Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-191/2024 06.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və maddi ziyan” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1745,36 manat məbləğində pulun, 37,45 manat ödənilmiş dövlət rüsumunun və 100 manat ekspertiza xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 1745,36 manat məbləğində maddi ziyan vurmuşdurlar. Belə ki, iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-917/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğvetmə prosesində olan Zamin Bank ASC-nin kredit müqaviləsi üzrə borcunun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamə əsasında cəmi 1745 manat məbləğində pul vəsaiti və 100 manat ekspertiza xərcinin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Mülki Məcəllənin 443.1 və 443.2-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələ edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. O, maddi ziyana düşmüşdür. Bu pul da cavabdehlərdən tutulmalıdır. Hesab edir ki, 1745 manat məbləğində pul vəsaiti, 37,45 manat dövlət rüsumu və 100 manat ekspertiza xərci cavabdehlərdən tutulmalı və ona ödənilməlidir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1745,36 manat pul, 37,45 manat dövlət rüsumu və 100 manat ekspertiza xərcinin əvəzinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək xx.xx.2015-ci il tarixdə Zamin bankdan 3 il müddətinə illik 28 % ödəmək şərti ilə 3350 manat kredit müqaviləsinə imza etmiş, amma ona 2800 manat pul verilmişdir. Ödənişləri həyata keçirmək üçün özünə aid olan pensiya kartını bankda işləyən Cavabdeh1 etibar etmişdir. O, kartdan çıxardığı pulu bankın müdiri Əliyə verməli və o da, pulu kassaya ödəməli idi. Pensiyasının məbləği 145 manat olmuşdur. 2 aydan bir banka gedib, pensiyasının qalığı olan 12 manatı almış, sonuncu ödənişi 2018-ci ilin may ayında edərək borcunu bağlamış və kartını geri götürmüşdür. 2019-cu ildə Kapital bankdan pul götürən zaman ona adında 3350 manat borcunun olması bildirilmişdir. Bundan sonra Bankın müdiri Əlini tapmışdır. Əli ona 2 ay vaxt verməsini, 2 aya məsələni həll edəcəyini desə də, etməmişdir. Ona görə də, Əlini notariusa apararaq borcunun olmamasını təsdiq edən sənədə imza etdirmişdir. Odur ki, qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, o, xx.xx.2015-ci il tarixdə Zaminbankın Salyan filialında işləyərkən İddiaçı özünə aid olan pensiya kartını ona etibar etmişdir. O isə həmin ödənişləri vaxtlı-vaxtında pensiya kartından çıxararaq bankın müdiri Əliyə vermişdir. Ödənişlərin Əli tərəfindən kassaya ödənilib-ödənilməməsindən məlumatsız olmuşdur. Lakin Cavabdeh2 tərəfindən Salyan rayon 2 saylı notariat ofisində verilmiş 24 may 2019cu il tarixli və 23 may 2019-cu il tarixli ərizələr ilə müəyyən olunmuşdur ki, o, həmin çıxardığı pulları Əliyusifin kredit ödənişi üçün ödəmişdir. Ümumiyyətlə, belə olan halda, iddiaçının onun özünü nəyə görə cavabdeh qismində işə cəlb etməsindən məlumatsızdır. Çünki qeyd olunan ərizələr ilə də sübut olunur ki, həmin ödənişlər onun tərəfindən Əliyə təqdim olunmuşdur. Odur ki, iddianın ona aid olan hissəsində rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh2 tərəfindən Salyan rayon 2 saylı notariat ofisində verilmiş 24 may 2019cu il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 müdir işlədiyi dövrdə, xx.xx.2015-ci il tarixli 501/15 nömrəli kredit müqaviləsinə əsasən tərəfindən İddiaçı 3350 manat məbləğində kreditin 36 ay müddətinə verildiyini və kreditin məbləğinin tam bağlandığını qeyd etmişdir. “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə onu bütün aidiyyəti orqanlarda təmsil etməyi, o cümlədən, ona çatası pensiya kartını və pensiya pulunu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 37,45 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ona məxsus pensiya kartına dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 xx.xx.2018-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri həyata keçirmək üçün kartdan çıxardığı pulu bankın müdiri Cavabdeh2 vermiş, o isə öz növbəsində, 24 may 2019-cu il tarixdə Salyan rayon 2 saylı notariat ofisində ərizə verərək, İddiaçı verilmiş kreditin məbləğinin onun tərəfindən tam bağlandığını bildirmişdir. Lakin, buna baxmayaraq, hazırki vaxtda İddiaçı banka olan borcu ilə bağlı Salyan Rayon Məhkəməsinin 2(057)-917/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi icraya yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 1745,36 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün ödənilmiş cəmi 37,45 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1745,36 (bir min yeddi yüz qırx beş manat 36 qəpik) manat məbləğində pul, 37,45 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində ekspertiza xərci tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 1745,36 (bir min yeddi yüz qırx beş manat 36 qəpik) manat məbləğində pul, 37,45 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində ekspertiza xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-191/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-191/2024
06.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver