Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2489/2025 19.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Dadaşov Cavid Zeydulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi.
1. İşin halları
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-752/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh xeyrinə borca görə 12900 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat pul vəsaiti tutulması qət edilmişdir. Həmçinin həmin qətnamə mülki iş üzrə şahid X4 izahatı ilə müəyyən olunur ki, o, İddiaçı ilə birgə işləmiş, sonuncunun evində Rənanı tanımışdır. O Rənadan mebel almış, həmin mebeli Xatirənin evindən götürmüşdür. Mebelin pulunu razılaşma ilə 3 aya ödəyib. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2817/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 800 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-24/2022 saylı, qətnaməsindən görünür ki, cavabdeh X2 iddiaçı Cavabdeh xeyrinə borca görə 14950 (on dörd min doqquz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Xəzər Rayon İcra şöbəsində İddiaçı xx.xx.2025-ci il izahatından görünür ki, onun barəsində olan icra sənədindən xəbərdardır, Cavabdeh tələbkar olduğu icra sənədi üzrə tələbi bugünədək tam şəkildə ödəyə bilməməsinə səbəb maddi imkanın olmamasıdır. Hazırda icra sənədi üzrə tutulmalı olan 12900 manat borc məbləğindən 8550 manat məbləğində ödəniş etmişdir. İcra sənədi üzrə tələbkara 4400 manat pul borcu qalmışdır. İcra sənədi üzrə ödənişləri hissə-hissə olmaqla ödəyəcəkdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2690/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 900 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-2489/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı Süleman qızının vəkili Vəkil tərəfindən Salyan Rayon Məhkəməsinə şikayət verilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-2489/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Salyan Rayon Məhkəməsinin 2(057)-2489/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilə bilməsi üçün və onun apellyasiya instansiyasında təmsil olunması üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-2489/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-2489/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qüvvəsində saxlanılmış və həmin qərardan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1712/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-2489/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və mülki prosessual hərəkətlərin davam etdirilməsi üçün Salyan Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
a) iddia tələbi
İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7750 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ödənilmiş pulların geri qaytarılmasına dair iddia ərizəsi ilə Cavabdeh ödənilmiş pulların geri qaytarılması tələbidir. Belə ki, onun Cavabdeh borcu ondan stol-stul, divan bir də nəğd sələmə götürdükləri olmaqla, ümumilikdə 8000 manat borcu olmuşdur. Həmin borcu da 12 ay müddətinə razılaşdıqları kimi Rənanın Bakıdakı evində bacısı Pərvanə və yoldaşı Elmarın yanlarında Rənanın bütün borclarını hissə-hissə ödəmişdir. Daha ona borcu qalmamışdır. Rəna özü də Elmar və Pərvanənin yanında etiraf etmişdir. Rəna yalandan onun boynuna yataq dəsti də qoymuşdur. Əslində həmin yataq dəstini işçi yoldaşı Səlimov Cavid adında adama satmışdır. Həmin adam şahid qismində dindirilə bilər. Həmin ərəfələrdə işçi yoldaşı X5 Rəna pul və yataq dəsti mebeli və digər əşyalar sataraq onu da bu işlərdə girov qoymuşdur. Səlimov Cavid və Rənadan adını sadaladığı əşyaları və sələmə ilə pul almışdır. X9 aldığı pulları vaxtı-vaxtında ödəmişdir. Rəna sələməçiliklə məşğul olduğuna görə Səlimov Cavidə verdiyi pulun faizini şəxsi istəyinə və şərtlərinə görə pulu artırır bu zaman Cavidin pul ödəməsində çətinliklər yaranır. Rəna onu zaminliyinə görə, borcu olmadığı halda qəsdən məhkəməyə vermişdir. X8 də məhkəməyə vermişdir. Cavidə satdığı mebel dəstini verdiyi pulu onun boynuna yıxaraq onun adına yazmışdır. Hətda oğlunu da şərləyib, onunla birlikdə məhkəməyə vermişdir. Oğlunun adından oğluna məxsus olmayan əl yazıları və yalan ifadələr vermişdir. Oğlu barədə verilən yalan ifadələr məhkəmədə yalan ifadə kimi sübuta yetirilmişdir. Cavabdeh şəhid ailəsi adından sui istifadə edərək istədiklərinə nail olmuşdur. Səlimov Cavidi də tutduraraq və hətda qorxu gələrək ondan borclu olduğu pulun hamısını almışdır. Lakin icra məmuru vasitəsi ilə yenə də ondan pul ödəmə tələb olunur. Cavabdeh həmçinin onu da dəfələrlə polisə, icraya verərək onu tutduraraq oğlunuda girov kimi həbs etdirmişdir. O da, qorxusundan icranın ona verdiyi tapşırığı 300 manat pulu hər ay Rənanın şəxsi hesabına köçürür. Əslində Rənaya heç bir borcu olmadığı halda pul köçürdür. Bu günə kimi 7750 manat pul köçürtmüşdür. Bu iş həllini tapmayana kimi qorxusundan hər ay 300 manat ödəmək məcburiyyətində qalmışdır. Məhkəmədə hansısa səbəbdən dediklərinə məhəl qoymamışlar. Cavabdeh araşdırılmasını xahiş etmişdir. Məhkəməyə təqdim etdiyi ərizəsində saxtakarlıqlar var. Onlar araşdırılmamış və diqqətə alınmamışdır. Hal-hazırda X6 borcunu tam ödəmişdir. Daha o, girov sayılmır. Rənaya ödədiyi pulların qaytarılmasını və icrada işinin dayandırılmasını istəyir. b) iddiaya etiraz
İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştirakçılarının izahatları
10. İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh əsassız olaraq X5 verdiyi pul vəsaitinə görə onu məhkəməyə vermiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-752/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan Cavabdeh xeyrinə borca görə 12900 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat pul vəsaiti tutulması qət edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almış və icra mərhələsindədir. Onun tərəfindən qeyd olunan qətnamə üzrə öhdəliklər hər ay 300 manat olmaqla yerinə-yetirilir. Lakin buna baxmayaraq, tələbkar israrları nəticəsində bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hazırda qeyd olunan borc məbləğindən 7750 manat pul vəsaiti Cavabdeh ödənilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icaslında sədrlik edən tərəfindən ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, hazırki iddia tələbinin əsasını məhz Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-752/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan tutularaq Cavabdeh ödənilməli olan pul vəsaiti təşkil edir. Həmin qətnamənin icrası ilə əlaqədar ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb edir. Həmçinin ona ünvanlanan digər suala cavabında bildirmişdir ki, qeyd olunan qətnamə hazırda qüvvədədir və həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razılaşmayaraq, izahatında bildirmişdir ki, İddiaçı qanuni qüvvəsini almış qətnamə ilə onun xeyrinə tutulması qət olunmuş pul vəsaitinin əsas olmadan geri qaytarılmasını tələb edir. Lakin hazırda onun tərəfindən tələb olunan 7750 manat məbləğində pul vəsaiti məhkəmə araşdırması ilə qət olunaraq icraya yönəldilmiş İddiaçı ona olan borc pul vəsaitinə görə icra mərhələsində ödədiyi pul vəsaitidir. Məmmmədova Xatirənin ona ödədiyi pul vəsaiti ona olan borcunun əvəzidir. Hazırda İddiaçı X7 ilə birlikdə ona ödəməli olduğu pul borcunu yerinə-yetirməmək üçün və ya yayınmaq üçün bu məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X1 ona ayrılıqda başqa məbləğdə borcu olmuş və bu barədə Neftçala Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Həmin qətnamə də icraya yönəldilmiş və borclu tərəfindən qətnamə ilə müəyyən olunmuş borc pul vəsaiti tam olaraq icra edilmişdir. İddiaçı Hazırda ayrı-ayrılıqda həm onun barəsində, həm də Səlimov Cavid barəsində qəbul edilmiş qətnamələr ilə müəyyən olunmuş borc vəsaitini X4 borcu kimi qələmə verməklə ona olan borc pulun qaytarılmasından yayınmaq istəyir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən şahid X7 izahatında bildirmişdir ki, onun Cavabdeh olan borc pul vəsaitinə görə Neftçala Rayon Məhkəməsinin qətnaməsi qəbul edilmiş və ondan 14950 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və hazırda həmin icra sənədi üzrə öhdəliklər onun tərəfindən tam olaraq icra edilmişdir. İddiaçı Cavabdeh olan borc pul vəsaiti barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində aparılmış məhkəmə araşdırmasından xəbərdar olmuş və həmin mülki iş üzrə şahid qismində dindirilmişdir. Hazırki tərəflər arasında olan pul borcunun yaranmasına əsas Cavabdeh tərəfindən İddiaçı satmış olduğu mebel əşyaları səbəb olmuşdur. Halbuki həmin mebel əşyaları sonradan onun tərəfindən Cavabdeh tərəfindən ona satılmışdır və həmin mebel əşyaları onun tərəfindən İddiaçı qızına məxsus evdən götürülmüşdür. Cavabdeh mebel əşyasından başqa ayrılıqda borc pul vəsaitidə götürmüşdür. Lakin İddiaçı ilə Cavabdeh arasında daha öncəki tarixlərdə borc müqaviləsinin bağlanmasında və mebel əşyasının satılması prosesində iştirak etməmişdir.
2. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.7-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına “əsassız varlanma” aid edilmişdir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-ci maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1095-ci maddəsinə əsasən, Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 dekabr 2008-ci il tarixli Qərarı:
“MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı :
“Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.” Əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: (bundan sonra – MPM-in) 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin qaytarılmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehə aid edilməlidir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, prosessual tərəflərin (iddiaçı, cavabdeh və s.) hər hansı birinin lehinə və ya əleyhinə öz təşəbbüsü ilə sübutlar toplaması qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir.
3. Məhkəmə baxışının hədləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
4. Məhkəmənin mövqeyi
Məhkəmə maddi norma ilə bağlı hüquqi məsələlərə dair qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən ilk öncə iddiaçının iddia tələbindən aslı olmayaraq, iddiaçı ilə cavabdeh arasında mövcud olan mülki hüquq münasibətləri müəyyən etməli və tətbiq edilməli hüquq normasını müəyyən etməlidir. Hazırki iddia tələbi ilə və məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunur ki, tərəflər arasında daha əvvəllər borc münasibətləri mövcud olsa da, hazırda onlar arasında MM-in 14-cü maddəsində təspit olunan mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından yalnız “əsassız varlanmaya” dair mülki hüquq münasibətləri mövcuddur. Tərəflər arasında olan qeyd oluna mülki münasibətlərin mövcudluğu iddiaçı və cavabdeh tərəfindən məhkəmə iclaslarında verdikləri izahatlarla və məhkəməyə təqdim olunan sübutlarla öz təsdiqini tapır və işin mübahisəsiz halı kimi qiymətləndirilir. Hazırki mülki işin hallarından görünür ki, İddiaçı hazırki iddia tələbi ilə Cavabdeh qarşı məhkəməyə müraciət etməsinə səbəb Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 752/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 12900 manat pul vəsaiti üzrə İddiaçı tərəfindən icra mərhələsində yerinə yetirdiyi ödənişlərin geri qaytarılmasıdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-752/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə borca görə 12900 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat pul vəsaiti tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra vərəqəsi əsasında Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra mərhələsində İddiaçı tərəfindən qətnamə ilə qət olunmuş məbləğdən iddia ərizəsi verilən tarixədək 7750 manat məbləğində pul vəsaiti tələbkar Cavabdeh ödənilmişdir. Hazırda İddiaçı həmin icra sənədi üzrə Cavabdeh Süleyma qızına ödənilmiş 7750 manat məbləğində pul vəsaitinin tələb olunması ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı öz izahatında da bildirmişdir ki, onun Cavabdeh qarşı qaldırdığı iddia tələbində qeyd olunan 7750 manat məbləğində pul vəsaiti məhz Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə ondan tutularaq Cavabdeh ödənilməli pul vəsaiti ilə eynilik təşkil edir. Onun iddia tələbi qeyd olunan bu əsasdan başqa hər hansı müqaviləyə (əqdə) və ya başqa mülki hüquq və vəzifələrin yaranması üçün başqa əsaslara söykənmir. Məhkəmə tərəflər arasında mövcud olan və mülki qanunvericiliyin tətbiq edilməli müddəalarının “əsassız varlanma” ilə bağlı mülki hüquqi münasibətlərə dair normalarına iş materiallarında olan sübutlarla məcmu halında qiymət verilməsini zəruri hesab edir. Azərbaycan mülki hüquq doktrinasında “əsassız varlanma” institutu ədalət balansının bərpasına yönəlmiş bərpaedici hüquqi mexanizm kimi çıxış edir. Mülki hüquq kommentariyalarında əsassız varlanmanın yaranması üçün dörd əsas hüquqi şərtin mövcudluğu göstərilir: Birinci şərt kimi “varlanma faktı” - şəxsin əmlak vəziyyətində artım olmalıdır. İkinci şərt kimi “başqa şəxsin hesabına baş vermə” - var-dövlət artımı başqa şəxsin əmlakının azalması ilə bağlı olmalıdır. Üçüncü şərt kimi “hüquqi əsasın olmaması” - var-dövlət artımı müqaviləyə, qanuna məhkəmə qərarına əsaslanmamalıdır. Dördüncü şərt kimi “səbəb-nəticə əlaqəsi” - əldə olunan əmlak ilə zərər çəkmiş şəxsin əmlak azalması arasında əlaqə olmalıdır. Əsassız varlanma ilə bağlı həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında olan “hüquqi əsas” sonradan aradan qalxa bilər. “Əsassız varlanma ilə bağlı iddia tələbinin təmin olunması üçün iddiaçı tərəfindən cavabdehin varlanması, bu varlanmanın iddiaçının hesabına baş verməsi və həmin varlanmanın hüquqi əsasının olmaması sübut edilməlidir.” Hazırki mülki iş materialları ilə Cavabdeh hüquqi əsas olmadan varlanması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının istinad etdiyi halla bağlı isə qeyd edilməlidir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh xeyrinə cavabdeh İddiaçı 12900 manat məbləğində pul vəsaitinin tutulması həmin mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında mövcud olmuş borc münasibətlərindən irəli gələn öhdəliklərlə bağlı olmuşdur. Tərəflər arasında olan borc münasibətlərinin məhkəmə araşdırmasının nəticəsində borcludan tutularaq tələbkara ödənilməsi tələbkar şəxsin əsassız varlanmasına deyil, onun mülkiyyəti olmuş pul vəsaitinin müqavilə tərəfi olan borclu tərəfindən öhdəliyin icrası qaydasında qaytarılması kimi qiymətləndirilməlidir. Bu hal bir daha təsdiq edir ki, mülki iş üzrə Cavabdeh ödənilən 7750 manat məbləğində pul vəsaiti onun əsassız varlanmasına deyil, daha əvvəl mövcud olmuş və məhkəmə qətnaməsi ilə təsdiq olunmuş borc münasibətlərindən irəli gələn pul vəsaitinin mülkiyyətçisi Cavabdeh İddiaçı tərəfindən qaytarılmalı olan pul vəsaitidir. Bu hal məhkəmə araşdırması zamanı tədqiq olunan sənədlərlə (müvafiq məhkəmə qətnamələri ilə), həmçinin məhkəmə araşdırması zamanı məhkəmə iclaslarında iştirak edən iddiaçı və cavabdehin, həmçinin məhkəmə iclasında iştirak etmiş şahidin ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə prosessual normaların tələbləri ilə bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Rüstəm Alıyev