Məhkəmə qərarları › İş №2(057)-3064/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-3064/2025

09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-3064/2025 09.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 1600 manat maddi ziyanın cavabdehdən tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 avqust 2025-ci il tarixində yaşadığı ünvana yaxın ərazidə elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində ona məxsus 2 (iki) baş xırdabuynuzlu heyvan tələf olmuşdur. Həmin hadisə ilə bağlı dərhal Salyan Rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, baş verən hadisə mülki hüquq müstəvisində tənzimlənməli və aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir.Qeyd edilənlərə əsasən, cavabdah tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməməsi və elektrik naqillərinə lazımi texniki nəzarətin həyata keçirilməməsi nəticəsində ona maddi ziyan dəymişdir. Tələf olan heyvanların hər birinin bazar qiyməti təxminən 800 manat təşkil edir. (dəqiq məbləğ qeyd olunmaldır). Nəticədə ona ümumilikdə 1600 manat maddi ziyan dəymişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, iclasın onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, həmin təşkilatın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Salyan rayon sakini İddiaçı "xxxx" ASC-yə qarşı dəymiş maddi ziyan tələbi barədə iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirmişdir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddia hüquqi şəxs "Azərişıq” ASC-nə qarşı qaldırılmaqla iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəllədə nəzərdə tutulmuş aldiyyat qaydalarına riayət olunmamışdır. Sadalananlara əsasən mülki iş baxılmasından ötrü Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Məlumat üçün bildirilmişdir ki, iddiaçının iddia tələbi dəymiş ziyanın ona "xxxx" ASC tərəfindən ödənilməsidir və sözü gedən mülki mübahisə bir başa "xxxx" ASC ilə onun hüquqi ünvanının yerləşdiyi yer üzrə məhkəmədə olmalıdı. Bütün göstərilənlərə əsasən hesab etmişdir ki, bu iddia birbaşa hüquqi şəxsə qarşı, hüquqi şəxsin ünvanının olduğu yerdə qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində göstərilir ki, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 35.2-i maddəsində də göstərilir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yer görə verilir.Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir.Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edə şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər.Məcəllənin 32.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqı da məsələ qalxdıqda, hakim əsaslandırılmış qərardad çıxarır. İddia ərizəsindən də görünür ki, iddaçı İddiaçı hüquqi şəxsin ünvanının Bakı şəhərində olmasına baxmayaraq iddianı Salyan rayon Məhkəməsində qaldımışdır. İddiaçı MPM-nin ilə nəzərdə utulmuş aidiyyat qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikası Nazirlər “Kabinetinin 14 may 2015-ci il tarixli, 190 saylı qərarına əsasən "xxxx" ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar qəbul edilmişdir və bu qərarda "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 2mi rayonu, A.Bakıxanov küçəsi 13 ünvandında yerləşdiyi üçün M.Həsənovun iddia ərizəsinə Salyan rayon Məhkəməsində baxılması mümkün deyildir. Bundan əlavə iddia tələbi dəymiş ziyan olduğundan və bu məsələlər üzrə əsas cavabdeh hüquqi şəxs statusuna malik olan "xxxx" ASC olduğundan həmin işi baxılması aidiyyatı üzrə hüuqi şəxsin ünvanının yerləşdiyi məhkəməyə göndərilməlidir.Odur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi ziyan tələbinə dair olan iddia ərizəsinin baxılmasından ötrü aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaya cavab verməli olan hüquqi şəxsin ünvanı Bakı şəhərinin Nəsimi rayonu ərazisidir. Odur ki, mövcud iddia ərizəsi cavabdeh hüquqi şəxsin ünvanı üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; Həmin Məcəllənin 32.6-ci maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir; Həmin Məcəllənin 33-cü maddəsinə, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 35, 44, 45, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar