Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1958/2024 14.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 7 ilə yaxın müddətdir ki, tanıyır. Aralarında əvvəlcədən ədavət və düşmənçilik olmamışdır. Münasibətləri normal olmuşdur. 2024-cü ilin yanvar ayında Anara telefonla zəng edərək, göldə fəhləlik etməsini və bunun qarşılığında hər ay 600 manat pul verəcəyini təklif etmişdir. Anar isə ona 9000 manata yaxın borcu olduğunu bildirərək, onun əlavə pula ehtiyacı olduğunu demişdir. O da Anara problem olmadığını bildirmişdir. Anar da onunla razılaşaraq fevral ayından ona məxsus göldə fəhləlik etməyə başlamışdır. 2024-cü ilin aprel ayında isə Anara 9000 manat pulu borc verən zaman, pulu aparıb lombarda olan borcunu bağlamış, orada olan qızılları satıb borcunu qaytaracağını demişdir. O da, razılaşmışdır. Lakin Anar borcundan 4000 manat pulu ona geri qaytarmışdır. Anardan pulun geri qalan hissəsini də qaytarmasını bildirdikdə, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamışdır. Anarın ona olan borcunun qalan hissəsini vermədikdə 1 aylıq əməkhaqqını, yəni 600 manat pulu borcundan çıxmış və nəticədə Anarın ona 4400 manat borcu qalmışdır. Borcunu bugünə kimi ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, özünə məxsus süni balıq gölləri olmuşdur. Sonradan süni balıq göllərinin olduğu ərazidə həm də mal-qara saxlamaq qərara gəlmişdir. Həmin ərəfədə tanışı Cavabdehla söhbət əsasında Anar ona demişdir ki, borcu var. Anara borcunu qaytarmaq üçün ona 9000 manat borc pul vermişdir. Anar borcundan bir hissəsini qaytarsa da 4400 manat borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, süni göldə işləmişdir. İşləyən zaman iddiaçı onun haqqını tam verməmişdir. Lakin buna baxmayaraq iddiaçıya borclu olduğu 4400 manat pulu işləyərək qaytaracaqdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, mülki iş üzrə cavabdeh tərəfdir. İddia tələbini tam qəbul edir. İşin məhkəmə baxışına təyin edilməsinə etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı Tural Fərmanlının 13 avqust 2024-cü il “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmişdir. İstintaq zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı 15 ildən artıqdır ki, tanıyır. Onların arasında əvvəlcədən ədavət və düşmənçilik olmamışdır. Münasibətləri normal olmuşdur. Bildirmişdir ki, 2024-cü ilin yanvar ayında Camal ona telefonla zəng edərək, göldə fəhləlik etməyini və bunun qarşılığında 600 manat pul verməyi ona təklif etmişdir. O, isə Camala 8000 manata yaxın borcu olduğunu və 600 manatın ona sərf etmədiyini Camala demişdir. Camal isə ona borcunu bağlayacağını və əmək haqqından hissə-hissə çıxacağını ona demişdir. O, da Camal ilə razılaşıb fevral ayından göldə fəhləlik etməyə başlamışdır. 2024-cü ilin aprel ayında isə Camal ona 9000 manat pulu verən zaman ona 9000 manatı aparıb lombardda olan borcunu bağlayıb burada olan qızılları satıb pulu Camala verməli olduğunu demişdir. O da, Camalla razılaşmışdır. O, Camalla bir həftə müddətində razılaşmışdır. Lakin o, lombardda olan borcunu bağlayıb burada olan qızılları satdıqda qızılların ümumi dəyəri 5000 manat pul etmişdir. O, 1000 manat pulu başqa borcuna vermişdir. 4000 manat pulu isə Camala vermişdir. Lakin Camal ondan pulun geri qalan hissəsini də istməmişdir. Onunda imkanı olmadığından 1 aylıq əmək haqqını, yəni 600 manatı da, Camala verib işdən çıxmışdır. Nəticədə onun Camala 4400 manat borcu qalmışdır. Onun imkanı zəif olduğundan pulunu bugünədək verə bilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 9000 manat pul almışdır. Cavabdeh Salyan RPŞ-də verdiyi izahatında iddiaçıdan 9000 manat pul aldığını, 9000 manat borcundan 4000 manataını lombardda olan qızılını sataraq ödəmiş, yerdə qalan borcunu ödəməyə imkanı olmadığı üçün əmək haqqını, yəni 600 manatı iddiaçıya verərək işdən çıxmışdır. Hazırda iddiaçıya 4400 manat borcu vardır. Həmin borcu istintaqda verdiyi izahatında və məhkəmə iclasında iştirak edən zaman təqdim etdiyi ərizəsi ilə təsdiq etmişdir. Sözügedən qərardan şikayət verilməmiş, hazırda qüvvədədir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı borclu olmasını qəbul etməklə İddiaçı iddianın ona aid hissəsində sübut etmə yükündən azad etmiş, buna görə də həmin halın İddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Bu səbəbdən də iddiaçının məhkəmədə qaldırdığı iddia əsaslı və qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 329.2ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, Cavabdeh 4400 (dörd min dörd yüz) manat pul və ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 4400 (dörd min dörd yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1958/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1958/2024
14.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver