Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2167/2024 26.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 (üç min) manat məbləğində əsas məbləğin və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən etibarından suiistifadə edilməklə 3000 manat məbləğində pulunun ələ keçirilməsi ilə bağlı Bakı Şəhəri Səbail RPİ-nə şikayət olunmuş və həmin şikayəti üzrə Salyan Rayon Polis Şöbəsində aparılmış araşdırma zamanı cavabdeh şikayəti üzrə ondan 3000 manat məbləğində pulun ələ keçirilməsini etiraf edərək həmin məbləği tez bir zamanda ona qaytaracağına söz versə də, hazırki vaxta qədər pulunu ona qaytarmamışdır. Cavabdeh yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri haqqında Səbail Rayon Polis İdarəsində aparılmış araşdırma üzrə şikayətində qeyd olunan xüsusatlar mülki məsələ olduğu üçün xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilərək qeyd olunanlarla bağlı mülki qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Buna görə də hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2də yaşayır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 3000 manat məbləğində əsas məbləğin və ödənilmiş 50 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh İddiaçının 3000 manat pulunu ələ keçirmişdir. Bununla bağlı iddiaçı Səbail RPİ-nə müraciət etmişdir. Fatimə İddiaçıya borclu olmasını etiraf etmişdir. Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilərək, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, Nicat Əliyevin pula ehtiyacı olduğu üçün ondan xahiş etmişdir ki, İddiaçıdan 3000 manat pul istəsin, İddiaçı keçmiş X6in qohumudur. İddiaçı 3000 manat pulu ona X6in yanında borca vermişdir. Nicat pulu ondan həmin vaxt almış ona 30 manat pul vermişdir. İddiaçı onu Nicata görə tanımışdır. Məhkəmə iddiaçının nümayəndəsi Vəkil və cavabdehin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 İddiaçı ərizəsi əsasında toplanmış HK/1-206 nömrəli material üzrə 07 may 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Səbail RPİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, 2014-cü ilin iyun ayında X4 ilə rəsmi olaraq ər-arvad münasibətlərinə girərək evlənmişdir. X6 ilə birlikdə yaşadığı müddətdə demək olar ki, maddi sıxıntısı olmamışdır. Nəhayət X6 ilə birlikdə Salyan rayon, Həsənli kəndində bir müddət yaşamasına baxmayaraq, sonradan ərinin anası (qaynanası) ilə münasibətləri alınmadığından və həmin kənddə yaşa bilmədiyindən qəti olaraq Bakı şəhərində yaşamaq qərarına gəlmişdir. Bu baxımdan X6 ilə birlikdə Bakı şəhərinə köçərək birlikdə kirayə ev tutmuş və yaşamağa başlamışdılar. X6 ilə birlikdə yaşadığı müddətdə pul vəsaiti ilə daima təmin edilmiş, demək olar ki, maddi sıxıntıları olmamışdır. Həmçinin xx.xx.2020-ci il tarixdə qız övladı doğulmuşdur. Qızının hazırda 4 (dörd) yaşının olduğunu və özü tərəfindən baxıldığını qeyd etmişdir. Yekun olaraq X6ə pul lazım olduğundan xalasının əri İddiaçı 3000 manat pul vəsitinin borca istənilməsini ondan xahiş etmişdir. Nicat Əliyevin xalasının əri İddiaçı 3000 manat pulu özü borca istədiyi halda ona verilmədiyini nəzərə alaraq onun tərəfindən istənilməsini xahiş etmişdir. Beləliklə də o, İddiaçı X6in xahişi ilə telefon zəngi etdiyini və 3000 manat pulu ondan borca istədiyini bildirmişdir. Bununla yanaşı olaraq İddiaçı onun xahişini nəzərə alaraq 3000 manat pulu ona X6in yanında borca vermişdir. Lakin İddiaçı onların hər ikisindən ayrıldıqdan sonra X6 3000 manat pulu ondan almışdır. Həqiqətəndə o, İddiaçı 3000 manat pulu borca aldığını, həmin pulu hissə-hissə olmaqla qaytaracağını göstərmişdir. İddiaçı ümumilikdə maddi ziyan vuran sabiq X6in olduğunu bildirmişdir. Həmin pulları Nicat Əliyev xalasının əri İddiaçı aldadaraq almışdır. Bütün olanlara baxmayaraq o, İddiaçı 3000 manat pulu borca aldığını və həmin pulu tez bir vaxtda ona qaytaracağını qeyd etmişdir. Bir daha o, qeyd etmişdir ki, sabiq əri X3 başqa yad kişilər ilə arxa dəlik vasitəsi ilə münasibətə girərək münasibətdə olmuşdur. Nəticə etibarı ilə X6in kişi olmadığından, onunla cinsi münasibətə girə bilmədiyini nəzərə alaraq ər-arvad münasibətlərini son qoyduğunu göstərmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh onu xəstəliyi ilə bağlı aldadaraq 3000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla bağlı cavabdeh barəsində tədbir görülməsi üçün polisə şikayət vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh keçmiş X6in xahişi ilə Nicatın yanında iddiaçıdan 3000 manat məbləğində borc almış, həmin pulu hissə-hissə olmaqla qaytaracağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 739.1ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (mıəhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsinə münasibətdə qeyd edilməlidir ki, İddiaçı sübutu kimi cavabdehin Bakı şəhəri Səbail RPİ-nin İŞ-də verdiyi izahatına istinad edir. Məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 07 may 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən olunmuş xüsusatlarla razılaşmışdır. Qərardan şikayət verilməmiş, hazırda qərar qüvvədədir. Odur ki, məhkəmə işdə mövcud olan sübutların məcmusuna əsaslanmaqla hesab edir ki, Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə 3000 manat pul məbləğini sonuncuya qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu əvəzində 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 3000 (üç min) manat məbləğində pul və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-2167/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2167/2024
26.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver