Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2212/2025 19.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 53000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehi uzun müddətdir ki, tanıyır, onunla gediş-gəlişi olmuşdur. 22 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əsasən 20000 (iyirmi min) manat məbləğində pulu Salyan rayonunun Çuxanlı kəndində qeydiyyatda olan uzun müddətdir tanıdığı Cavabdeh (ŞV:AZE0*******, xx.xx.2011, Salyan: FİN:xxxxxxx, d/t:xx.xx.1976) 22 aprel 2026-ci il tarixədək hər ay 2000 manatdan az olmamaq şərtilə vermişdir. Bundan başqa o, Cavabdeh hissə-hissə 33000 (otuz üç min) manat pul vermişdir. Üstündən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh pulunu qaytarmır. Dəfələrlə Cavabdeh borcunu qaytarmağını bildirsə də, heç bir nəticə əldə edə bilməmişdir. Hazırda cavabdeh borcunu qaytarmayacağını bildirir. Məcbur olub onun barəsində Salyan rayon Polis Şöbəsinə şikayət etmiş, oradan ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın dəqiqiləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh onunla birlikdə 2022-ci ildə lateriya oyunu oynamış, ilk 3 yeri götürüb qalan ayları verməmiş, buradan ona 9000 (doqquz min) manat borcu yaranmışdır. Cavabdeh onu 100 (bir yüz) manata latariyaya salmış, hər ay latariya pulunu vermiş, onun (iddiaçının) növbəsi çatanda 700 (yeddi yüz) manat latariyanı ona verməmişdir. 2022-ci ilin iyun ayının 1-də sonuncu 3000 (üç min) manatdan latariyaya girmiş, ilk 3 yeri özü özü götürmüş, qalan yerləri verməmiş və 19800 (on doqquz min səkkiz yüz) manat borcu qalmışdır. Bundan başqa Cavabdeh 2024-ci ilin mart ayında 5500 (beş min beş yüz) manatlıq qızıl zinyət əşyaları vermiş, Həmin qızılın pulundan hər ay 500 (beş yüz) manat olmaqla cəmi 2000 (iki min) manat vermiş, 3500 (üç min beş yüz) manat borcu qalmışdır. Daha sonra 22 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əsasən 20000 (iyirmi min) manat məbləğində pulu Salyan rayonunun Çuxanlı kəndində qeydiyyatda olan Cavabdeh (ŞV:AZE0*******, xx.xx.2011, Salyan: FİN:xxxxxxx, d/t:xx.xx.1976) 22 aprel 2026- ci il tarixədək hər ay 2000 (iki min) manatdan az olmamaq şərtilə vermişdir. Buna görə də Cavabdeh ümumilikdə 53000 (əlli üç min) manat pulun və ödədiyi dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iştirak edərək iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Cavabdeh 16 ildən artıqdır ki, tanıyır, Cavabdeh onun həyat yoldaşının sinif yoldaşı olub, bir-biriləri ilə yaxın münasibətləri olmuşdur. Bir neçə ildir ki, bir-birilərinə borc kimi pul alıb-verirlər. Cavabdeh ondan dəfələrlə qızıllar alıb əvəzində razılaşdıəqları pulu verib, bundan başqa loteraya oyunu oynayıblar, yəni bir neçə iştirakçı müəyyən məbləğdə bul qoyub növbə ilə iştirakçılardan biri həmin pulların hamısını götürüb vacib olan işlərini həll edir, sonrakı aylarda başlayır qaytarmağa. Cavabdeh da onlarla həmin oyunda dəfələrlə iştirak etmiş, vaxtında qaytarmışdır. Həyat Murarovanı yaxından tanımayan qadınlar isə ona (iddiaçıya) inanıb onu da oyuna qoşmağa razı olmuş, həmçinin özlərində olan qızılları verib sonradan pulları almışlar. Bir neçə dəfə Həyat pulları vaxtında qaytarmış, lakin bir müddət sonra müəyyən gecikmələr olmuş, hətta bir loteraya bitməmiş digər lotareyadan yığılan pulları götürmüşdür. Çox vacib işləri olduğunu bildirdiyi üçün o da Həyatın işlərinin həll olunmasına yardımçı olmaqdan ötrü əvvəlki borcları tam qaytarmamış yenidən ona pullar vermişdir. İddia ərizəsində qeyd etdiyi kimi sonuncu dəfə 22 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əsasən 20000 manat məbləğində pulu Cavabdeh 22 aprel 2026- ci il tarixədək hər ay 2000 manatdan az olmamaq şərtilə vermişdir. Bundan başqa təxminən 2-3 il əvvəl əvvəl Cavabdeh oğlunun hansısa işi ilə bağlı ona pul lazım olduğunu bildirmiş, buna görə də lotareyadan götürdüyü pulları hər dəfə təxminən 10000 manat olmaqla 30000 manat ona pul vermişdir. Həmin pulları X1 almışdır. Həyat pulların bir qismini qaytarmış, nəticədə 19700 (sonrakı məhkəmə proseslərində iddiaçı həmin məbləğin 19800 manat olduğunu qeyd edir) manat qalmşdır. Xatirə pulları geri istəmiş, Həyatı Xatirə ilə o tanış etdiyi üçün məcbur olub həmin pulları özü Xatirəyə qaytarmışdır. Bundan başqa təxminən bir il yarım əvvəl Quliyeva Gülşən qızından 5500 manat dəyərində qızılı alıb Həyata vermiş, Həyat həmin pulların 2000 manatını qaytarmış, qalan pulu qaytarmamışdır. Gülşəni də Həyatla o (iddiaçı) tanış etmiş, Gülşən ona görə (iddiaçıya görə) Həyata inanmış, həmçinin Gülşəndən qızılları şəxsən özü alıb Həyata verdiyi üçün Həyatın qaytarmadığı 3500 manat pulu o özü Gülşənə qaytarmışdır. Hazırdaq cavabdeh Fransada yaşayır, borclu qaldığı pulları qaytarmayacağını bildirir. Qeyd olunanları nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi-Vəkil məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, Salyan regional Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq olunmuş borc müqaviləsindən göründüyü kimi iddiaçı 22 aprel 2024-cü ildə hər ay 2000 manat olmaqla 22 aprel 2026-cı ilədək qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat pul vermişdir. İddiaçının özünün də bildirdiyi kimi cavabdeh həmin puldan 5000 (beş min) manatını qaytarmış, qalan 15000 (on beş min) manat isə qaytarılmamışdır. Cavabdehin nümayəndəsi olaraq həmin borcu qəbul edir. İddiaçının bildirdiyi digər borcları isə qəbul etmir, həmin borcların verilməsinə dair hər hası bir dəlil yoxdur. Həmçinin iddiaçı cavabdehə vermiş olduğunu bildirdiyi pulları konkret olaraq hansı tarixdə hansı şəraitdə verdiyini göstərə bilmir, bununla bağlı kobkret sübutları yoxdur, iddiaçı yalnız ümumi sözlərlə cavabdehə pul verdiyini deyir. Əksinə cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən də göründyü kimi cavabdeh iddiaçıya ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul göndərmişdir. Həmin qəbzlər məhkəməyə təqdim olunmuşdur. Buna görə də iddianın yalnız 15000 (on beş min) manat həddində təmin olunması, qalan hissədə isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı cavabdehin nümyəndəsinin ödəniş qəbzlərinə əsasən ona qaytarılan pullara dair suallara cavab olaraq bildirmişdir ki, onlar bir-birilərini uzun illərdir tanıyırlar, 3-4 ildən artıqdır ki, bir-birilərindən qızıl alıb-verirlər, buna görə aralarında dəfələrlə pul məsələləri olub. Bir-birilərinin kartlarına dəfələrlə pul göndəriblər. Cavabdehin təqdim etdiyi ödəniş qəbzləri kimi onda da həmin qəbzlərdən var, məhkəməyə təqdim olunacaqdır (sonrakı proseslərdə iddiaçı həmin qəbzləri təqdim etmişdir). Hazırda cavabdehdən tələb etdiyi pulların cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərə aidiyyəti yoxdur, həmin qəbzlər cavabdehə verdiyi digər qızılların pulları olub, hazırda tələb etdiyi pullar iddia ərizəsində qeyd edildiyi pullardır, həmin pulların cavabdehə verilməsini şahidlər də təsdiq edir. İddiaçı həmçinin bildirmişdir ki, notarius tərəfindən təsdiq olunmuş müqavilə əsasında verdiyi 20000 manat pulun 5000 manatının qaytarılmasını da özü məhkəmə prosesində deyib, nə cavabdeh, nə də cavabdehin nümayəndəsi həmin pulun qaytarıldığını demədən o özü 5000 manatın qaytarıldığını bildirmişdir. Əgər məhkəməyə yalan demək fikri olsaydı tam şəkildə təsdiq olunmuş bir borcun müəyyən hissəsinin qaytarılmasını könüllü şəkildə bildirməzdi. Cavabdeh həmin 5000 manatın qaytarılması barədə sübut təqdim edə bilməz, çünki həmin pullar onun evində ona qaytarılıb, buna baxmayaraq özü dürüst davranaraq həmin pulun qaytarıldığını bildirir. İddiaçı həmçinin qeyd etmişdir ki, Cavabdeh Fransaya gedəndən sonra da ondan pul istəmiş, onu yenidən lotareyaya qoşmağı xahiş etmiş, lakin o buna razı olmamışdır. Həmçinin o, cavabdehə görə kredit də götürmüş, cavabdeh həmin kreditin bir neçə qayını ödəmiş, lakin qalan aylarını verməmişdir. O, Fransada olduğu vaxtda da həmin kreditin aylıq ödənişi olan 1080 manatı bir neçə ay göndərmişdir. Həmin pulların bir hissəsi digər şəxslər vasitəsilə onun (iddiaçının) evində verilmiş, əgər yalan danışmaq fikri olsaydı, həmin pulların da qaytarıldığını deməzdi. Məhkəmənin 31 oktyabr 2025-ci il tarixli baxış iclasında iştirak edən şahid X8 izahatında bildirmişdir ki, Cavabdeh İddiaçı vasitəsi ilə tanımış, buna görə də ona inanıb bir neçə dəfə aralarında qızıl məsələsi ilə bağlı alış-veriş olmuşdur. Sonuncu dəfə 2024-cü ilin iyun ayında Cavabdeh ondan dəyəri 5500 (beş min beş yüz) manat olan qızıl istəmiş, o həmin qızılları Salehəyə Cavadovaya görə ona verməyə razı olmuşdur. Qeyd olunan qızılları Salehə Muradovaya vermiş, o da öz növbəsində Cavabdeh vermişdir. Cavabdeh həmin qızılların pullarını ayda 500 (beş yüz) manat olmaqla ümumilikdə 2000 (iki min) manat qaytarmış, qalan pulları isə qaytarmamışdır. Buna görə də Salehə qızılların qalan pulunu, yəni 3500 (üç min beş yüz) manatını məcbur olub özü ona qaytarmışdır. Salehənin həmin qulları verməsinə baxmayaraq Həyat Salehəyə pul verməmişdir. Məhkəmənin 31 oktyabr 2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, 2023-cü ilin fevral ayının 10-da Cavabdeh qızına 3600 (üç min altı yüz) manat dəyərində olan 30 qram 8 misqal qızılı və həmin ayın 15-də 2100 manat dəyərində olan 17 qram 78 misqal qızılı vermişdir. Həmin qızılların pulundan hər ay 200 (iki yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat pul qaytarmış, qalan 5100 (beş min yüz) manat pulu qaytarmamışdır. Sona Manafova ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, qızılları şəxsən Həyata vermiş, lakin Həyat pulu qaytarmadığı üçün Salehə həmin pulu ona qaytarmış, hazırda heç bir borcu yoxdur. Məhkəmənin 17 noyabr 2025-ci il tarixli baxış iclasında iştirak edən X7 izahatında bildirmişdir ki, İddiaçı və tanıdığı digər şəxslərlə birikdə uzun illərdir ki, lotareya oynayır, yəni iştirakçıların hər biri müəyyən məbləğdə pul qoyub hər ay bütün iştirakçılar pulunu bir nəfər götürü kki, əlində böyük məbləğdə pul olsun ki, müəyyən işlər görə bilsin. Sonradan- “pandemiya” dövründən başlayaraq Cavabdeh da həmin lotareyaya qoşulmaq istəyib. Cavabdeh İddiaçı vasitəsi ilə tanımış, əvvəlcə Həyatın qoşulmasına razı olmasa da, Salehəyə görə ona inanıb onun da oyuna qoşulmağına razı olmuşdur. Həyat bir neçə dəfə oyuna qoşulmuş, vaxtında aylıq pulları vermişdir. Sonuncu dəfə 3000 (üç min) manatdan lotareya oynamışlar, Cavabdeh ilk 3 yeri götürmüş, götürdükdən sonra aylıq pul qaytarmalı olmasına baxmayaraq vaxtında qaytarmamış, buna görə də ümumilikdə 19800 (on doqquz min səkkiz yüz) manat borcu yaranmışdır. Oyunun digər iştirakçıları aylıq pullarına istəsələr də, Cavabdeh həmin pulları qaytarmamışdır. İddiaçı məcbur olub onun əvəzində pulları qaytarmışdır. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyibnəzərə alıb, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan regional Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq olunmuş borc müqaviləsindən göründüyü kimi iddiaçı 22 aprel 2024-cü ildə hər ay 2000 manat olmaqla 22 aprel 2026-cı ilədək qaytarmaq şərti ilə 20000 manat pul vermişdir. İş materiallarında olan, Salyan Rayon Polis Şöbəsinin rəisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı Cavabdeh ona 53000 manat borcu olması, həmin borcu qaytarmaması barədə polis şöbəsinə müraciət etmiş, müraciətinə cavab olaraq mülki mübahisə olması ilə əlaqədar məhkəməyə müraciət etməli olması bildirilmişdir. İş materiallarına əlavə edilmiş flaşkartda olan səs qeydlərindən cavabdehin iddiaçıya borclu olduğu başa düşülür, lakin hansı məbləğdə borclu olduğu məlum olmur. İş materiallarında olan, iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərinin şəkillərindən görünür ki, iddiaçı cavabdehin və digər şəxslərin adlarına olan müxtəlif bank kartlarına ayrı-ayrı vaxtlarda müxtələf məbləğlərdə pul göndərib. İş materiallarında olan, cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərinin şəkillərindən görünür ki, cavabdeh iddiaçının və digər şəxslərin adlarına olan müxtəlif bank kartlarına ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul göndərib. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin araşdırılan halları, iddiaçının izahatı ilə müəyyən olundu ki, iddiaçının məhkəməyə sübut növü kimi təqdim etdiyi Salyan regional Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq olunmuş borc müqaviləsinə əsən borc pulun cavabdeh tərəfindən iddiaçıdan alınması halı məhkəmədə öz təsdiqini tapmışdır. Buradan da görünür ki, Cavabdeh İddiaçı 2026-cı ilin aprel ayınadək qaytarmaq şərti ilə 20000 manat məbləğində borc almış, həmin borcun 5000 manatını qaytarmış, lakin hazırki vaxtadək cavabdeh həmin borcun 15000 manatını iddiaçıya ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa iddiaçının və şahid X5 izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh 5500 manat dəyərində qızılı iddiaçının vasitəsi ilə şahid Gülşən Quliyevadan almış, həmin pulun 2000 manatını qaytarsa da, qalan 3500 mantını qaytarmamış, bununla da üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əvəzində iddiaçı şahidə 3500 manat pul vermişdir. Bundan başqa iddiaçının və şahid X2 izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehi şahid Xatirə İsmayılovanın təşkil etdiyi lotareya oyununa daxil etmiş, cavabdeh iştirakçılar tərəfindən yığılmış pulların bir hissəni götürmüş, aylıq olaraq həmin pulları qaytarmalı olsa da, pulları qaytarmamış lotareyanı yeniləməklə əlavə pullar götürmüş, nəticədə 19800 manat borcu yaranmışdır. Həmin pulları iddiaçı iştirakçılara ödəmiş, cavabdeh qeyd olunan pulları iddiaçıya verməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 38300 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Peosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında borc münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi iddiaçının cavabdehə verdiyini iddia etdiyi borcun bir hissəsi-20000 mantı ilə bağlı yazılı müqavilə bağlasa da, digər hissələri-5500 və 19800 manat hissəsi ilə bağlı yazılı müqavilə bağlamamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında pulun bir hissəsinin verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış öhdəliyin əsası qismində borc müqaviləsindən irəli gələn öhdəliklərə dair normalardan əlavə həmçinin mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcunu ödəməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Digər tərəfdən cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Odur ki, cavabdeh borcunu ödəmədiyindən və əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmadığından iddiaçı borcun və əsassız varlanma nəticəsində əldə edilmiş pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı və cavabdeh tərəfindən bir-birilərinə müxtəlif vaxtlarda müxtəlif bank kartları vasitəsilə qarşılıqlı pul göndərilməsi ilə bağlı ödəniş qəbzlərinin fotoşəkillərinə münasibətdə bildirir ki, iddiaçının və şahidlərin izahatlarında bəlli olduğu kimi həmin pulların hazırki iddia tələbi ilə hər hansı bağlılığı yoxdur. Məhkəmə şahid qismində izaht verən X3 cavabdehə verdiyi 5700 manat dəyərində qızılla bağlı bildiri ki, şahidin özünün də qeyd etdiyi kimi həmin qızıllar şahid tərəfindən bilavasitə cavabdehə verilmişdir. Şahid həmin qızılların pulununun iddiaçı tərəfindən ona verildiyi bildirilsə də, məhkəmə bildirir ki, iddiaçı ilkin iddia tələbində və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizəsində həmin qızıla görə verdiyi pulu tələb etməmiş, bununla bağlı məhkəmə proseslərində heç bir fikir bildirməmişdir. Məhkəmənin sonuncu baxış iclasında həmin fakt üzrə şahid izahat verdikdən sonra iddiaçı həmin faktın iddia ərizəsində qeyd edilməsinin unudulduğunu bildirsə də, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə iddia tələbinin həcminin artırılmasını qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki halda iddiaçı qeyd olunan faktın ona əvvəlcədən məlum olduğunu bildirmiş, həmiçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman həmin fakt üzrə iddia ərizəsində qeydin edilməsi üçün iddiaçıya hər hansı maneənin olması görünmür. Qeyd olunanlardan əlavə məhkəmə bildiri ki, iddia tələbinin dəqiqiləşdirilməsi barədə iddiaçınıən ərizəsində göstərdiyi lotareya oyununa görı cavabdehin verməli olduğu 9000 və 700 manat pulun cavabdehə iddiaçı tərəfindən verildiyini təsdiq edən hər hansı bir sübut təqdim olunmadığından iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X4 38300 (otuz səkkiz min üç yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə müvafiq olaraq 204 (iki yüz dörd) manat 90 (doxsan) qəpik dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X4 38300 (otuz səkkiz min üç yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə müvafiq olaraq 204 (iki yüz dörd) manat 90 (doxsan) qəpik dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-2212/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2212/2025
19.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver