Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-272/2024 19.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 4400 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, keçən ilin ortalarında bir neçə nəfər olmaqla Sevinc ,Xəyalə və başqaları ilə lotoreya oynamışlar. 2023-cü ilin fevral-mart aylarında Sevinc Quliyeva ona 1000 manat lotoreya pulunu vermiş və daha sonra satmaq üçün qızılları olduğunu bildirmiş, özü isə həmin 1000 manat pulu verərək sözügedən qızılları almışdır. Sonradan Sevinc ona qızılları hər qramında 20 manat daha artıq vermək şərtilə almaq istəyənin olduğunu demiş, qızılları ondan almış və 4-5 aya pulunu verəcəyini bildirmişdir. Təkrar 15-20 gündən sonra Sevinc yenə qızıl təklif etmiş, özü isə borca 2000 manat pul taparaq hər qramı 70 manat olmaqla 2000 manat dəyərində qızıl almışdır. Yenidən hər qramına 20 manat artıq vermək şərtilə qızılı Sevinc Quliyeva geri almışdır. Təkrar bir ay sonra 3000 manat qızılı eyni qayda ilə S.Quliyevadan almış və özünə qaytarmışdır. Sözü gedən halların hamısı 2-3 ay ərzində olmuşdur. Sevinc ayda 200-300 manat və ümumilikdə isə təqribən 1500-2000 manat pul vermişdir. Sonradan pulunu Sevincdən tələb etmişdir. Sonuncu axırıncı aylarda ayda 500 manat verməli olduğu halda, daha verməyəcəyini və pulu qızılı satdığı adamdan ala bilmədiyini bildirmişdir. Sevinc ona qızılları Xəyaləyə verdiyini və Xəyalənində qızılları Cavabdeh verdiyini demişdir. Özü Cavabdeh evinə getmiş, orada Gülər qızılların onda olduğunu və ərinin işə düşdüyü üçün xərclədiyini demişdir. Cavabdeh ona xx.xx.2023-cü il tarixdə 4700 manat borcu qalması ilə bağlı qəbz yazıb vermişdir. Gülər həmin puldan 300 manatı qaytarmış, 4400 manat borcu qaldığını bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 4700 manat olan borcunu etiraf etmiş, həmin puldan 300 manat qaytardığını, 4400 manat borclu olmasını etiraf etmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 65 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, borcludan 4400 manat pulu geri qaytarmasını xahiş etmişdir. Borcluya 10 gün müddətində ödəniş edilmədiyi halda aiddiyatı üzrə inzibati orqanlara şikayət edəcəyini bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh İddiaçı 4700 manat borcunu etiraf etmiş, o, həmin puldan 300 manat ödədiyini qeyd edərək 4400 manat borclu olması aşkar olunmuşdur. Cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş və həmin öhdəliyi icra etməyərək mülki qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də iddia təmin olunmalı, iddiaçının pozulmuş hüququ bərpa olunmalıdır. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, borclunun borclu olması barədə verdiyi sənəd iddiaçıda olmuş və həmin sənədin tələbkarda olması bir daha onu göstərir ki, borclu üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 529.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4400 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 65 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-272/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-272/2024
19.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver