Məhkəmə qərarları › İş №2(057)-270/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-270/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-270/2023 17.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Çaynik Hoffmann, Mikrodalğalı soba Hoffmann, Paltaryuyan Hoffmann, X2 , X3, Tozsoran Philips, Acer kompüter, Microsoft Windows 10 Pro almış və nəticədə 2930 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 288 manat (24 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan Çaynik Hoffmann, Mikrodalğalı soba Hoffmann üçün ümumilikdə, 108 manat olmaqla ondan, 99 manat ödənilməmiş hissə, 9 manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 912 manat (24 ay x 38 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Hoffmann üçün ümumilikdə, 737 manat olmaqla ondan, 670 manat ödənilməmiş hissə, 67 manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 646 manat (24 ay x 26 manat + 22 manat ilkin ödəniş) olan, X2 , X3 üçün ümumilikdə, 266 manat olmaqla ondan, 242 manat ödənilməmiş hissə, 24 manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 612 manat (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Philips üçün ümumilikdə, 260 manat olmaqla ondan, 1417 manat ödənilməmiş hissə, 141 manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2460 manat (24 ay x 102.50 manat + 0 manat ilkin ödəniş) olan Acer kompüter, Microsoft Windows 10 Pro üçün ümumilikdə 1559 manat olmaqla ondan, 1418 manat ödənilməmiş hissə, 141 manat cərimə Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində Acer kompüter, X1-dən imtina etmiş və məhsul 788 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 254 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 788 manat.digər 4 müqavilə üzrə (xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci il olmaqla və xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci il olmaqla) cəmi ödədiyi məbləğ 1210 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Odur ki, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Çaynik Hoffmann, Mikrodalğalı soba Hoffmann üçün 99 manat ödənilməmiş hissə, 9 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Hoffmann üçün 670 manat ödənilməmiş hissə, 67 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X2 , X3 üçün 242 manat ödənilməmiş hissə, 24 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Tozsoran Philips üçün 237 manat ödənilməmiş hissə, 23 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer kompüter, Microsoft Windows 10 Pro üçün 1418 manat ödənilməmiş hissə, 141 manat cərimə; Ümumilikdə 2930 manat borc, 49.30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Çaynik Hoffmann, Mikrodalğalı soba Hoffmann, Paltaryuyan Hoffmann, X2 , X3, Tozsoran Philips, Acer kompüter, Microsoft Windows 10 Pro almış və nəticədə 2930 manat borc yaranmışdır. İş materiallarında olan "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Çaynik Hoffmann, Mikrodalğalı soba Hoffmann üçün 99 manat ödənilməmiş hissə, 9 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Hoffmann üçün 670 manat ödənilməmiş hissə, 67 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, X2 , X3 üçün 242 manat ödənilməmiş hissə, 24 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Tozsoran Philips üçün 237 manat ödənilməmiş hissə, 23 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer kompüter, Microsoft Windows 10 Pro üçün 1418 manat ödənilməmiş hissə, 141 manat cərimə; ümumilikdə 2930 manat borc yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-nə gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 49.30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bufəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin məcəllənin 284-2-ci madəsinə əsasən kiçik iddialara dair işlərdəərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmişümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220,227,21559,284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 99 manat ödənilməmiş hissə, 9 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 670 manat ödənilməmiş hissə, 67 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 242 manat ödənilməmiş hissə, 24 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 237 manat ödənilməmiş hissə, 23 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 1418 manat ödənilməmiş hissə, 141 manat cərimə, 49.30 manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar