Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2213/2025 09.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı cavabdeh X2 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh X3 qarşı zərərin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddaçı, özünə məxsus VAZ 2101markalı, 1975-ci il buraxılışlı **- BC-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh etibarnamə ilə şifahi razılaşma ilə satmışdır. 2023-cü ilin mart ayında avtomobili etibarnamə ilə idarə edən Cavabdeh bir neçə dəfə yol hərəkət qaydalarını pozmuş və umimilikdə 600 (altı yüz) manat cəriməni cavabdehin əvəzinə iddaçı ödəməyə məcbur qalmışdır. İddia ərizəsinə əsasən iddaçı zərərin ödənilməsini təəb edərək məhkəmədən cavabdehdən 600 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə dəymiş zərərin ödənilməsi barədə ərizəni nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 8.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə-qiymətləndirilən iddialar üzrə-iddianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilməlidir. Zərərin ödənilməsi barədə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir Həmçinin iddia ərizəsində cavabdehin soyadı Rəsulov göstərilmiş, lakin iddia ərizəsinə əlavə edilmiş etibarnamədə soyad Nəzərov olaraq qeyd edilmişdir. Həmçinin Elektron Məhkəmə X1 Nüsrət Şahkərəm oğluna aid məlumatlar mövcud deyildir. Cavabdeh etibarnamədə göstərilən ünvan ünvan 1n qeydiyyatda olduğu yer barədə, eləcə də digər məluamtlar barədə məlumatlar daxil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə məhkəmə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edir. Qeyd olunan qanunvericliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 149, 150, 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət vermək olar. Hakim: Kələntərov Şahəddin
Məhkəmə qərarları › İş №2(057)-2213/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2213/2025
09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver