Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2336/2024 13.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (atası) İmanlı Səfail Heydər oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və cavabdehin əlavə xərclərə cəlb olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alimentin artırılması və cavabdehin əlavə xərclərə cəlb olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(057)-199/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi və cavabdehdən hər ayda 230 manat miqdarında sabit pul məbləğində alimentin tutulması, cavabdeh xəstə uşağının müalicəsi üçün əlavə xərclərin ödənilməsinə cəlb edilməsi və ondan hər ayda uşağın müalicəsi üçün 100 (yüz) manat məbləğində əlavə alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş 23 iyun 2019-cu il təvəllüdlü X6 onunla qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanması üçün 120 manat alimentin tutulması qət edilmişdir. Ötən müddət ərzində cavabdeh alimenti qisməndə olsa ödəmişdir. Lakin artıq övladları böyümüş və onun tələbatı artdığından onun saxlanmasında maddi çətinliklər çəkir. Salyan Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək cavabdehin qazancının və başqa gəlirlərinin 1/5 hissəsi məbləğində tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən ona cavabdehdən cəmi 100 manat aliment tutularaq ona verilmişdir. Onun ailə vəziyyətində dəyişiklik olmasa da, maddi vəziyyətində xeyli dəyişiklik olmuşdur. Hazırda respublikamızda bir uşağın yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq o da, məhkəmə tərəfindən 2022-ci ildə müəyyən olunmuş alimentin miqdarının artırılaraq 230 manat olmasını tələb edir. Cavabdehin hazırda harada işləməsini bilmir. Lakin bilir ki, gündəlik fərdi işlər görməklə hər ayda kifayət qədər qazancı və gəlirləri olur. Bu səbəbdən də cavabdehdən alimentin sabit pul məbləğində tutulmasını istəyir. Bildirir ki, birgə nikahlarından doğulmuş övladları hazırda “epilepsiya” xəstəsidir və o vaxtaşırı olaraq onu həkim müayinəsindən keçirərək müalicə etdirir. Onun müalicəsi üçün hər ayda ən azından 150-200 manat pul xərcləyir. Bu səbəbdən də Ailə Məcəlləsinin 81-ci maddəsinin tələbinə uyğun olaraq uşağın atası kimi cavabdeh də həmin xərclərin ödənilməsinə cəlb edilməlidir. O uşağın müalicəsi üçün əlavə xərc kimi cavabdehdən hər ayda 100 manat miqdarında əlavə aliment tələb edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, uşağının gələcəyini fikirləşir. Cavabdehin atası Səfail İmanlıdan çox razıdır, hər zaman bir böyük kimi onun hörmətini saxlamışdır. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında bildirmişdir ki, o başa düşür ki, alimentin miqdarı azdır. Amma oğlunun birinci nikahdan iki uşağı və üçüncü nikahdan da bir uşağı var. Birinci nikahdan olan uşaqlar üçün də aliment ödəyir. Özü baba kimi 100 manat oğluna kömək edəcəkdir ki, o, alimenti ödəyə bilsin. Özünün ailə təsərrüfatı var, əgər təsərrüfatında işlər yaxşı gedəcəyi təqdirdə nəvəsinə əlavə maddi yardım göstərəcəkdir. Hazırda maddi yardımla birlikdə 230 manat alimentin tutulmasına etiraz etmir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-199/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsinin ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(057)-624,625,698/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancın (başqa gəlirlərin) 2/5 hissəsi miqdarında aliment tutularaq X5, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün onun qazancın və (və ya) başqa gəlirlərinin 1/5 hissəsi məbləğində aliment tutularaq X7 verilməsi qət edilmişdir. İş materiallarında olan X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli arayışından görünür ki, İmanov X8 rayonu, Qırxçıraq kəndində ailəsi ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş X1 ksero surətindən görünür ki, Cavabdeh xx.xx.1986cı ildə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlə iddiaçının birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X10 anadan olmuşdur. Salyan Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(057)-624,625,698/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancın (başqa gəlirlərin) 2/5 hissəsi miqdarında aliment tutularaq X5, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün onun qazancın və (və ya) başqa gəlirlərinin 1/5 hissəsi məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə tutulmuş aliment uşağın ehtiyacını təmin edə bilmir və maddi cəhətdən uşağın saxlanmasına kifayət etmir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını, iş üzrə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün yetərli olmamasını və cavabdehin nümayəndəsinin iddianı qismən qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-199/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək müalicə edilməsi ilə əlaqədar yaranmış xərclərin ödənilməsi üçün cavabdehdən əlavə olaraq hər ay 60 manat əlavə xərc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun 1000 manatdan artıq olmasını nəzərə alaraq, ödənilməli 30 manat dövlət rüsumu cavabdehdən dövlət gəlirinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-199/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək müalicə olunması üçün əlavə olaraq hər ay 60 (altmış) manat əlavə xərc tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-2336/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2336/2024
13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver