Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2046/2024 07.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət oğlunun sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 204,50 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1950-ci il təvvəllüdlüdür, uzun müddətdir şəkər, 20 ildən yuxarıdır ki, ürək xəstəsidir. Salyan rayonu, Alçalı kəndində özünə məxsus inşaat materialları mağazası vardır. 2023-cü ilin noyabr ayında cavabdeh ondan ümumilikdə 254,60 manatlıq nisyə inşaat materialları götürərək pulunu yaxın vaxtlarda verəcəyini bildirmişdir.Cavabdeh bugünkü günə borcundan 50 manat ödəmişdir. Halhazırda onun 204,50 manat borcu qalmışdır. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunu qaytarmasını bildirsə də, borcunu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. Ona görə də, Cavabdeh 204,50 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləşinin 185.4-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etdiyini, borcunu hissə-hissə ödəyə biləcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləşinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh 204,50 manat borcu geri qaytarmasını xahiş etmiş və əgər 10 gün müddətində borcu geriyə qaytarmadığı halda aidiyyəti üzrə inzibati orqanlara şikayət edəcəyini bildirmişdir. İş materiallarında olan əlyazmadan görünür ki, həqiqətən də, cavabdeh iddiaçıdan 254,60 manat dəyərində nisyə inşaat materialları almış, 50 manat ödəmiş, 204,50 manat borclu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Salyan rayonu, Alçalı kəndində özünə məxsus inşaat materialları mağazası vardır. 2023-cü ilin noyabr ayında cavabdeh ondan ümumilikdə 254,60 manatlıq nisyə inşaat materialları götürərək pulunu yaxın vaxtlarda verəcəyini bildirmişdir. Cavabdeh bugünkü günə borcundan 50 manat ödəmişdir. Hal-hazırda onun 204,50 manat borcu qalmışdır. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunu qaytarmasını bildirsə də, borcunu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində də borcu olmasını etiraf edərək, iddianın təmin olunmasına etiraz etməmişdir. Ona görə də, məhkəmə iddianın təmin olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 204,50 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 204,50 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-2046/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2046/2024
07.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver