Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-287/2023 22.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Cavabdeh iştirakı ilə kredit borcunun qaytarılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində Cavabdeh cəmiyyətin xeyrinə 5735,93 manat əsas, 906,69 manat faiz, cəmi 6642,62 manat məbləğində borcun və ödənilmiş 86,42 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddianı qəbul edir və qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli, RGTK4619759A143 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 5842,42 manat kredit verilmişdir. İş materiallarında olan Cavabdeh adına verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə xx.xx.2022-ci il tarixli, RGTK4619759A143 saylı kredit müqaviləsinə əsasən 5735,93 manat əsas, 906,69 manat faiz olmaqla, cəmi 6642,62 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1382 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4619759A143 saylı kredit müqaviləsinə əsasən ekspert qarşısında qoyulmuş sual üzrə 02 dekabr 2022-ci il tarixinə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5735,50 manat əsas, 838,02 manat faiz olmaqla, cəmi 6573,52 manat borcu olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh bankdan pul götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Bundan başqa ekspert rəyinə əsasən cavabdehin əsas borcu 5735,93 manat deyil, 5735,50 manat, faiz borcu 906,69 manat deyil, 838,02 manat təşkil etdiyindən məhkəmə həmin məbləğdə əsas və faiz borcunun tutulmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən, «öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 85,50 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu,VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5735,50 manat əsas, 838,02 manat faiz borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 85,50 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-287/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-287/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver