Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-19/2023 06.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X10 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X13, cavabdeh X9 iştirakı ilə kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASCnin Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 035/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. İddiaçı 18 fevral 2020-ci il tarixli iddia tələbinin artırılması barədə ərizədə göstərmişdir ki, Cavabdeh ilə 035/14/1 saylı sonraki ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 125,1 kv.m ümumi 80,6 kv.m yaşayış, 44,5 kv.m köməkçi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir.Hazırda borclunun Banka ödənilməmiş 6652,95 manat əsas, 382,70 manat faiz, 1015,55 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 988,08 manat faiz olmaqla, cəmi 9039,28 manat borcu mövcuddur. Proses zamanı məlum olmuşdur ki, Cavabdeh vəfat etmişdir. Bu səbəbdən Salyan Rayon Məhkəməsinin 2(057)-44/2021 saylı qərardadı ilə işdə tərəf olan şəxs vəfat etdiyi üçün icraat dayandırılmışdır. Borclu mərhum Cavabdeh vəfatı ilə bağlı vərəsəlik işinin açılıbaçılmaması, açıldığı təqdirdə isə notarial işində olan sənədlərin istənilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Sorğu ilə tələb olunan məlumatlarla əlaqədar “Elektron Notariat” informasiya sistemində olan bütün məlumatlara əsasən mərhum Cavabdeh vəfatından sonra vərəsəlik işi açılmamışdır. Aparılan araşdırmalar nəticəsində Cavabdeh Bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən X4 (həyat yoldaşı) və X11 (oğlu) tərəfində icra olunmalı və Bank qarşısında birlikdə cavabdehlik daşımalıdırlar. Hazırda iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov məhkəməyə ərizə ünvanlayaraq ünvan 2 kv.m yaşayış, 44,5 kv.m köməkçi sahəndən ibarət 4 otaqlı fərdi yaşayış evini miras kimi faktiki qəbul edən və hüquqi varis kimi qiymətləndirilən cavabdeh mərhum Cavabdeh prosessual hüquqi varisliyi üzrə həyat yoldaşı X2 və X9 cavabdeh qismində işə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbi ilə bağlı 2(057)-19/2023 saylı mülki iş üzrə iş üzrə cavabdeh mərhum Cavabdeh prosessual hüquqi varisliyi üzrə həyat yoldaşı X5 və oğlu X12 cavabdeh qismində işə cəlb edilmişlər. İddiaçının nümayəndəsi X13 məhkəmədə iddia ərizəsində yazılanları təsdiq edərək, iddianın təmin olunmasının xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X11 iddianı qismən qəbul edərək, faiz və cərimələrin silinməsini, qalan hissədə təmin olunmasına etirazının olmadığını bildirmişdir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə sonuncuların iştirakları olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmədə elan olunmuş xx.xx.2014-cü il tarixli 035/14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli 035/14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* seriyalı nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh ünvan 3 ünvanda yerləşən, 125,1 kv.m ümumi, 80,6 kv.m yaşayış, 44,5 kv.m köməkçi sahəndən ibarət 4 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Həmin ev 30000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 16 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 6652,95 manat əsas, 382,70 manat faiz, 1015,55 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 988,08 manat faiz borcu olmaqla, cəmi 9039,28 manat təşkil edir. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır.Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Borclu üzərinə düşən öhdəliyi icra etmədiyindən tələb üzrə tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh ünvan 3 ünvanda yerləşən, 125,1 kv.m ümumi, 80,6 kv.m yaşayış, 44,5 kv.m köməkçi sahəndən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəlməlidir. İş üzrə Cavabdeh vəfat etdiyindən onun hüquqi varisləri X11 və X4 iddiaçı qarşsında məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında göstərilmişdir kı, həmin Məcəllənin 399.3-cü maddəsinin birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-nin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Əgər bank vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ümumi faizdən daha yüksək olan faiz ödənilməsini tələb etmək istəyirsə, bu zaman o, öz iş strukturunun xüsusiyyətləri və ya konkret halın şərtləri əsasında borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə bilməsini təsvir etməlidir. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 988,08 manat faiz borcunun cavabdehdən tutulması hissəsində hesab edir ki, iddiaçı tərəf borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini konkret şəkildə əsaslandırmadığı və məhkəməyə müvafiq sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə kredit borcuna mütənasib olduğundan 20 məbləğində cərimə pulu saxlanmalıdır.İpoteka predmeti olan əmlakın likvid dəyəri tərəflər arasında mübahisə olmadığından müqavilədə göstərilən 30000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X5 və X6 müştərək qaydada 6652,95 manat əsas, 382,70 manat faiz, 20 manat cərimə, cəmi 7055,65 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 23,40 manat tutulub Ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülsün. Tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Salyan şəhəri, Şəhriyar küçəsi ev 10-da yerləşən 125,1 kvm ümumi, 80,6 kvm yaşayış, 44,5 kvm köməkçi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin, əmlakın ilkin satış qiyməti 30.000 manat müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləği X11 və X1 müştərək qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-19/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-19/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver