh iddiası qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh arasında **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alqı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin müqavilə bağlandığı andan etibarsız sayılması və həmin avtomobilin onun mülkiyyətinə qaytarlması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov İş № 2(057)-187/2023 QƏTNAMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN SALYAN RAYON MƏHKƏMƏSİ X9 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə Cavabdeh, nümayəndəsi vəkil X4, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə İddiaçı, nümayəndəsi vəkil X2 iştirakı ilə avtomobil və ya dəyərinin tələb olunması, əqdin etibarsız hesab olunması tələbləri barədə mülki işə 13 yanvar 2023-cü ildə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh iddiası qismən təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobil, avtomobilin qaytarılması mümkün olmadıqda isə dəyəri- 10000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanisib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 99,25 manat alınıb Cavabdeh verilsin. Cavabdeh iddiası qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh arasında **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alqı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin müqavilə bağlandığı andan etibarsız sayılması və həmin avtomobilin onun mülkiyyətinə qaytarlması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov AZƏRBAYCAN RESPUBLİKASİ SALYAN RAYON MƏHKƏMƏSİ AZ 5200 Salyan şəhəri, Ə.Zeynalov.91, Tel/ fax 02125 5-50-14 13 yanvar 2023-cü il 2(057)-187/2023 Salyan rayonu, Qardili kəndində yaşayan Cavabdeh Surəti: Salyan rayonu, Təzəkənd kəndində yaşayan İddiaçı Salyan Rayon Məhkəməsinin 13 dyavan 2023-ci il tarixli 2(057)-187/2023 saylı qətnaməsi məlumat üçün Sizə göndərilir. Eyni zamanda Sizə izah olunur ki, qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadın geri qaytarılması ilə nəticələnəcəkdir.Qətnamədən şikayət verməyən işdə iştirak edən şəxs digər tərəfin şikayəti üzrə həyata keçirilən məhkəmə icraatında iştirak etmək maraqlarına toxunan və mübahisələndirilən hissə ilə bağlı öz dəlilələrini irəli sürmək hüququna malikdir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin apellyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması ilə yoxlanılması apellyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: qətnamə “ “ səhifədə Hakim: Ağarza Səmədov İş № 2(057)-2130/2022 QƏTNAMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN SALYAN RAYON MƏHKƏMƏSİ Çıxarış X9 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, iddiaçı X12 və cavabdeh X6, vəkili X3 iştirakı ilə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə 14 dekabr 2022-ci il də Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı X8 X6 ilə ailə üzvləri arasında Salyan rayon 1 saylı notariat kontorunun notariusu tərəfindən bağlanmış 4-Ə-153 saylı, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar