Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2152/2025 28.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş ləğv prosesində olan "xxxx"ın X2 Fondunun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və maddi ziyan” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2453,99 manat məbləğində pulun, 44,54 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsinin 2(057)-917/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv etmə prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İddiaçı və X6 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə cavabdehlər İddiaçı və X4 2434.69 manat əsas borc, 1725.36 manat faiz borcu hesablanmış cərimə borcuna görə 20 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 19,30 manat müştərək qaydada tutularaq Ləğv Prosesində olan "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi qət olunmuşdur. İş üzrə Salyan rayon Məhkəməsinin 2(057)-191/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pul və maddi ziyan tələbinə dair iddiam qismən təmin edilmişdir. Qətnamə əsasında cəmi 1745.36 manat və 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi qət edilmişdir. Daha sonra yenidən ona məlum olmuşdur ki, cavabdehlər İddiaçı və X4 2434.69 manat əsas borc, 1725.36 manat faiz borcu, 20 manat hesablanmış cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 19.30 manat müştərək qaydada tutulmalıdır. Amma Salyan rayon Məhkəməsinin 2(057)-191/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 1745.36 manat və 100 manat ekspertiza xərci alınıb iddiaçıya verilməsi qət edilmişdir. O, maddi ziyana düşmüşdür. 2453.99 manat pul və 44.54 manat pul da cavabdehlərdən tutulmalı, ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək pul tələbinə dair iddia ərizəsini pulun məbləğinə münasibətdə müdafiə etdiyini bildirmiş, lakin cavabdehlərə münasibətdə qeyd etmişdir ki, onun iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi Cavabdeh1 qarşı tələbi yoxdur, belə ki, bankdan kredit götürdükdən sonra ödənişlərin edilməsi üçün Cavabdeh1 oluna veridyi etibarnaməyə əsasən aylıq ödənişləri ona vermiş, o da öz növbəsində bankın filial müdiri olan Cavabdeh2 vermişdir. Cavabdeh2 isə onları aldadıb saxta qəbzlər verərək verilmiş ayıq ödənişləri bankın hesabına köçürtdüyü bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh2 bankın hesabına köçürtməmişdir. Cavabdeh2 Salyan rayon 2 saylı notariat ofisinə veridiyi ərizəsində də ödənişlərin tam şəkildə borclunun hesabına ödənildiyini təsdiq etmişdir. Həmin ərizə tərəfindən məhkəməyə təqdim edilmişdir. Buna görə də hazırda tələbi yalnız Cavabdeh2 qarşıdır. Qeyd onunları nəzərə alaraq məhkəmədən iddia ərizəsində göstərilən məbləğdə tam təmin olunmasını xahiş edir. İddiaçı həmçinin bildirmişdir ki, 2021-ci ildə Zamin Bank tərəfindən məhkəməyə müraciət olunmuş, Salyan rayon məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ondan və və X4 bankdan götürürlmüş kreditə görə 2434.69 manat əsas borc, 1725.36 manat faiz, 20 manat cərimə və 19.30 manat dövlət rüsumunun tutularaq banka ödnilməsi qət edilmişdir. Lakin o, faktiki olaraq banka olan borcunu Cavabdeh2 ödədiyi üçün məhkəmə qətnamsəi ilə müəyyən edilmiş borcu təkrarən ödəməmişdir. Özü 2024-cü ildə Salyan rayon məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 1745.36 manat pulun, 37.45 manat dövlət rüsumunun və 100 manat ekspertiza xərcinin alınıb ona verilməsini xahiş etmiş, Salyan rayon məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsi ilə həmin məbləğin ona qaytarılması qət edilmişdir. İddia ərizəsində həmin vaxt 1745 manat göstərməsinin səbəbi isə o olmuşdur ki, həmin vaxt Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən ona 1745 manat borcunun olması barədə məlumat verilmişdir. Sonradan icra və probasiya şöbəsindən ona əlavə olaraq 2453.99 manat borcunun olduğu da ona bildirilmiş, buna görə də yenidən məhkəməyə müraciət etməli olmuşdur. Onu da qeyd etmişdir ki, Salyan rayon məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsi ilə ona qaytarılması qət olunmuş 1745 manat pul Cavabdeh2 tərəfindən ona qaytarılmış, həmin pul hazırda ondadır və həmin pulu banka qaytaracaq. Pulun digər hissəsinin də Cavabdeh2 tərəfindən ona ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs ləğv prosesində olan "xxxx"ın nümayəndəsi X8 bildirmişdir ki, o, bankın nümayəndəsi kimi borcun Banka ödənilməsini tələb edir. İddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmənin 30 sentyabr 2025-ci il tarixli hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs ləğv prosesində olan "xxxx"ın etibarnamə üzrə digər nümayəndəsi X9 izahatında bildirmişdir ki, xx.xx.2015-ci ildə İddiaçı Zamin Bankdan 3 il müddətinə 28 faiz dərəcəsi ilə 3350 manat pulu kredit olaraq götürmüş, kreditləri aylıq olaraq ödəmək üçün özünə məxsus pensiya kartını etibarnamə əsasında bankın əməkdaşı Cavabdeh1 vermiş, Cavabdeh1 da hər ay həmin kartdan pulu çıxardaraq ödənişləri etmək məqsədi ilə həmin vaxt X14 filialının müdiri olan Cavabdeh2 vermişdir. Sonralar məlum olmmuşdur ki, Cavabdeh2 tərəfindən banka heç bir ödəniş edilməmişdir. Həmin vaxtlarda təkcə İddiaçı deyil, bir çox şəxslərin kredit ödənişləri Cavabdeh2 tərəfindən alınaraq banka ödənilməmiş, bununla bağlı Salyan rayon məhkəməsində Xüsusi qərardad da çıxarılqraq bu barədə araşdırma aparılması üçün Salyan rayon prokurorluğuna məlumat verilmişdir. Anar Nəcəfzadə həmçinin bildirmişdir ki, 2021-ci ildə Zamin Bank tərəfindən məhkəməyə müraciət olunmuş, Salyan rayon məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və X4 bankdan götürürlmüş kreditə görə 2434.69 manat əsas borc, 1725.36 manat faiz, 20 manat cərimə və 19.30 manat dövlət rüsumunun onlardan tutularaq banka ödnilməsi qət edilmiş, lakin hazıradək həmin borc ödənilməmişdir. Hazırda Zamin bankın Ləğvedicisi olan Əmanətlərin sığortalanması Fondu həmin borcun banka ödənilməsini istəyir, lakin bunun İddiaçı və yaxud Cavabdeh2 tərəfindən ödənilməsinin Fond üçün fərqi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli hazırlıq iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, həqiqətən də İddiaçı veridyi etibarnamə əsasında onun pensiya kartından pulu çıxardaraq kredit ödənişlərinin edilməsi üçün filial müdiri Cavabdeh2 vermiş, sonradan Əli tərəfindən həmin pulların banka ödənilmədiyindən məlumatı olmuşdur, əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. Buna görə də hazırda iddia tələbinin ona aid olan hissəsini qəbul etmir. Məhkəmə iddiaçının, cavabdehin, üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh2 tərəfindən Salyan rayon 2 saylı notariat ofisində verilmiş 24 may 2019cu il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 filial müdiri işlədiyi dövrdə, xx.xx.2015-ci il tarixli 501/15 nömrəli kredit müqaviləsinə əsasən tərəfindən İddiaçı 3350 manat məbləğində kreditin 36 ay müddətinə verildiyini və kreditin məbləğinin tam bağlandığını qeyd etmişdir. “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə onu bütün aidiyyəti orqanlarda təmsil etməyi, o cümlədən, ona çatası pensiya kartını və pensiya pulunu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-917/2021 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X4 2434,69 manat əsas borc, faiz borcu üzrə 1725,36 manat, hesablanmış cərimə borcuna görə 20 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 19,30 manatın müştərək qaydada tutularaq Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi və iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat pulun İddiaçı və X4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməsi qət edilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-191/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh2 1745,36 (bir min yeddi yüz qırx beş manat 36 qəpik) manat məbləğində pul, 37,45 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində ekspertiza xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ona məxsus pensiya kartına dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 xx.xx.2018-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri həyata keçirmək üçün kartdan çıxardığı pulu bankın müdiri Cavabdeh2 vermiş, o isə öz növbəsində, 24 may 2019-cu il tarixdə Salyan rayon 2 saylı notariat ofisində ərizə verərək, İddiaçı verilmiş kreditin məbləğinin onun tərəfindən tam bağlandığını bildirmişdir. Lakin, buna baxmayaraq, hazırki vaxtda İddiaçı banka olan borcu ilə bağlı Salyan Rayon Məhkəməsinin 2(057)-917/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi icraya yönəlmişdir. İddiaçı pul və dəymiş ziyan tələbi ilə cavadehlərə qarşı 2024-cü ildə məhkəməyə müraciət etmiş, Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-191/2024 saylı qətnaməsi ilə onun iddiası cavabdehlərə münasibətdə qismən, yəni yalnız Cavabdeh2 münasibətdə təmin edilmişdir. Lakin iddiaçıya sonradan məlum olmuşdur ki, məhkəməyə iddia verdiyi məbləğ borcun təkcə faiz hissəsidir, buna görə də qalan məbləğ üzrə cavabadehlərə qarşı yenidən məhkəmə müraciət etməli olmuşdur. İddiaçı cavabdehlərdən pulunu tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 2453,99 manat pulun iddiaçıya Cavabdeh2 tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxslər kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün ödənilmiş cəmi 44,54 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi cavabdehlərə münasibətdə qismən təmin edilməli, Cavabdeh2 2453,99 (iki min dörd yüz əlli üç manat doxsan doqquz qəpik) manat məbləğində pul, 44,54 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 2453,99 (iki min dörd yüz əlli üç manat doxsan doqquz qəpik) manat məbləğində pul, 44,54 (qırx dörd manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-2152/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2152/2025
28.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver