Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2218/2024 27.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Yaqub oğlunun sədrliyi Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 500 (beş yüz) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, o, özünə məxsus “TÜRKAN VİP” adlı mağazada paltarların satışı ilə məşğul olur. Cavabdeh onun daimi müştərisi olmuş və nisyə aldığı malların pulunu bir neçə ay ərzində qaytarmışdır. Əvvəllər ödənişləri gecikdirməmişdir. 2023-cü ilin dekabr ayında Cavabdeh 500 manat dəyərində alınmış malların pulunu ona ödəməmiş, borclu qalmışdır. Şifahi razılaşmaya əsasən o, həmin pulu digər aylarda hissə-hissə ödəməli idi. Lakin, cavabdeh tərəfindən verilən vədə əməl edilməmiş və həmin pul ödənilməmişdir. Cavabdehlə dəfələrlə əlaqə saxlanılsa da, borcunu ödəyəcəyini lakin maddi imkanı olmadığını bildirmişdir. Hazırki tarixə qədər cavabdeh tərəfindən 500 manat borc ödənilməmişdir. Cavabdeh tərəfindən whatsapp yazışmalarında və səs yazılarında borcunun olması etiraf edilir. Cavabdeh müqavilə şərtlərini pozduğu üçün və borcunu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 500 manat məbləğində borclu olduğu pulun alınaraq ona verilməsini tələb edir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, onun Salyan şəhərində yerləşən “Türkan Vip” adlı mağazası olmaqla həmin mağazada qadın geyimlərinin və ayaqqabılarının satışı ilə məşğuldur. Cavabdehi 7-8 ildir ki, bir müştəri kimi tanıyır. Uzun müddətdir ki, cavabdeh və onun iki qızı onun mağazasından nisyə olaraq alış-veriş etmiş, vaxtaşırı aldıqları geyim əşyalarının pulunu ödəmişlər, lakin təxminən 1 ildir ki, cavabdeh ona borclu qaldığı – aldığı geyim əşyalarının pulu olan - 500 manat pulu vermir. Cavabdeh “Muğan” şadlıq evinin mətbəxində işləyir. Salyan rayonunun Plastmas yaşayış massivində yaşayır. Cavabdehdən borcunu tələb etdikdə cavabdeh ona qızını gəlin köçürdüyünü, cehiz aldığını, borcunu qaytarmağa imkanın olmadığını demişdir. Cavabdehə dəfələrlə zəng etsə də, onun telefon nömrələrinə zəng çatmamışdır. Cavabdehlə əlaqə saxlaya bilmədiyindən sonuncu dəfə bu ilin yay aylarında borcunu tələb etmək üçün cavabdehin evinə getmiş, lakin orada cavabdehin anası ona bir daha onların evlərinə gəlməmələrini, əks halda onu polisə verəcəyini bildirmişdir. Cavabdehdən ona olan borcunu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh borcunu telefon danışıqlarında etiraf etmişdir, o, bu barədə sübutlarını məhkəməyə təqdim etmişdir. Məhkəmə baxış iclasının təyin edilməsinə etirazı yoxdur. Cavabdehdən ona olan 500 manat borcunun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, 2(057)-2218/2024 saylı mülki iş üzrə iddiaçıdır. İddia tələbi olan 500 manat cavabdehin onun mağazasından aldığı geyim əşyalarından yaranmış puldur. Həmin geyim əşyaları bu şəkildədir: köynək – 25 manat, şalvar – 31 manat, köynək – 25 manat, şalvar – 30 manat, köynək – 14 manat, idman geyim dəsti – 30 manat, köynək – 15 manat, idman ayaqqabısı – 35 manat, ayaqqabı – 30 manat, köynək – 32 manat, köynək - 25 manat, ayaqqabı – 40 manat, köynək – 14 manat, köynək – 22 manat, gödəkçə – 28 manat, idman geyim dəsti – 27 manat, yubka – 30 manat, qış üçün gödəkçə - 47 manatdır. Cəmi 500 manat. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi digər ərizəsində göstərmişdir ki, icraatda olan 2(057)-2218/2024 saylı mülki iş üzrə iddiaçıdır. İddia ərizəsində ona məxsus olduğunu bildirdiyi mağazanın adı texniki səhv ucbatından “Fidan VİP” olaraq qeyd edilmişdir. Lakin ona məxsus mağazanın adı “Türkan VİP”-dir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia ərizəsindəki texniki səhvliyin düzəldilməsi, yəni, “Fidan VİP” olaraq qeyd edilmiş mağazanın adının dəyişib “Türkan VİP” olaraq qeyd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, 2(057)-2218/2024 saylı mülki iş üzrə cavabdehdir. İddiaçıya 500 manat borcu olduğunu və iddianı qəbul edir. Hal-hazırda maddi imkanı borcunu qaytarmağa yaramır. İşləmir, əlavə olaraq himayəsində azyaşlı övladı vardır. Maddi və sosial şəraitinin nəzərə alınmasını xahiş edir. Həmçinin məhkəmə iclaslarının onun iştirakı olmadan keçirib iş üzrə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada əvvəlcədən xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, məhkəməyə təqdim etdikləri ərizələrində mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş “Whatsapp” ani mesajlaşma tətbiqindən olan ekran surətlərindən görünür ki, iddiaçı ilə cavabdehin arasında müəyyən borcla bağlı danışıq olmuşdur. İddiaçı öz borcunu tələb etmiş, cavabdeh isə borcunu qaytarmaqda çətinlik çəkdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh qarşı 500 (beş yüz) manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 500 manat borcu qəbul edərək, həmin borcu etiraf etmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh İddiaçı borclu qaldığı 500 (beş yüz) manat məbləğində pulu qaytaracağını öhdəsinə götürsə də, həmin öhdəliyini yerinə yetirməmiş və bununla da, onun iddiaçı qarşısında mülki məsuliyyəti yaranmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçıya olan borcunu etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 530 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikasının MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Məhkəmə hesab edir ki, qətnamədən rəsmi qaydada verildiyi gündən (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 530 (beş yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(057)-2218/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2218/2024
27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver