Məhkəmə qərarları › İş №2(057)-192/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-192/2024

23.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-192/2024 23.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh ona vurduğu ziyanın əvəzi olaraq 5000 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 70 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 2018-ci ildə Cavabdeh ondan 500,300 və s. məbləğlərdə pul almış və qaytarmışdır. 2021-ci ilin noyabr ayında cavabdeh dostu Mərziyə adlı qadın üçün ondan pul istəmiş, o isə pulunun olmadığını bildirmiş və sonradan Svetlanadan 4200 manat pul alaraq Bikəyə vermişdir. Həmin vaxt orada bacısı Mehriban, İradə, Rədifə,Şəfəq və Svetlana olmuşlar. Svetlanadan pulu 6%-ə götürərək, özü 10%-ə vermişdir.Bikə pulu 5-6 aya qaytaracağını, lakin bir ay pulu verdikdən sonra isə Mərziyənin oğlunun hamını aldatdığını və onun da pulunu verməyəcəyini bildirmişdir. 2 il keçdikdən sonra sonuncu Mərziyənin banka borcu olduğunu və borcu bağlamaq üçün 800 manata ehtiyyacları olduğunu bildirmişdir. Özü həmin pulu Svetlanadan alaraq Bikənin ona göndərdiyi karta yükləmişdir. 1 ildən sonra bacısı Mehriban Bikəyə zəng edərək pulu tələb etmiş, Bikə isə polisə şikayət etdiyini, onların faizlə pul verən olduğunu və pulu polisdən almasını bildirmişdir.Polis onlardan izahat almamış, mülki iş olduğundan məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Pulu təqribən noyabr ayının sonlarında saat 14:00 radələrində Salyan şəhəri, Q.Səmədov 29 №-li evdə vermiş, Mərziyə onun evinə gəlməmiş, pulu ondan Məriziyyə üçün Bikə almışdır. Mehribanın kartına heç vaxt Mərziyə pul vurmamış və Mehribandan Mərziyə pul almamışdır.Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki, Xuraman dayısı qızıdır, əvvəllər ondan bir dəfə 2016-cı ildə 10% dərəcəsi ilə 500 manat almış və qaytarmışdır. Xuramandan başqa pul almamışdır. Mərziyə onun baldızının gəlinidir. Mərziyəyə 2017-ci ildə pul lazım olmuş, Mərziyə ondan pul istəmiş , özü Xuramana Mərziyənin 1200 manat faizə pul istədiyini demiş, Xuramanda Məzrziyənin gəlib götürməsini bildirmişdir. Həmin vaxt Xuraman Bakıda yaşamış, onlar isə Bakıda işləmişlər. Mərziyə ilə birlikdə Xuramanın evinə getmiş, Xuraman Mərziyəyə aylıq 10% dərəcəsi ilə 1200 manat pul vermiş və Mərziyə hər ay 10%-i ödəmişdir. Özü 2020-ci ilin aprel ayında Xuramana zəng edərək, Bakıdan çıxdığını və pulu aprel ayından senteyabr ayına kimi alıb qurtarmasını bildirmişdir. 2020-ci ilin sentyabr ayında işdən çıxarkən Mərziyəni Xuramandan soruşmuş və sonuncu isə Mərziyənin düz qız olduğunu bildirmişdir. Xuraman ona 4200 manat pul verməmişdir. Xuraman sonradan ona Mərziyəni axtarması ilə bağlı səs atmışdır. Mərziyə Xuramanla danışaraq bankdan pul götürmək üçün 800 manat pul almışdır. Özü Xuramana bu məsələ ilə bağlı heç bir söz deməmişdir. Pulu Mərziyənin oğlunun kartına Xuramanın bacısı Mehriban atmış və həmin pula görə 200 manat faiz ödəmişdir. Aralarında olan telefon səsləri var və həmin səslərin heç birində ona 4200 manat pul verilməsi deyilməmişdir. İddiaçı ona heç bir pul verməmiş, pulu Mərziyə xanıma vermişdir.. Mərziyə də 1200 manat pul götürmüş, sonradan isə borcunu ödəmişdir. Odur ki, iddianı qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X3 bildirmişdir ki, Ağdamın Xındırıstan kəndində qeydiyyatdadır və orada yaşayır. Bikə xanımın baldızı, Xuraman (başqası) xanım onun yoldaşının əmisi gəlinidir. Xuraman xanımı onunla 2017-2018-ci illərdə Bikə xanım tanış etmiş və o, Xuramandan birinci dəfə hissə-hissə 3000 manat pulu götürmüş və ona 10 faiz pul ödəməli idi. Pulu Bakıda olan zaman almış, faizi təqribən 6 il ödəmiş və faizi ilə birgə pulu geri ödəmişdir. 3000 manatı təqribən 2-3 ilə faizlə birlikdə verib qurtarmış, elə həmin vaxtlarda yenidən Xuramanın yanına getmiş və hissə-hissə 2000 manat pul götürmüşdür. Bikə xanım yanında olmamış, sonuncu yalnız bir dəfə 1500- 1600 manat pul götürən zaman onunla Xuramanı tanış etmək məqsədilə iddiaçının evində olmuşdur. Özü bundan sonra dəfələrlə 200, 500, 600 manat pul götürmüş və qaytarmışdır. 2 il bundan əvvəl Ağdama köçmüş və pulu Xuramanın deməsinə görə bacısı Mehribanın kartına vurmuşdur. Ağdama köçəndən sonra pulu ödəyib qurtarmışdır və 5000 manat pula görə 12000 manat faiz ödəmişdir. 2022-ci ilin noyabr ayında Xuramandan 800 manat pul istəmiş, Xuraman pulu oğlunun kartına göndərmiş və həmin pula görə 200 manat faiz ödəmişdir. Salyanda Xuramanın evində olmamış, 4200 manat pulu götürməmişdir və Xuramana 800 manat borcu var. Bikənin sonuncuya heç bir borcu yoxdur. Xuramanın onunla telefonla danışdığını və təhqir etdiyini bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, Xuraman onun rəfiqəsi, Bikə isə qohumudur. 2021-ci ilin noyabr ayında Xuraman ona Bikənin yenidən pul istədiyini və 4500 manat istədiyini demişdir. Özü 4200 manat pulu Xuramana vermiş, sonuncu isə həmin pulu Bikəyə vermişdir. Bikənin nə məqsədlə pul götürdüyünü bilməmişdir. Təqribən günortadan sonra Bikə tək gəlmiş və pulu almışdır. Xuraman pulu Bikəyə veriyini demiş, lakinin sonuncunun pulu kimə verdiyini bilməmişdir. Onunla birlikdə bacısı Şəfəq də orada olmuşdur. Mərziyəni orada görməmiş, Xuraman söhbət edən zaman Mərziyənin adını çəkməmişdir. Sonradan Xuraman ondan yenidən Bikəyə vermək üçün 800 manat pul götürmüşdür. Həmin pulu da geriyə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Xuramanı tanıyır. Sonuncu özü işləyən salonda müştərisi olmuşdur. 2021-ci ilin noyabr ayının axırlarında günorta vaxtlarında özü Xuramanın evində olan zaman Bikə xanım Xuramanın evinə gəlmiş və Xuramandan 4500 manat pul istəmişdir. Xuraman da Svetlanadan həmin pulu istəmiş və sonuncu 4200 manat pul gətirərək Xuramana vermişdir. Bikə pulu Mərziyə üçün götürdüyünü demiş, lakin orada Mərziyə olmamışdır. Özü Mərziyəni görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 bildirmişdir ki, Xuraman onun bacısı, Bikə isə bibisinin qızıdır. X2 4200 manat pul alaraq 2021-ci ilin noyabr ayında günorta vaxtında Bikə xanıma vermiş, sonuncu da həmin pulu Mərziyəyə verməli idi. Mərziyəni tanımır və pul verməmişdir. Yalnız bir dəfə 2022-ci ildə sonuncunun oğlunun kartına 800 manat pul atmışdır. Kartına Mərziyə və ya başqa qohumu pul atmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, hər iki tərəfi tanıyır, Xuramanla bir evli kimidir. 2021-ci ilin noyabr ayında günorta vaxtlarında Xuraman xanımın evində olan zaman Bikə gələrək 4200 manat pul istəmiş, Xuraman pulunun olmadığını deyərək Svetlanaya zəng vurmuş və pulu sonuncudan alaraq Bikəyə vermişdir. Bikə pulu Mərziyə üçün aldığını bildirmişdir. Sonradan Bikəyə 800 manat verilməsi barədə məlumatı yoxdur. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 800 manat pul “ABB” bank kartına “Milliön” terminalından əməliyyat nömrəsi ********** İBAR8- 664327710 göndərilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmədə iddiaçı tərəfindən təqdim olunmuş bir ədəd DVD diskinə baxış keçirilərək qulaq asılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehdən pul tələb etsə belə həmin tələbin təmin olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, təqdim etdiyi sübutar iddianın təmin olunması üçün kifayət etməmişdir. Eyni zamanda cavabdeh də iddiaçıdan tələb etdiyi məbləğdə pul almadığını bildirmişdir.Cavabdeh bildirmişdir ki, iddiaçı onun yanında Mərziyəyə 1200 manat pul vermişdir.Sadəcə olaraq tərəfləri tanış etmiş, pulun alınıb verilməsində heç bir rolu olmamışdır.Cavabdeh qeyd olunan məbləğin təmin olunması üçün tərəfələr arasında müqavilə olmalı və tərəflər üzərinə öhdəlik götürməli idilər.Lakin göründüyü kimi cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır.Ona görə məhkəmə iddianın Cavabdeh qarşı rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh ona vurduğu ziyanın əvəzi olaraq 5000 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 70 manatın alınıb ona ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar