Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-229/2023 06.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, X1 katibliyi və İddiaçı Məmmədova(Əzizova) Ramilə Yaqub qızı iştirakı ilə İddiaçı Məmmədova (Əzizova) Ramilə Yaqub qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması və valideynin uşağın müalicəsi üçün əlavə xərclərə cəlb olunması tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Məmmədova (Əzizova) Ramilə Yaqub qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Salyan rayon məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(057)-1176/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması və cavabdehdən bir uşaq üçün 193 manat olmaqla 3 uşaq üçün cəmi 579 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılması və cavabdeh ata kimi xəstə övladının müalicəsindən ötəri çəkilən xərclərə cəlb olunmaqla ondan hər ayda uşağın müalicəsi üçün 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məmmədova (Əzizova) Ramilə Yaqub qızı məhkəmə hazırlıq iclasında ərizə verərək, iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının xahişi təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı Məmmədova (Əzizova) Ramilə Yaqub qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması və valideynin uşağın müalicəsi üçün əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-229/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-229/2023
06.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver