Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-188/2024 22.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 946 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Arbatan kəndində yaşayır. Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh özu üçün telefon almaq istədiyini və ona zamin durmağını ondan xahiş etmişdir. O cavabdehə inanaraq ona zamin durmuşdur. Daha sonra Salyan şəhəri, H.Z Tağıyev küçəsində yerləşən “Elektro Center" mağazasına getmişlər və cavabdeh ozü üçün telefon götürmüşdür. O, Cavabdeh zamin durmuş və mağaza onlarla müqavilə imzalamışdır. Daha sonra cavabdeh borcunu vaxtında qaytarmadığı üçün "Elektro Center” mağazasının sahibi X6 onları məhkəməyə vermişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-2157/2022 saylı, 28 noyabr 2022-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh və ondan 922 manat məbləğində borc və 24 manat məbləğində ödənilmiş dövlət rusumu müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə çıxandan sonra cavabdeh yenə də borcunu ödəməmiş, icra məmuru məcburi icra tədbirlərinə başlamışdır. Cavabdehin rəsmi əmək haqqısı olmadığı üçün həmin borc onun əmək haqqına yönəlmiş ümumilikdə ondan 946 manat məbləgində pul tutulmuşdur. Həmin arayışı iddia ərizəsinə əlavə etmişdir. Onun əmək haqqından tutulmuş 946 manat məbləgində pulun qaytarılması üçün dəfələrlə cavabdehə muraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır.Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-2157/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4, Cavabdeh və X1 müştərək qaydada 912 manat əsas borc, 10 manat cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzinə 24 manat tutularaq iddiaçı X3 hesabına ödənilməsi qət edilmişdir. Salyan rayon icra və probasiya şöbəsinin “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış 16586/R №-li, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, borclu İddiaçı əmək haqqı pulundan 946 manat məbləğində borc tam ödənilib qurtarana kimi hər ay 50 % tutularaq tələbkar X3 hesabına köçürülməli, həmçinin, borc ödənildikdən sonra məbləğin 7 %-i həcmində icra ödənişinin, yəni 66,25 manat icra ödənişi birdəfəyə tutulub Salyan rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülməsi qeyd olunmuşdur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Salyan rayon icra və probasiya şöbəsinə ünvanlanmış 6-68/2-2122/2023 №-li, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, borclu İddiaçı əmək haqqından 2023-cü ilin aprel ayından 2023-cü ilin avqust ayı daxil olmaqla 946 (doqquz yüz qırx altı) manat məbləğində borc məbləği fiziki şəxs X3 hesabına, 66,25 (altmış altı manat 25 qəpik) manat icra ödənişi isə Salyan rayon icra və probasiya şöbəsinin müvafiq hesabına ödənilmişdir. İcra sənədi tam icra edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsümu ödənilmişdir. Göründüyü kimi, cavabdehin fiziki şəxs X6 qarşısında olan kredit öhdəliyinin zamin, yəni hazırki iş üzrə iddiaçı olan İddiaçı tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunur. Belə ki, İddiaçı Cavabdeh zamin duraraq “Elektro Center” mağazasında ümumi dəyəri 1768 manat olan 1 ədəd Samsung TV 50 UE50AU716UXRU markalı televizoru 12 ay müddətinə kreditə götürmüşdür. Öhdəlik yerinə yetirilmədiyinə görə Salyan Rayon Məhkəməsinin 2(057)-2157/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X4, Cavabdeh və X1 müştərək qaydada 912 manat əsas borc, 10 manat cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzinə 24 manat tutularaq iddiaçı X3 hesabına ödənilməsi qət edilmiş və icra olunması üçün Salyan rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borc məbləği cavabdeh İddiaçı əmək haqqına yönəldilmiş və “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən borclu İddiaçı əmək haqqından 2023cü ilin aprel ayından 2023-cü ilin avqust ayı daxil olmaqla 946 (doqquz yüz qırx altı) manat məbləğində borc məbləği fiziki şəxs X3 hesabına, 66,25 (altmış altı manat 25 qəpik) manat icra ödənişi isə Salyan rayon icra və probasiya şöbəsinin müvafiq hesabına ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ödədiyi məbləği Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2023-cü ildə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə X5 olan borcu qaytarmamaqla onun qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı alqı-satqı müqaviləsi üzrə alınmış məişət avadanlıqlarına görə zamin durmuş, bununla da, iddiaçı qarşısında olan pul öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, İddiaçı onunla birlikdə X3 qarşısında birgə məsuliyyət daşımışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında X2 əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh alqı-satqı müqaviləsi əsasında məişət avadanlığı almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh borcunu ödəmədiyindən, iddiaçı zamin kimi cavabdehin əvəzinə öhdəliyi icra etdiyindən, Cavabdeh kreditora ödənilmiş məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq reqress qaydada tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 946 (doqquz yüz qırx altı) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-188/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-188/2024
22.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver