Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-278/2024 26.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, iddiaçı X1, İddiaçı3 Qüdrət oğlu, İddiaçı2, İddiaçı5 və İddiaçı4 iştirakları ilə maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X1, İddiaçı3 Qüdrət oğlu, İddiaçı2, İddiaçı5 və İddiaçı4 rayon məhkəməsinə verdikləri iddia ərizəsində kollektor xətti üzərində çəkilmiş çəpərin sökülməsi və xəttin təmizlənməsinə maneə yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı5 məhkəmə iclasında bildirmişdir ki, cavabdeh onlarla qonşudur.Cavabdeh onların həyətindən axan qurunt suların axıdılması üçün nəzərdə tutulmuş su kollektorun yerləşdiyi təqribən 120 m x 5 m ölçüdə olan hissəsini çəpər edərək tutmuş və kollektorun təmizlənməsinə imkan yaratmır. Nəticədə yağışlar yağdığı zaman su həyətlərini basır. Bundan təqribən 20 kənd ailəsi əziyyət çəkir.Dəfələrlə cavabdehə həmin sahənin boşaldılmasını bildirsələr belə heç bir nəticəsi olmamışdır.Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar X1, İddiaçı3 Qüdrət oğlu, İddiaçı2 və İddiaçı4 İddiaçı5 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi Mübarizə Vəliyevin vermiş olduğu xx.xx.2024-cü il tarixli rəyindən görunur ki, iddiaçı X1, İddiaçı3 Qüdrət oğlu, İddiaçı2, İddiaçı5 və İddiaçı4 Cavabdeh arasında olan Salyan rayonu Gomuşçu kəndi ərazisində mübahisəli kollektorun yerləşdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarında umumi istifadədə olan yollar və küçələrə aid torpaq sahəsi kimi nəzərdə tutulmuşdur. Kollektorun yerləşdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarında bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsidir, kollektor kimsə tərəfindən tutulmamışdır. Məhkəmə iddiaçıları dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçıların iddia etdiyi mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsidir. Cavabdeh həmin torpaq sahəsini tutmaqda heç bir haqqı yoxdur.Yaxud cavabdeh həmin torpaq sahəsində yerləşən ümumi məqsədlərə xidmət edən kolektorun təmizlənməsinə hər hansı maneçiliyin yaradılmasında haqlı olmamışdır.Ona görə də məhkəmə verilmiş iddianın əsaslı olduğu qənaətinə gələrək təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Mütəxəssis rəyində qeyd olunmuş kollektorun kimsə tərəfindən tutulmaması ilə bağlı məhkəmə qeyd edir ki,məhkəmə mütəxəssisin həmin dediyi fikirlə razılaşmır, iddiaçılar 5 nəfər şəxs həmin sahənin tutulduğunu iddia etdikləri üçün məhkəmə onların dediklərini daha doğru olması qənaətinə gəlir. Göründüyü kimi mübahisəli torpaq sahəsi tərəflərin mülkiyyətində olmamış, ümumi istifadə üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinəəsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının vəX2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və«əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddəüzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinəəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mütəxəssi rəyinin verilməsinə dair çəkilən xərclər 95 manat pul Cavabdeh alınıb İddiaçı5 ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Salyan rayonu Gomuşçu kəndi ərazisində yerləşən umumi istifadədə olan bir tərəfdən Cavabdeh istifadə etdiyi torpaq sahəsinin kənarında yerləşən kollektor xətti üzərində çəkilmiş çəpər sökülsün və həmin xəttin təmizlənməsinə maneə yaradılması cavabdehə qadağan edilsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərclər 95 manat pul Cavabdeh alınıb İddiaçı5 verilsin. İddiaçı4 dövlət rüsumu kimi ödədiyi 100 manat Cavabdeh alınaraq İddiaçı4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-278/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-278/2024
26.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver