Məhkəmə qərarları › İş №2(057)-2036/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2036/2025

21.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2036/2025 21.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı Cavabdeh Xaliq qızına qarşı «X3 babası olması faktının müəyyən edilməsi üçün tibbigenetik ekspertizasının keçirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİM İddiaçı Cavabdeh Xaliq qızına qarşı «X3 babası olması faktının müəyyən edilməsi üçün tibbi-genetik ekspertizasının keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi icraata qəbul edilə bilməz, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməz, belə halda iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)15901/2022-ci il tarixli qətnaməsinə əsasən hazırki iddia ərizəsi üzrə iddaçı İddiaçı oğlu X1 Elinay Ceyhun qızının atası olması faktı müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti və daha sonra kassasiya şikayəti verilmiş, birinci insatansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, bununla da qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiya və apellyasiya instansiyasında icraat zamanı hazırki iddia ərizəsi üzrə İddiaçı keçirilməsini tələb etdiyi məhkəmə tibbi-genetik ekspertizası təyin olunmuş, lakin İddiaçı oğlu Ceyhun Cabbarov ekspertizanın baş tutuması üçün müvafiq reaktivləri təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində birbaşa tərəf olmasa da, hazırki müraciəti ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində tərəf olan eyni şəxslər arasında eyni əsaslar üzrə eyni pretmeti mübahisələndirmişdir. Hazırki iddianın icraata qəbul edilib araşdırlması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə zidd olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mübahisələndirilməsinə gətirib çıxaracaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlardan əlavə iddiaçı iddia ərizəsini imzalamamışdır. Lakin nə qədər ki, iddianın yolverilməzliyinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina üçün əsaslar mövcüddur, iddia ərizəsinin imzalanaraq yenidən məhkəməyə müraciət etməklə bağlı məsələninin izah olunmasına lüzum görülmür. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Xaliq qızına qarşı «X3 babası olması faktının müəyyən edilməsi üçün tibbi-genetik ekspertizasının keçirilməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməz və iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2, 152.1.2, 152.2-152.4, 153.2.2, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh Xaliq qızına qarşı «X3 babası olması faktının müəyyən edilməsi üçün tibbi-genetik ekspertizasının keçirilməsi” tələbinə dair ərizəsi iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət vermək olar. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar