Məhkəmə qərarları › İş №2(057)-3172/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3172/2025

17.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3172/2025 17.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1560 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 4 ildir ki, Salyan rayonunda yerləşən Salyan MKT idarəsində traktorçu vəzifəsində işləyirəm. Salyan rayonu, Varlı kənd sakini Cavabdeh uzun müddətdir ki, tanıyıram. Çox yaxın əlaqələrim olmuşdur. Cavabdeh 2023cü ildə “Unibank" ASC-dən 800 manat pul, "Kapital Bank” ASC-yə məxsus olan Birkart kartımdan 510 mant pul, 600 manatda evimdə olan pulu ona vermişəm. Bu pulları Cavabdeh pensiya düzəltmək adı ilə almışdır. Daha sonra verdiyi sözə əməl etməyərək onu aldatmışdır. Bir müddət sonra Cavabdeh demiş ki, kredit borclarını özü ödəyəcəkdir. Müəyyən qismi ödənmiş və "xxxx" ASC-yə 450 manat borcu qalmışdır. Daha sonra Cavabdeh digər borcları da ödəməmişdir. Məcbur olub faizlər yığılmasın deyə Bank borclarını özü ödəmişdir. Hazırda Cavabdeh 1560 manat borcu qalmışdır. Dəfələrlə Cavabdeh pulunu tələb etməyinə baxmayaraq yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Cavabdeh pulu qaytarmadığı üçün onun barəsində Salyan rayon Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh borclu olduğunu Polis Şöbəsində etiraf etmişdir. Odur ki, Cavabdeh 1560 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, Cavabdeh ona borclu olduğu pulu qaytarmadığı üçün onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı 17 aprel 2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Cavabdeh ondan yoldaşına pensiya düzəltmək adı ilə ümumilikdə 1910 manat pul aldığını lakin nə yoldaşını pensiya düzəltdiyini, nə də ki, pulunu geri qaytardığını bildirmişdir. İddiaçı Salyan Rayon Polis Şöbəsində xx.xx.2025-ci il tarixdə vermiş olduğu vermiş olduğu izahatında bildirmişdir ki, Salyan rayonu Sarvan kəndində yaşayır. Pambıq idarəsində həmin idarəyə məxsus traktor sürücüsü işləyir. Cavabdeh uzun müddətdir ki, tanıyır. Əvvəllər onunla yaxın münasibətləri olmuşdur. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2023-cü ildə Bəxtiyar ona həyat yoldaşının xəstə olduğunu buna görə də ona pul lazım olduğunu demişdir. Həmin vaxt onun da pulu olmadığı üçün "xxxx" ASC-yə gedərək 800 manat pul götürüb Bəxtiyara vermişdir. Kreditin aylığı 54 manat imiş. Bir müddət Bəxtiyar krediti ödəmişdir. Lakin, sonradan krediti ödəmədiyi üçün o məcbur qalıb qalan 450 manat pulu ödəmişdir. Sonra Bəxtiyar yenə də ona pula ehtiyacının olduğunu demişdir. O da buna görə içərisində 510 manat olan Kapital Banka məxsus Birkartını Bəxtiyara vermişdir. Bəxtiyar həmin kartın içərisində olan 510 manatı da çıxardaraq istifadə etmişdir. Lakin, həmin pulu da ödəməməmişdir. Həmin vaxtlar o həyat yoldaşına pensiya düzəltmək istəyirmiş. Bəxtiyar ona tanışlarının olduğunu bu barədə ona kömək edə biləcəyini demişdir. Buna görə də Salyan Rayon Mərkəzi Xəstəxanasında ona 400 manat vermişdir. Sonra da ona işin tez həll olunmağı üçün bir nəfər də 100 manat verməli olduğunu demişdir. Bəxtiyar da razılaşdığı üçün ona telefonla danışan zaman xatırlamadığı kart hesabına 100 göndərməyini istəmişdir. O da həmin kart hesabına Salyan rayonu Dayıkənd kəndindən Milliön vasitəsilə 100 manat göndərmişdir. Lakin Bəxtiyar onun yoldaşına pensiya düzəltməmişdir. Nə də ki, ona verdiyi borcları qaytarmamışdır. O, Bəxtiyardan borcunu istəyərkən hər dəfə yaxın müddətə qaytaracağını desə də qaytarmamışdır. Ona görə də o, bu barədə şikayət etmək qərarına gəlmişdir. Cavabdeh Salyan Rayon Polis Şöbəsində xx.xx.2025-ci il tarixdə vermiş olduğu izahatında bildirmişdir ki, Salyan rayonu 1-ci Varlı kəndində yaşayır. Fərdi əməklə məşğul olan məşğul olur. İddiaçı uzun müddətdir ki, tanıyır. Əvvəllər onunla yaxın münasibəti olmuşdur. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2023-cü ildə o Alimə həyat yoldaşımın xəstə olduğunu buna görə də pul lazım olduğunu demişdir. Həmin vaxt Alimin pulu olmadığı üçün "xxxx" ASC-уǝ gedərək 800 manat pul götürüb ona vermişdir. Kreditin aylığı 54 manat imiş. Bir müddət o krediti ödəmişdir. Lakin, sonradan krediti ödəməyə imkanı olmadığı üçün qalan 450 manat pulu Alim ödəmişdir. Sonra o Alimə yenə də pula ehtiyacının olduğunu demişdir. Alim də buna görə içərisində 510 manat olan Kapital Banka məxsus Birkartını ona vermişdir. O həmin kartın içərisində olan 510 manatı da çıxardaraq istifadə etmişdir. Lakin, həmin pulu da ödəyə bilməmişdir. Sonra onun öz səhətində də problemlər yaranmışdır. Əməliyyat olundum. Buna görə də işləyə bilmədim. İşləyə bilmədiyimə görə də Alimdən aldığım borcu qaytara bilməmişdir. Alim ilə çox yaxın münasibətləri olduğu üçün o yenə də Alimdən 500 manat borca pul almışdır. Əməliyyat oldunduğu üçün uzun müddət heç bir yerdə işləyə bilmədim. Bu müddət ərzində Alim dəfələrlə ondan aldığı pulunu geri qaytarmağını tələb etmişdir. Lakin, o pulu qaytara bilməmişdir. Hazırda səhhəti düzəldiyi üçün işləyib Alimin pulunu ən qısa zamanda qaytaracağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə (3000 manatdan çox olmamaqla) ümumilikdə 1910 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin borc məbləğindən müəyyən qismini qaytarmış, onun iddiaçıya 1560 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən, əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 35.60 (otuz beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1560 manat pul və ödənilmiş 35.60 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1560 manat pul və ödənilmiş 35.60 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar