Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2815/2025 26.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «miras əmlakda payların müəyyən edilməsi və çıxarışın ləğv olunması» tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «miras əmlakda payların müəyyən edilməsi və çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi və həmin evin ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi üzərində onların payının olmasını, cavabdeh şəxs tərəfindən onlara yaradılmış maneələrin aradan qaldırılması, atalarından miras qalan əmlaka dair məcburi paylarının müəyyən edilməsi, həmin payların dövlət reyestrində qeydiyyata alınmasının, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli **********61 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləvğ edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi və həmin evin ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi ataları X14 mülkiyyətinə aid olmuşdur. (X33 filialından əldə olunmuş Salyan rayon Yenikənd kənd X34 (XDS) İcraiyyə Komitəsinin arxiv sənədlərindən, təsərüfatbaşına kitabdan çıxarışların surətləri iddia ərizəsinə əlavə edilmişdir). Mülkiyyətçi X28 xx.xx.1985ci il tarixində və həyat yoldaşı xx.xx.1987-ci il tarixində vəfat etdikdən sonra qardaşları X2 mülkü qanunsuz olaraq oğlu vərəsələrin yəni onların icazəsi olmadan öz adına keçirmişdir. X29 xx.xx.2009-cu il tarixində vəfat etmişdir. Vəfat etdikdən sonra qanunsuzluq davam etmiş və X45 Xidmət Mərkəzində xx.xx.2024-cü il tarixli rəsmiləşdirilmiş 2V-311 reyestrli vərəsəlik işi açılmış və sözügedən mülk həyat yoldaşı X15 və övladları X6, X18, Cavabdeh keçmişdir. Daha sonra isə X22, X7, X18 xx.xx.2024-cü il tarixli, 4Ə-582 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə mülkdən olan paylarını Cavabdeh hədiyyə vermişlər. Bununla da həmin daşınmaz əmlak xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət üzrə cavabdehin mülkiyyətinə keçmişdir. Odur ki, ünvan 1 ünvanında torpaq sahəsi üzərində onların payının olmasını nəzərə alaraq adıçəkilən cavabdeh şəxs tərəfindən onlara yaradılmış maneələrin aradan qaldırılması, atalarından miras qalan əmlak qeydiyyata alınmasının, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrində **********61 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləvğ edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə həvalə edilməsi tbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 xx.xx.2025-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəmyə müraciət edərək bildirmiş ki, Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi və həmin evin ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi üzərində onların paylarının olmasını nəzərə alaraq adıçəkilən cavabdeh şəxs tərəfindən onlara yaradılmış maneələrin aradan qaldırılması, atalarından miras qalan əmlaka dair onların məcburi paylarının müəyyən edilməsi, həmin payların dövlət reyestrində qeydiyyata alınmasının, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair 2(011)-2847/2025 saylı mülki iş vardır. Həmin mülki iş üzrə hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, iddia tələbində “**********99- 10301” reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinin” qeyd edilməsi əvəzinə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qeyd edilmişdir. Qeyd olunan texniki səhvin nəzərə alınmasını xahiş etmişlər. Odur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi aşayış evi və həmin evin ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi üzərində onların paylarının olmasını nəzərə alaraq adıçəkilən cavabdeh şəxs tərəfindən onlara yaradılmış maneələrin aradan qaldırılması, atalarından miras qalan əmlaka dair onların məcburi paylarının müəyyən edilməsi, həmin payların dövlət reyestrində qeydiyyata alınmasının, **********99-10301 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 sayı Ərazi İdairəsinə həvalə edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiçı İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi ataları X14 mülkiyyətinə aid olmuşdur. X5 1985-ci ildə, anası Rəhimova (Həsənova) Rəfiqə Həsən qızı isə 1987-ci ildə vəfat etmişlər. Ataları vəfat etdikdən sonra həmin torpaq sahəsi və yaşayış evində qardaşları Sərxan və Məhərrəm yaşamışlar. Böyük qardaşları X29 hələ sağlığında, yəni 1998-ci ildə həmin miras əmlakı öz adına rəsmiləşdirmiş, 13 yanvar 2009-cu ildə isə vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra X45 Xidmət Mərkəzində xx.xx.2024-cü il tarixli rəsmiləşdirilmiş 2V-311 reyestrli vərəsəlik işi açılmış və sözügedən mülk onun arvadı X22 və övladları X7, X18 və Cavabdeh keçmişdir. Daha sonra isə X22, X7 və X18 xx.xx.2024cü il tarixli, 4Ə-582 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə miras əmlakda olan paylarını Cavabdeh hədiyyə vermişlər. Bununla da həmin daşınmaz əmlak xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət üzrə cavabdehin mülkiyyətinə keçmişdir. Qardaşının oğlu Cavabdeh onların icazəsi olmadan çoxsaylı saxta sənədlərdən istifadə etməklə evi öz adına rəsmiləşdirmişdir. Odur ki, iddianı müdafiə etdiyini və təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi ataları X14 mülkiyyətinə aid olmuşdur. X5 1985-ci ildə, anası Rəhimova (Həsənova) Rəfiqə Həsən qızı isə 1987-ci ildə vəfat etmişlər. Ataları vəfat etdikdən sonra həmin torpaq sahəsi və yaşayış evində böyük qardaşı Məhərrəmin ailəsi ilə birgə yaşamışlar. Məhərrəm hələ sağlığında, yəni 1998-ci ildə həmin miras əmlakı öz adına rəsmiləşdirmiş, 13 yanvar 2009-cu ildə isə vəfat etmişdir. 2023-cü ildə ailə vəziyyəti ilə əlaqədar Qaradağ rayonu, Sahil qəsəbəsinə köçmüşdür. Qardaşı vəfat etdikdən sonra onun arvadı X22 miras əmlakı saxta sənədlərlə oğlu Cavabdeh adına rəsmiləşdirmişdir. Odur ki, iddianı müdafiə etdiyini və təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər İddiaçı4 da iddiaçılar İddiaçı1 və İddiaçı5 izahatları ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya qarşı etiraz edərək bildirmişdir ki, mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Belə ki, mərhum atası X1 ona məxsus olmuş daşınmaz əmlak üzrə hüquqlar səlahiyyətli dövlət orqanları tərəfindən sonradan rəsmiləşdirilmiş, 23 may 2024-cü il tarixdə notariat qaydasında vərəsəlik işi açıldıqdan sonra əmlak onun yeganə vərəsəsi olan anası X9 mülkiyyətinə keçmişdir. Daha sonra, 11 iyun 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin əmlak ona bağışlanmış və bu müqavilə əsasında 09 iyul 2024-cü il tarixdə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçılardan İddiaçı5 mübahisəli daşınmaz əmlakda yaşaması və onu faktiki qəbul etməsi barədə iddialar da əsassızdır. Belə ki, vəkil sorğusu əsasında alınmış rəsmi cavabdan da görünür ki, İddiaçı5 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşayış yeri üzrə qeydiyyatdadır və faktiki yaşayış yeri də həmin ünvandır. Bu hal onun mübahisəli daşınmaz əmlakda yaşamadığını və mirası faktiki qəbul etmədiyini təsdiq edir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi vəkili Vəkil da cavabdehin izahatı ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçılar qanunla müəyyən olunmuş müddətdə mirası qəbul etmək hüququndan istifadə etməmiş və qanunla müəyyən edilmiş kəsici müddəti ötürmüşlər. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X23 12 aprel 1974-cü il tarixdə 05 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Evlənmə qeydi ediləndən sonra arvada “Həsənova” soyadı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN:236 KOD 80905018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə Salyan rayonu, Yenikənd kəndində 1.56 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X29, X22, X7, X18 və Cavabdeh mülkiyyətinə verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 13 yanvar 2009-cu il tarixdə vəfat etmişdir. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X28 xx.xx.1985-ci il tarixdə Salyan rayonu Yenikənd kəndində ölmüşdür. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X24 xx.xx.1987-ci il tarixdə Salyan rayonu Yenikənd kəndində ölmüşdür. Salyan rayon İcra Hakimiyyəti Başçısının yanında Salyan rayon Yenikənd kənd inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş 2019-cu il tarixli arayışdan görünür ki, X9 həyat yoldaşı X19 xx.xx.2009-ci ildə Salyan rayonunun Yenikənd kəndində vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Salyan rayonunun Yenikənd kəndi olmuşdur. Aşağıdakı tərkibdə vərəsəsi qalmışdır: 1955-ci il təvəllüdlü X22 (arvadı). Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 14 may 2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən 0.38 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X22, X10 və X8 adına, 140.4 kv.m. olan fərdi yaşayış evi üzrə mülkiyyət və torpaq sahəsi üzrə ümumi birgə mülkiyyət hüququ əsasında X16 adına rəsmiləşdirilmişdir. Qanun üzrə vərəsəllik hüququ haqqında 23 may 2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X16 vərəsəsi Salyan rayonu Yenikənd kəndində qeydiyyatda olan arvadı X17r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli X20 verilmiş **********99-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Salyan rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, Salyan rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evindən və həmin evin ümumi sahəsi 0.38 ha olan torpaq sahəsinin ona məxsus hissəsindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən 0.38 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzrə Cavabdeh, X10 və X18 2/5 paya, X22 isə 140.4 kv.m. olan fərdi yaşayış evi üzrə mülkiyyət və torpaq sahəsi üzrə 2/5 pay hüququna malikdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının yanında Salyan rayon Yenikənd kənd inzibati ərazi nümayəndəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X4 rayonunun Yenikənd kəndində özünə məxsus 0.38 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş sahəsi 140.40 kvm olan fərdi yaşayış evi (reyestr nömrəsi: 13065399- 10301, qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi xx.xx.2024) var. Həmin evdə (özü) 1955-ci il təvəllüdlü X22, (oğlu) 1979-ci il təvəllüdlü Cavabdeh, (oğlu) 1976-cı il təvəllüdlü X18 və (nəvəsi) 2007-ci il təvəllüdlü X25 qeydiyyatdadır. X9 Salyan rayonunun Yenikənd kəndində bundan başqa evi yoxdur. 11 iyun 2024-cü il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, hədiyyə verən X22, X7 və X3 rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, Salyan rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.38 ha olan torpaq sahəsinin onlara məxsus hissələrini oğlu (qardaşı) olan hədiyyə alan Cavabdeh mülkiyyətinə verirlər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evini və həmin evin ümumi sahəsi 0.38 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası X33 filialının 02 may 2025-ci il tarixli arxiv surətindən görünür ki, X33 filialında mühafizə olunan Salyan rayon Yenikənd kənd X34 (XDS) İcraiyyə Komitəsinin arxiv sənədlərində, o cümlədən, 1980-1982-ci illərə aid təsərrüfatbaşına kitabın 205 nömrəli təsərrüfatında X14 torpağının cəmi (hektarın yüzdə biri ilə) 0,25 ha qeyd edilmişdir. İqtisaydiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli məlumatın verilməsi barədə məktubdan görünür ki, Salyan rayonu, Yenikənd kəndində olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,38 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə; Salyan rayonu, Yenikənd kəndində yerləşən 1.5569 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin 24 iyun 2025-ci il tarixli əmlaka dair sənədlərin tədqim edilməsi barədə məktubdan görünür ki, Cavabdeh adına özəlləşdirilən Salyan rayonu, Yenikənd kəndində 0.38 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi, Salyan regional “Asan xidmət” mərkəzinin notarat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-582 reyestr nömrəli "Daşınmaz əmlakın bağışlanması müqaviləsinə” əsasən xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəli **********99-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyalı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət üzrə qeydiyyata alınmışdır. Salyan rayonu, Yenikənd kəndində yerləşən, 1.5569 ha kənd təsərrüfatı torpaq sahəsi X45 xidmət mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-581 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə” əsasən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli **********61 reyestr nömrəli Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xususi mülkiyyət üzrə qeydiyyata alınmışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının yanında Salyan rayon Yenikənd kənd inzibati ərazi nümayəndəsi tərəfindən 05 sentyabr 2025-ci il tarixdə İddiaçı1 verilmiş arayışdan görünür ki, anası Rəhimova (Həsənova) Rəfiqə Həsən qızı xx.xx.1987-ci ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Salyan rayonunun Yenikənd kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: (oğlu) 1947-ci il təvəllüdlü X29 xx.xx.2009-cu ildə vəfat etmiş, (gəlini) 1955-ci il təvəllüdlü X22, (nəvəsi) 1979-ci il təvəllüdlü Cavabdeh. Mərhum Rəhimova (Həsənova) Rəfiqə Həsən qızının ailə tərkibindən qeydiyyatdan çıxıb gedən ailə üzvləri aşağıdakılardır: (oğlu) 1949-cu il təvəllüdlü İddiaçı1, (qızı) 1951-ci il təvəllüdlü X32, (oğlu) 1953-cü il təvəllüdlü İddiaçı2, (oğlu) 1955-ci il təvəllüdlü X35, (oğlu) 1957-ci il təvəllüdlü İddiaçı3, (oğlu) 1960-ci il təvəllüdlü İddiaçı4 və (oğlu) 1962-ci il təvəllüddlü İddiaçı5 adlı ailə üzləri qeydiyyatdan çıxmışlar. Mərhum Rəhimova (Həsənova) Rəfiqə Həsən qızının qeyd olunan vərəsələrdən başqa digər vərəsələri yoxdur. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının X42 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı5 və onun ailə üzvləri barəsində yaşayış yeri, ailə tərkibi haqqında arayışa əsasən – X11 ünvan 5 evdə yaşayır və ailə üzvləri 1962-ci il təvəllüdlü həyat yoldaşı İddiaçı5 və 1992-ci il təvəllüdlü oğlu X12 ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 19 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, X16 adına 1. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli çıxarışla Salyan rayonu, Yenikənd kəndi ərazisində ümumi birgə mülkiyyət üzrə 1.5569 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli çıxarışla ünvan 4 ünvanda ümumi birgə mülkiyyət üzrə 0.38 ha torpaq sahəsində ümumi sahəsi 140.4 kv.m olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Sözügedən hər iki daşınmaz əmlak müvafiq olaraq Salyan regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2V-312 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə, xx.xx.2024-cü il tarixli, 4Ə-581 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə, xx.xx.2024-cü il tarixli, 2V-311 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə, xx.xx.2024-cü il tarixli, 4Ə-582 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən özgəninkiləşdirilmişdir. X14 adına hər-hansı daşınmaz əmlak barədə məlumat Ərazi İdarəsində aşkar olunmamışdır. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 11 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı5 xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, massiv 1, ev 7-də, xx.xx.2018-ci il tarixdən hazıradək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ataları X28 1985-ci ildə, anaları Rəhimova (Həsənova) Rəfiqə Həsən qızı isə 1987-ci ildə vəfat etmişlər. İddiaçıların böyük qardaşları X29 13 yanvar 2009-cu ildə vəfat etmişdir. Salyan rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən 0.38 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 14 may 2024-cü il tarixli Çıxarışla ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X22, X10 və X8 adına, 140.4 kv.m. olan fərdi yaşayış evi üzrə mülkiyyət və torpaq sahəsi üzrə ümumi birgə mülkiyyət hüququ əsasında X16 adına rəsmiləşdirilmişdir. 23 may 2024-cü il tarixdə notariat qaydasında vərəsəlik işi açılmış və iş üzrə mübahisəli daşınmaz əmlak mərhum X16 həyat yoldaşı X9 mülkiyyətinə keçmişdir. 04 iyun 2024-cü il tarixli Çıxarışla Salyan rayonu, Yenikənd kəndi, Yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən 0.38 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzrə mülkiyyət hüququ Cavabdeh, X10 və X13 2/5 payla, 140.4 kv.m. olan fərdi yaşayış evi üzrə mülkiyyət və torpaq sahəsi üzrə mülkiyyət hüququ isə X15 2/5 payla qeydiyyata alınmışdır. X22, X7 və X18 mübahisəli miras əmlakın onlara məxsus hissələrini 11 iyun 2024-cü il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsi ilə oğlu (qardaşı) olan Cavabdeh mülkiyyətinə vermiş, 09 iyul 2024-cü il tarixli Çıxarışa əsasən mübahisəli daşınmaz əmlak üzərində mülkiyyət hüququ tam həcmdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 21 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (birinci növbə vərəsələr istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir. Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə isə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin mirasda məcburi payın anlayışını müəyyən edən 1193-cü maddəsinə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə oğluna qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mərhum valideynlərindən miras qalmış əmlaka pay hüququnun tanınmasını tələb etməsinə baxmayaraq, işdən görünür ki, iddiaçıların X5 1985-ci ildə, anası Rəhimova (Həsənova) Rəfiqə Həsən qızı isə 1987-ci ildə vəfat etmişlər. Həmin zaman, yəni mülki hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan SSRİ Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən, iddia müddəti 3 il müəyyən edilmişdir. Mirasın qəbul edilməsi və ya ondan imtina edilməsi ilə bağlı mübahisə maraqlı şəxs tərəfindən miras açıldıqdan sonra 3 il ərzində qaldırılmalı olduğu halda, iddiaçılar bu müddətdə mirası qəbul etmək hüququndan istifadə etməmiş və qanunla müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Belə olan halda, iddiaçılar miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbini irəli sürə bilərdilər ki, bu hal da məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçılar valideynləri vəfat etdikdən sonra mübahisəli evdə yaşamamış, miras əmlaka faktiki sahiblik və ya onu idarəetmə əlamətləri nümayiş etdirməmiş, mirası faktiki qəbul etdiklərini təsdiq edən sübutlar təqdim etməmişlər. Belə olan halda, iddiaçılar tərəfindən həmin miras əmlakın faktiki qəbul edilməsindən söhbət gedə bilməz. Bununla yanaşı, iddiaçılar tərəfindən mübahisəli daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi tələbi irəli sürülsə də, məhkəmə tələbin bu hissəsini də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, mübahisəli çıxarış vərəsəlik hüququnu təsdiq edən sənədlər və notariat qaydasında bağlanmış bağışlama müqaviləsi əsasında verilmişdir. Məhkəmə tərəfindən bağışlama müqaviləsinin etibarsızlığı müəyyən edilmədiyi, habelə çıxarışın saxtalığını təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyi nəzərə alınaraq, çıxarışın ləğvi üçün hüquqi əsasların mövcud olmadığı qənaətinə gəlinmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «miras əmlakda payların müəyyən edilməsi və çıxarışın ləğv olunması» tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «miras əmlakda payların müəyyən edilməsi və çıxarışın ləğv olunması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-2815/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2815/2025
26.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver