Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2717/2025 26.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh ondan 3500 manat dəyərində qızıl zinət əşyaları almışdır. Borcunu hissə-hissə qaytaracağına söz versə də, borcunu bugünkü günə qədər qaytarmamışdır. Cavabdehdən pulunu ala bilmir. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunu qaytarmasını tələb etsə də, cavabdeh borcunu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. Məcbur olub onun barəsində Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. Bu səbəbdən məcbur olub, məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 10 qram ağırlığında 585 əyarlı 1 ədəd kişi saatı, 4,2 qram ağırlığında 1 ədəd üzük, 5 qram ağırlığında 583 əyarlı 2 ədəd sırğa, 5,7 qram ağırlığında 585 əyarlı 1 ədəd klon və 1 ədəd sepin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh ölkə hüdudlarından kənarda olduğu üçün məhkəmə iclası zamanı onunla əlaqə saxlanılmış, o, İddiaçı qızıl zinət əşyalarını nisyə aldığını, onları lombarda girov qoyduğunu, lakin maddi imkanı olmadığı üçün lombarda olan borcunu ödəyə bilmədiyindən qızılları girovdan qaytara bilmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Salyan Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh satmaq üçün 3500 manatlıq qızıl zinət əşyaları verməsinə baxmayaraq, pulunu geri ala bilməməsi barədə polis şöbəsinə etdiyi müraciətə tərəflərindən baxılmış, müraciətdə qeyd olunan xüsusatlar mülki hüquq normaları ilə tənzimləndiyindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh aldığı borc barədə İddiaçı tərəfindən xəbərdar olunmuş, borcunu ödəmədiyi halda aidiyyəti orqanlara müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 dekabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, 10 qram ağırlığında 585 əyarlı 1 ədəd kişi saatı, 4,2 qram ağırlığında 1 ədəd üzük, 3 qram ağırlığında 585 əyarlı 1 ədəd sırğa, 5 qram ağırlığında 583 əyarlı 1 ədəd sırğa, 5,7 qram ağırlığında 585 əyarlı 1 ədəd klon və 1 ədəd sepin 02 dekabr 2025-ci il tarixinə orta bazar dəyəri 2924,50 (iki min doqquz yüz iyirmi dörd manat, əlli qəpik) manat məbləğində müəyyən olunmuşdur. Həmin rəyə əlavə olunmuş məktubdan görünür ki, mülki iş üzrə aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət nəfinə 54.60 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə olunmuş flash kartdakı səs yazısından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında borc barəsində mütəmadi danışıqlar aparılmış, cavabdeh borclu olduğunu etiraf etmiş və borcunu yaxın günlərdə qaytaracağını bildirmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı qızıl-zinət əşyaları almışdır. Cavabdeh borcunu hissə-hissə iddiaçıya qaytaracağına söz versə də, borcunu bugünkü günə qədər qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlayaraq satdığı qızılların pulunu tələb etsə də, cavabdeh borcunu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10 qram ağırlığında 585 əyarlı 1 ədəd kişi saatı, 4,2 qram ağırlığında 1 ədəd üzük, 3 qram ağırlığında 585 əyarlı 1 ədəd sırğa, 5 qram ağırlığında 583 əyarlı 1 ədəd sırğa, 5,7 qram ağırlığında 585 əyarlı 1 ədəd klon və 1 ədəd sep qətnamə icra olunan vaxt həmin əmlaklar olmadığı halda isə onların dəyəri təşkil edən 2924,50 (iki min doqquz yüz iyirmi dörd manat, əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində xidmət haqqı "xxxx" MMC-nin VÖEN **********, Hesab № AZN AZ74AİİB400600F**********112, Bank VÖEN-i "xxxx" ASC Mərkəz filialı **********, Müxbir hesab AZ37NABZ********************4, KOD 200026, SWİFT AİİBAZ2XXXX hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10 qram ağırlığında 585 əyarlı 1 ədəd kişi saatı, 4,2 qram ağırlığında 1 ədəd üzük, 3 qram ağırlığında 585 əyarlı 1 ədəd sırğa, 5 qram ağırlığında 583 əyarlı 1 ədəd sırğa, 5,7 qram ağırlığında 585 əyarlı 1 ədəd klon və 1 ədəd sep, qətnamə icra olunan vaxt həmin əmlaklar olmadığı halda isə onların dəyərini təşkil edən 2924,50 (iki min doqquz yüz iyirmi dörd manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş 54.60 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq "xxxx" MMC-nin VÖEN **********, Hesab № AZN AZ74AİİB400600F**********112, Bank VÖEN-i "xxxx" ASC Mərkəz filialı **********, Müxbir hesab AZ37NABZ********************4, KOD 200026, SWİFT AİİBAZ2XXXX hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-2717/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2717/2025
26.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver