Məhkəmə qərarları › İş №2(057)-189/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-189/2023

12.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-189/2023 12.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə borcun ödənilməsi tələbi barədə mülki işə 12 yanvar 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 1900 manat məbləğinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh iş yoldaşıdır.2022ci ilin yayında Vəfa ona lotoreya oyununa qoşulacağı təqdirdə və bir verib üç alacağını demişdir. Birinci dəfə Vəfaya 10 manat vermiş, 3 ay sonra Vəfa ona 30 manat qaytarmışdır.Bu qayda ilə təqribən müxtəlif məbləğlərdə 1900 manat pulu Vəfaya vermişdir. Bütün pulları bir ay ərizində vermişdir. Sonradan Vəfa ona çekləri atmış və ondan aldığı pulları kiminsə ünvanına göndərmişdir. Bir dəfə Vəfa onun yanında olan zaman “milliÖn” aparatından kiməsə pul göndəmiş, amma kimə göndərdiyini bilməmişdir. Narxanım, Aygün, Həcər adlı qadınları tanımır.Vəfa onu pul qazanacağına inandırmışdır.Pullarını Vəfaya verdiyi üçün ondan tələb edir. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X1 iddiaçının dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, Jalə və iş yoldaşları ilə birlikdə iş yerində söhbət edən zaman qonşusu İlahənin lotoreya qurub hər ay 10 manat qoyub 30 manat götürmək mümkün olduğunu demişdir. 3 gün sonra Jalə ona yaxınlaşaraq pul qoyaraq pulunu artırmaq istədiyini demişdir. Bundan sonra İlahə ilə danışmış və onun yanında 10 manat pulu Jalə ona vermişdir. Sonra 30 manatı ona kimin verdiyini bilmir. Bir müddət sonra Jalə onun yanına gələrək kartında pul olduğunu və həmin pulu atmaq istədiyini bildirmişdir.Bundan sonra Jalə ilə birlikdə Azərbaycan Beynəlxalq Bankına getmişlər və Jalə öz kartından pul çıxarmışdır.Bundan sonra “MilliÖn” aparatına yaxınlaşaraq “whatsapp” qrupunda olan müxtəlif kartlara 400 manat pul köçürmüşdür. Jalə özü köçürə bilmədiyi üçün pulu o köçürmüşdür. İddiaçı özü pulu haraya köçürdüyünü bilmişdir. Bütün pulları Jalədən alıb onun yanında atmışdır. Zorla ondan pul almamışdır. O, həmin kartların sahiblərindən yapışmışdır.Jalə yalnız onu tanıdığını demişdir. İş materiallarına əlavə edilmiş ********** saylı, xx.xx.2022-ci il tarixli; ********** saylı xx.xx.2022-ci il tarixli; ********** saylı xx.xx.2022-ci il tarixli; və ********** saylı xx.xx.2022-ci il tarixli ödəmə əməliyyatlarından görünür ki, 416973******8691, 416973******5879, 416973******4159 və 416973******5879 saylı kartlara “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə müvafiq olaraq 500 manat, 400 manat, 400 manat və 600 manat məbləğlərində olmaqla cəmi 1900 manat pul köçürülmüşdür. Məhkəmədə iş materiallarında olan videodiskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Cavabdeh bildirmişdir; “sizin mənə verdiyiniz pulları İlahənin kartına atmışam”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MM-nin1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası MM-nin1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh heç bir qanuni əsas və ya müqavilə olmadan İddiaçı cəmi 1900 manat pul almışdır.Nəticədə iddiaçı qanuni əmlakından məhrum edilmiş və cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına 1900 manat pulu əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1900 manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar