Məhkəmə qərarları › İş №2(057)-228/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-228/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-228/2023 06.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “nağd pul kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Bank VTB (Azərbaycan) ” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “nağd pul kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 343824-1-34055 nömrəli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”-nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 4969.91 manat məbləğində əsas borc, 712.69 manat məbləğində faiz borcu, 363.95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6046.55 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 80.47 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixli, № 343824-1-34055 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi” bağlanılmış və illik 28.9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka, ümumilikdə 3749.34 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 343824-1-34055 nömrəli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”-nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 4969.91 manat məbləğində əsas borc, 712.69 manat məbləğində faiz borcu, 363.95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6046.55 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 80.47 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilmədsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı “iddia tələbinin həcminin artırılması”na dair ərizə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 343824-1-34055 nömrəli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 4969.91 manat məbləğində əsas borc, 727.55 manat məbləğində faiz borcu, 363.95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6061.41 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 80.61 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilmədsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Bank VTB (Azərbaycan) ” ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materallarında olan: Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli, № 343824-1-34055 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 28.9 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit hesabından arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, № 343824-1-34055 saylı kredit müqaviləsinə əsasən 4969.91 manat əsas, 712.69 manat faiz, 363.95 manat cərimə borcu olmaqla, cəmi 6046.55 manat məbləğində borcu vardır. İş materiallarında olan pretenziyanın surətindən görünür ki, Cavabdeh Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən dövlət rüsumu kimi 80.47 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 mart 2023-cü il tarixli, 9/1383 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 343824-1-34055 nömrəli Kredit Müqaviləsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixə əsas borcu 4952.39 manat, faiz borcu 727.55 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “Bank VTB (Azərbaycan) ” ASCnin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 343824-1-34055 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 28.9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı X4 Cəmiyyəti həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 80.61 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borcu 4969.91 manata mütənasib olmadığından 363.95 manat məbləğində cərimə pulunun 10 manat məbləğinə azaldılması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 75.72 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə “Bank VTB (Azərbaycan) ” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 343824-1-34055 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4952.39 manat məbləğində əsas borc, 727.55 manat məbləğində faiz borcu, 10 manat cərimə borcu və 75.72 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 5765.66 manat pul vəsaiti tutularaq “Bank VTB (Azərbaycan) ” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213- 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə “Bank VTB (Azərbaycan) ” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 343824-1-34055 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4952.39 manat məbləğində əsas borc, 727.55 manat məbləğində faiz borcu, 10 manat cərimə borcu və 75.72 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 5765.66 manat pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar