Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2110/2025 13.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı “mülkiyyətində olan torpaq sahəsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı “mülkiyyətində olan torpaq sahəsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində, Salyan Noxudlu yolunun kənarında yerləşən 0.086 ha torpaq sahəsindən istifadə etməsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən törədilmiş maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, onun mülkiyyətində olan kənd təsərrüfatlı torpaq sahəsi M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikilməsi zamanı onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi kompensasiya ödənilməklə ondan dövlət ehtiyacları üçün satın alınmışdır. Hazırda onunla X3 birgə mülkiyyətində olan torpaq sahəsində istifadəsinə Azərbaycan Avtomobil Yolları tərəfindən maneələr yaradılır. Ona müvafiq qurumdan bildirilmişdir ki, hazırda onun mülkiyyətində olan torpaq sahəsi yolların mühafizə zonasına düşdüyündən onun həmin sahədən istifadəsi mümkünsüzdür. Bununla bağlı bir neçə qurumun nümayəndələri ilə həmin əraziyə baxış keçirilmiş və müvafiq akt tərtib olunmuşdur. Həmin aktda isə qeyd olunan torpaq sahəsindən istifadəsinin mümkünsüz olması bir daha öz təsdiqini tapmışdır. Həmin torpaq sahəsinin ya əvəzi ödənilməklə ondan alınması ya daki ondan istifadəsinə şərait yaradılmasını xahiş edir. Bu mümkün olmadığı təqdirdə həmin torpaq sahəsinin ölçülərinə uyğun olaraq başqa ərazidən torpaq sahəsinin verilməsi üçün müəyyən tədbirlərin görülməsini xahiş edir.Qeyd etdiklərinə əsasən məhkəmədən onun iddiasının təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, cavabehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Azərbaycan Avtomobil X8 nümayəndəsi Vəkil məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, “İddiaçı X4 Azərbaycan Avtomobil Yolları Dövlət X2rşı iddia ərizəsi ilə Salyan rayon Məkəməsinə müraciət edərək, Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində Şirvan-Noxudlu yolunun kənarında mülkiyyətində olan 0,086 ha torpaq sahəsindən istifadəyə yaradılmış maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla əlaqədar bildiririk ki, X7 və X5 məxsus Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,546 ha torpaq sahəsinin 0,46 ha hissəsi 24 fevral 2010-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 993,6 manat ödənilməklə Ələt - Astara- İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar "xxxx" ASC tərəfindən dövlət ehtiyacları üçün alınmışdır. Torpaq sahəsinin 0,086 ha hissəsi X7 və X3 mülkiyyətində qalmışdır. Mülki işlə əlaqədar Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi PHŞ-in tabeli qurumlarının və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarının və iddiaçının iştirakı ilə tərtib edilmiş 07 avqust 2025-ci il tarixli akta əsasən torpaq sahəsinə yerində baxış keçirilmiş və araşdırma nəticəsində müəyyən edilmişdir ki, təyin olunmuş yer kordinatlarına əsasən M-3, Ələt- Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun km 56+200 hissəsində Salyan rayonu, Aşağı Noxudlu kəndinə ayrılmış yol qovşağının Şirvan-Noxudlu Avtomobil yolunun sol tərəfində 75,02 m X 12,20 m ölçüdə olan 0,086 ha torpaq sahəsi yol qovşağının daxilində yerləşir. Torpaq sahəsi yol qovşağının tərkib hissəsi və avtomobil yolunun qorunma (mühafizə) zolağına aid olduğundan həmin torpaq sahəsindən mülkiyyətçilərin təyinatı üzrə istifadəsi mümkün deyildir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi tamamlandığından hazırda həmin layihə üzrə əlavə torpaq sahəsinin alınması üçün maliyyələşmə mümkün deyildir. Qeyd edilənləri nəzərə alıb Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 47 və 154-cü maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edirik”. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.086 ha ölçüdə torpaq sahəsi, daşınmaz əmlakın reyestr nörməsi **********12 saylı olan, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2010cu il tarixdə qeydiyyata alınan topaq sahəsi X4 və X3 ümumi paylı kimi xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 və X5 məxsus Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,546 ha torpaq sahəsinin 0,46 ha hissəsi 24 fevral 2010-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 993,6 manat ödənilməklə Ələt - Astara- İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar "xxxx" ASC tərəfindən dövlət ehtiyacları üçün alınmışdır. Torpaq sahəsinin 0,086 ha hissəsi X7 və X3 mülkiyyətində qalmışdır. Mülki işlə əlaqədar Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi PHŞ-in tabeli qurumlarının və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarının və iddiaçının iştirakı ilə tərtib edilmiş 7 avqust 2025-ci il tarixli akta əsasən torpaq sahəsinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, təyin olunmuş yer kordinatlarına əsasən M-3, Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun km 56+200 hissəsində Salyan rayonu, Aşağı Noxudlu kəndinə ayrılmış yol qovşağının Şirvan-Noxudlu Avtomobil yolunun sol tərəfində 75,02 m X 12,20 m ölçüdə olan 0,086 ha torpaq sahəsi yol qovşağının daxilində yerləşir. Torpaq sahəsi yol qovşağının tərkib hissəsi və avtomobil yolunun qorunma (mühafizə) zolağına aid olduğundan həmin torpaq sahəsindən mülkiyyətçilərin təyinatı üzrə istifadəsi mümkün deyildir. Ələt - Astara- İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi tamamlandığından hazırda həmin layihə üzrə əlavə torpaq sahəsinin alınması üçün maliyyələşmə mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarı: 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.1-ci bəndinə əsasən, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunan hallarla bağlı və qanunvericilik normalarının tələbləri baxımından qeyd etməyi zəruri hesab edir ki, hazırki işdən görünür ki, iddiaçı X4 müvafiq olaraq mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələr inzibati orqanın faktiki xarakterli hərəkətlərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4-cu maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddiaçı X7 müharibə veteranı olduğundan o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunu ödəmədən azad olmuş şəxslər dairəsindir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan X1rşı “mülkiyyətində olan torpaq sahəsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı “mülkiyyətində olan torpaq sahəsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-2110/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2110/2025
13.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver