Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-245/2023 01.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə mənzilə köçmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh məxsus və onun mülkiyyətində olan Salyan rayonu, Qarabağlı kəndində 130 kv.m ölçüdə olan 4 otaqlı evdə onun və övladlarının yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və Cavabdeh məxsus Qarabağlı kəndindəki evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh ilə nikahları 2007-ci ildə Qarabağlı kənd İnzibati Ərazi Nümayəndəliyində rəsmi qeydə alınmış, lakin toyları 2005-ci ildə olmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Toydan sonra Salyan rayonu, Qarabağlı kəndində yerləşən cavabdehin atasına məxsus evə gəlin köçmüş və cavabdeh ilə birlikdə həmin evdə 2010-cu il tarixədək birlikdə yaşamışlar. Sonra isə qeyri-rəsmi zəbt olunmuş bələdiyyə torpağında Raminin adına 130 kv.m ölçüdə, 4 otaqlı bir mərtəbəli ev tikdirmişlər. 2010-cu ildə həmin evə köçmüşlər və 2021-ci ilə kimi orada yaşamışlar. Sonradan münasibətləri korlandığı üçün atası evinə geri qayıtmışdır. Yaşamağa yeri olmadığından iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etiyini, iddiaçının uşaqları ilə birlikdə yaşadığı evə köçürülməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məkəmə baxışı zamanı aydın olmuşdur ki, tərəflər birgə nikah dövründə bələdiyyə torpağında özlərinə yaşayış inşa etmişlər.Lakin tərəflərin inşa etdirdikləri evin yerləşdiyi torpaq onların mülkiyyətində olmadığından həmin tikili qanunsuz tikilidir.Cavabdehin həmin evdə hansı statusda yaşayırsa, iddiaçının da həmin evdə uşaqları ilə birlikdə yaşamağa hüququ vardır.Ona görə də iddiaçının həmin evə köçürülməsi barədə iddia təmin olunmalı, iddia qalan hissədə isə təmin olunmamalıdır. Məhkəmədə elan olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(057)-1176/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında Salyan rayon Qarabağlı kənd ərazi nümayəndəliyində xx.xx.2007-ci il tarixli 27 saylı nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 iddiaçı X1 himayəsində saxlanılmış və xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh xx.xx.2022-ci ildən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment alınaraq X3 verilməsi qət edilmişdir. Məhkəmədə elan olunmuş Salyan rayonu Qarabağlı Bələdiyyəsinin 27 oktyabr 2022-ci il tarixli, 44 nömrəli məktubunun surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kənd sakini Cavabdeh Qarabağlı kəndində çəpəri daxilində 0.25 ha zəbt torpağı və 130 kv.m ölçüdə fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Salyan rayonu, Qarabağlı kəndində yerləşən Cavabdeh yaşadığı 130 kvm, 4 otaqlı evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-245/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-245/2023
01.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver