Məhkəmə qərarları › İş №2(057)-2253/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2253/2024

27.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2253/2024 27.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı X1 cavabdeh X6 qarşı “qızıl-zinət və evə köçürülmə” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh X6 qarşı “qızıl-zinət və evə köçürülmə” tələbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 dəst komplekt Rusiya istehsalı 583 əyarlı 10 qramlıq 1000 manat dəyərində 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd sep, 1 ədəd Rusiya istehsalı 583 əyarlı 5 qramlıq 600 manat dəyərində nişan üzüyü, 1 ədəd Rusiya İstehsalı 583 əyarlı 3 qramlıq-300 manat dəyərində siklon qaşlı hədiyyə üzük, onlar olmadıqda dəyəri 1900 manat cavabdeh X4 alınaraq ona verilməsi və ünvan 1 ünvanında yerləşən binanın yanında cavabdeh ilə birlikdə birgə nikah dövründə tikilmiş evə xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barəsində 2 (iki) dəfə lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı X1 məhkəmə iclasında iştirak etməsini məhkəmə zəruri hesab etmişdir. Belə ki, qızıl-zinət əşyalarının tələb olunması və evə köçürülmə ayrı-ayrı araşdırma istiqamətləri tələb edən tələblər olduğundan və köçürülmə tələb olunan evin hüquqi sənədləri və.s əsaslarının müəyyən edilməsinə ehtiyac olduğundan iddiaçının məhkəmədə izahat verməsi zəruridir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində hüquqi marağı yoxdur. İddiaçının məhkəmə iclasında iştirakı hazırki mülki iş üzrə tam, obyektiv və hərtərəfli araşdırmanın aparılması əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi nəzərə alınmaqla, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclasına təkrar gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.5-ci maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.6, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh X6 qarşı “qızıl-zinət və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən X2 qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar