Məhkəmə qərarları › İş №2(057)-213/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-213/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-213/2023 17.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə Salyan şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********11637 Samsung Galaxy A32 markalı telefon, İMEİ kodu **********37121 XİAOMİ REDMİ 9T markalı telefon, İMEİ kodu **********59262 XİAOMİ REDMİ 9 markalı telefon, İMEİ kodu **********749092 XİAOMİ REDMİ 9A markalı telefon,Ventilyator Ardesto almış və nəticədə 1179 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 730 manat (18 ay x 38.5 manat + 37 manat ilkin ödəniş) İMEİ kodu **********11637 Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə 381 manat olmaqla ondan 347 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 34 manat cərimə borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 559.8 manat (12 ay x 41.9 manat + 57 manat ilkin ödəniş) İMEİ kodu **********37121 XİAOMİ REDMİ 9T markalı telefon üçün ümumilikdə 278 manat olmaqla ondan 253 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 manat cərimə borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 475.2 manat (12 ay x 39.6 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********59262 XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə 238 manat olmaqla ondan 217 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 305 manat (18 ay x 15 manat + 35 manat ilkin ödəniş) İMEİ kodu **********749092 XİAOMİ REDMİ 9A markalı telefon üçün ümumilikdə 214 manat olmaqla ondan 195 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 86.4 manat (18 ay x 4.8 manat + 0 manat ilkin ödəniş) Ventilyator Ardesto üçün ümumilikdə 68 manat olmaqla ondan 62 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1082.4 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11637 Samsung Galaxy A32 markalı telefon üçün 347 manat ödənilməmiş hissə, 34 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********37121 XİAOMİ REDMİ 9T markalı telefon üçün 253 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2021-ci il tarixli tarixli müqaviləyə əsasən İMEİ kodu **********59262 XİAOMİ REDMİ 9 markalı telefon üçün 217 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********749092 XİAOMİ REDMİ 9A markalı telefon üçün 195 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Ventilyator Ardesto üçün 62 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla ümumilikdə 1179 manat borc və 31.79 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İMEİ kodu **********11637 Samsung Galaxy A32 markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İMEİ kodu **********37121 XİAOMİ REDMİ 9T markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İMEİ kodu **********59262 XİAOMİ REDMİ 9 markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-cu il tarixli müqavilədən görünür ki, İMEİ kodu **********749092 XİAOMİ REDMİ 9A markalı telefon satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Ventilyator Ardesto satılmışdır. Cavabdehin borcları barədə tərtib olunmuş xx.xx.2022-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, hər üç müqavilələr üzrə cavabdehin iddiaçıya əsas borca görə 1074 manat, 105 cərimə, ümumi 1179 manat borcu vardır. İş materiallarından görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmiş, lakin o, heç bir addım atmamışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 31.79 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görəəgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcələnin 442-ci maddəsinəəsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-cu maddəsinəəsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnaməçıxarılmalıdır. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncüşəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər işüzrə yekun qərarın çıxarılmasıüçün kifayət etmirsə; 284-5.4.4. işüzrəəlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd olunmuşdur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********11637 Samsung Galaxy A32 markalı telefon üçün 347 manat ödənilməmiş hissə, 34 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********37121 XİAOMİ REDMİ 9T markalı telefon üçün 253 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2021-ci il tarixli tarixli müqaviləyə əsasən İMEİ kodu **********59262 XİAOMİ REDMİ 9 markalı telefon üçün 217 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********749092 XİAOMİ REDMİ 9A markalı telefon üçün 195 manat ödənilməmiş hissə, 19 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Ventilyator Ardesto üçün 62 manat ödənilməmiş hissə, 6 manat cərimə və 31.79 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar