Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-300/2023 27.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(057)-956/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh ilə 2012- ci iltarixdə evlənmiş,birgə yaşadığları müddətdə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı 2 uşaq olmuşdur. Nikahları Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 125 manat olmaqla,cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.Cavabdeh 8 ildir ki, İlqar adlı şəxsin mağazasıbda satıcı köməkçisi işləyir və 450 manat əmək haqqı alır.Uşaqlar böyüdükcə onlara sərf olunan xərclər də artmışdır. Ona görə də uşaqların maddi təminatını təmin edə bilmir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, sonuncu məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Həmin səbəbdən məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Salyan Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(057)-956/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında Salyan rayon Qeydiyyat şöbəsində 28 avqust 2012-ci il tarixdə bağlanmış 286 nömrəli nıkah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş Aysu və xx.xx.2015-ci ildə anadan olmuş Yusif adlı uşaqlar cavabdeh X1 himayəsində saxlanılmış və xx.xx.2613-cü ildə anadan olmuş Aysu və xx.xx.2015-ci ildə anadan olmuş Yusif adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər uşaqa ayda 125 manat olmaqla, cəmi 250 manat miqdarında aliment alınaraq X2 verilməsi qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı 2 uşaq olmuşdur. Salyan Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(057)- 956/2020 saylı qətnaməsinə əsasən xx.xx.2613-cü ildə anadan olmuş Aysu və xx.xx.2015-ci ildə anadan olmuş Yusif adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər uşaqa ayda 125 manat olmaqla, cəmi 250 manat miqdarında aliment cavabdehdən alınaraq X2 verilməsi qət edilmişdir. Qətnamədən sonrakı müddət ərzində iddiaçı və cavabdehin maddi və ailə vəziyyətində hər hansı bir dəyişiklik olmamış, iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübutu təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqdan sonra alimentin artırılması və ya azaldılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci, Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh 11 avqust 2020-ci il tarixli, 2(057)-956/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hə uşağa 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-300/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-300/2023
27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver