Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2062/2024 28.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4552 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdehi tanışı Aygün Cəlilovanın vasitəsilə tanımışdır. Cavabdeh 2023-cü ilin may ayında ondan 4552 manat borca pul istəmişdir. O da, onları tanıdığı və inandığı üçün gücü çatan 4552 manat məbləğində pulu ona vermişdir. Cavabdeh pulu yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Cavabdeh hazırkı vaxta qədər borcunu qaytarmamışdır. Dəfələrlə ondan pulun alınması ilə bağlı müraciətləri olsa da, ondan pulunu ala bilmir. Ona görə də, məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Cavabdeh iddianı qəbul edir. Onlar işin yekunlaşmasını istəyirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. İddiaçıdan aldığı borc pulu müalicəsinə xərcləmişdir. Maddi vəziyyəti yaxşı olmadığı və hazırda müalicəsi davam etdiyi üçün borcunu ödəyə bilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddianı qəbul edir. Borcunu hissə-hissə olmaqla qaytaracaqdır. X1 tezliklə Rusiya Federasiyasına gedəcəkdir. Bir il müddətinə borcunu tam qaydada ödəyib bitirəcək. Mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borclu olduğu 4552 manat pulu gətirib ona ödəməsini xahiş etmişdir. Əgər o 10 gün müddətində ona borclu olduğu pulu gətirib ödəniş etməsə o aidiyyəti üzrə inzibati orqanlara şikayət edəcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2023-cü ilin may ayında iddiaçıdan 4552 manat borca pul istəmiş, İddiaçı cavabdehə 4552 manat məbləğində borca pul vermişdir. Cavabdeh pulu yaxın vaxtlarda qaytaracağını bildirsə də, hazırkı vaxta qədər borcunu qaytarmamışdır. Dəfələrlə ondan pulun alınması ilə bağlı müraciətləri olsa da, ondan pulunu ala bilmir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya borclu olmasını qəbul etməklə İddiaçını iddianı sübut etmə yükündən azad etmiş, buna görə də həmin halın İddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Bu səbəbdən də iddiaçının məhkəmədə qaldırdığı iddia əsaslı və qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün İddiaçı tərəfindən ödənilmiş 66 (altmış altı) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, cavabdehdən 4552 (dörd min beş yüz əlli iki) manat pul və ödənilmiş 66 (altmış altı) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 4552 (dörd min beş yüz əlli iki) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 66 (altmış altı) manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-2062/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2062/2024
28.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver