Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-32/2024 08.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Qaçayev Adgözəl Köçi oğlu, X8, X4, X3, X12, X5 və X9 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 022R********** saylı kredit razılaşmasının, xx.xx.2016-cı il tarixli 022R**********SE saylı sazişin və xx.xx.2017-ci il tarixli 022R**********SF saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh, Qaçayev Adgözəl Köçi oğlu, X8, X4, X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 022R********** saylı kredit razılaşması üzrə 26449,25 ABŞ dolları kredit borcu, 16154,08 ABŞ dolları faiz borcu və 28342,53 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 70945,86 ABŞ dolları, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, ünvan 1ində yerləşən 0,4196 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mərtəbəliyi 1, ümumi sahə 122.9 kv.m, yaşayış sahəsi 66.4 kv.m, yardımçı sahə 56.5 kv.m, yaşayış otaqlarının sayı 3 və mərtəbəliyi 2, ümumi sahə 126.2 kv.m, yaşayış sahəsi 64 kv.m, yardımçı sahə 62.2 kv.m, yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evinin açıq hərracdan satılması, 70945.86 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh, Qaçayev Adgözəl Köçi oğlu, X8, X4 və X1 ümumi qaydada tutulması, ünvan 1ində yerləşən 0,4196 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mərtəbəliyi 1, ümumi sahə 122,9 kv.m, yaşayış sahəsi 66.4 kv.m, yardımçı sahə 56.5 kv.m, yaşayış otaqlarının sayı 3 və mərtəbəliyi 2, ümumi sahə 126.2 kv.m, yaşayış sahəsi 64 kv.m, yardımçı sahə 62.2 kv.m, yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X4, Qaçayeva (Bayramova) Rəqsanə Elşən qızı, X3, X13, X12, Qaçayev Adgözəl Köçi oğlunun həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh, Qaçayev Adgözəl Köçi oğlu, X8, X4, X3, X12, X5 və X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan 11 iyul 2014-cü il tarixli, 22L000007459 nömrəli kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 22L000007459SA nömrəli Sazişdən görünür ki, kredit xəttinə əlavə və dəyişiklik edilərək kredit xəttinin məbləği 50000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 022R********** nömrəli kredit razılaşmasından görünür ki, Cavabdeh 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 022S**********01 nömrəli Zaminlik müqaviləsindən görünür ki, X4 borclu Cavabdeh öhdəlikləri üçün onunla bərabər öhdəliyi üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, 022R**********SE nömrəli Sazişdən görünür ki, bank ilə kredit alan arasında 11 iyul 2014-cü il tarixli 22L000007459 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2014-cü il tarixdə bağlanmış 022R********** kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faziləri bu sazişə əlavə olunan 19 avqust 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka etməlidir. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 022R**********SF nömrəli sazişdən görünür ki, bank ilə kredit alan arasında 11 iyul 2014-cü il tarixli 22L000007459 saylı kredit xətti müqaviləsi üzrə 31 oktyabr 2014-cü il tarixdə bağlanmış 022R********** kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditinin qalığını və hesablanmış faziləri bu sazişə əlavə olunan 14 sentyabr 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə aylıq 2% dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də banka ödəməlidir. Kredit alanın müraciətinə əsasən bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit alan ödəniş planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün banka müraciət edə bilər, bank isə restrukturizasiya üçün banka müraciət edə bilər, bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. Müştəri bank qarşısında istənilən öhdəliyi üzrə vaxtı çatmış ödənişi icra edə bilmədikdə, bank müştərinin ödəməli olduğu məbləği müştərinin bankda olan bank hesablarından birtərəfli qaydada şərtsiz öz xeyrinə silmək hüququna malikdir. Bu bənd üzrə bank hesabından silinən vəsaitin valyutası müştərinin icra edilməli öhdəliyinin valyutasından fərqli olduqda, müvafiq mübadilə silinmənin icra edildiyi tarixdə bankın elan etdiyi mübadilə məzənnəsi əsasında həyata keçiriləcək. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka etməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda bank bu ödəniş planında qeyd olunmuş 6910.33 ABŞ dolları məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 022S**********02 nömrəli Zaminlik müqaviləsindən görünür ki, X3 borclu Cavabdeh öhdəlikləri üçün onunla bərabər öhdəliyi üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 022S**********03 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Qaçayev Adgözəl Köçi oğlu borclu Cavabdeh öhdəlikləri üçün onunla bərabər öhdəliyi üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 22S000010749 nömrəli Zaminlik müqaviləsindən görünür ki, X8 borclu Cavabdeh öhdəlikləri üçün onunla bərabər öhdəliyi üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 22S000010749SA nömrəli sazişdən görünür ki, zaminlik müqaviləs bank və Cavabdeh arasında 11 iyul 2014-cü il tarixdə Salyan şəhərində aşağıdakı şərtlərlə bağlanmış 22L000007459 saylı uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qrantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir. Uzunmüddətli kredit müqaviləsinin məbləği 50000 ABŞ dolları, Uzunmüddətli kredit müqaviləsinin müddəti 120 ay. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İş materillarında olan xx.xx.2014-cü il tarixli,022M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, ünvan 1ində yerləşən 0,4196 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan mərtəbəliyi 1, ümumi sahə 122,9 kv.m, yaşayış sahəsi 66.4 kv.m, yardımçı sahə 56.5 kv.m, yaşayış otaqlarının sayı 3 və mərtəbəliyi 2, ümumi sahə 126.2 kv.m, yaşayış sahəsi 64 kv.m, yardımçı sahə 62.2 kv.m, yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evi. Fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) mərtəbəliyi 1, tikintialtı sahə 436.5 kv.m olan talvar, mərtəbəliyi 1, tikintialtı sahə 66.5 kv.m olan təsərrüfat tikilisi, qaraj, mərtəbəliyi 1, tikintialtı sahə 2.3 kv.m olan ayaqyolu. Ümumi birgə hüquq sahibləri: Qaçayev Adgözəl Köçi oğlu (fərdi yaşayış evi və ümumi birgə torpaq sahəsi), Cavabdeh(ümumi birgə torpaq sahəsi), X4 (ümumi birgə torpaq sahəsi), X3(ümumi birgə torpaq sahəsi), X12 (ümumi birgə torpaq sahəsi), X5(ümumi birgə torpaq sahəsi), X6 qanuni nümayəndəsi anası X4(ümumi birgə torpaq sahəsi). İpoteka predmetinin qeydə alındığı rəsmi reyestr: Reyestr nömrəsi **********80-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reystr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd: Azərbaycan Respublikası ƏMDKY DƏDRX 13 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRdən Çıxarış seriya RXN№0486597. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 21000 ABŞ dolları (16472.40 ekvivalentində) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü ildən 120 ay müddətinə İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,4196 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan mərtəbəliyi 1, ümumi sahə 122,9 kv.m, yaşayış sahəsi 66.4 kv.m, yardımçı sahə 56.5 kv.m, yaşayış otaqlarının sayı 3 və mərtəbəliyi 2, ümumi sahə 126.2 kv.m, yaşayış sahəsi 64 kv.m, yardımçı sahə 62.2 kv.m, yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evi. Fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) mərtəbəliyi 1, tikintialtı sahə 436.5 kv.m olan talvar, mərtəbəliyi 1, tikintialtı sahə 66.5 kv.m olan təsərrüfat tikilisi, qaraj, mərtəbəliyi 1, tikintialtı sahə 2.3 kv.m olan ayaqyolu Qaçayev Adgözəl Köçi oğlu (fərdi yaşayış evi və ümumi birgə torpaq sahəsi), Cavabdeh(ümumi birgə torpaq sahəsi), X4 (ümumi birgə torpaq sahəsi), X3(ümumi birgə torpaq sahəsi), X12 (ümumi birgə torpaq sahəsi), X5(ümumi birgə torpaq sahəsi), X6 qanuni nümayəndəsi anası X4(ümumi birgə torpaq sahəsi) ümumi birgə hüquqi sahibliyindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 022R********** saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə banka 26449.25 ABŞ dolları əsas, 16154.08 ABŞ dolları faiz, 28342.53 ABŞ dolları cərimə borclu olmaqla, cəmi 70945.86 ABŞ dolları borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2478 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 022R********** saylı kredit razılaşması və əlavə sazişlərin şərtləri və faiz dərəcələri nəzərə alınmaqla Cavabdeh xx.xx.2020-ci il tarixə (iddia ərizəsində, maliyyə arayışında göstərilən tarix) banka olan 26936.90 ABŞ dolları əsas, 19716.39 ABŞ dolları faiz borcu olmaqla, cəmi 46653.29 ABŞ dolları məbləğində borcu olduğu müəyyən edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-287/2021 saylı, 09 iyul 2021-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və məhkəmənin həmin tarixli qərardadı ilə müvafiq rəy verilənə kimi mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə tədqiqat obyektinə baxış keçirilməsi barədə ekspert vəsatətindən görünür ki, 2(057)-287/2021 saylı mülki iş üzrə tərəflərindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün MPM-nin 63.3-cü maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi xahiş olunmuşdur. Vəsatətin verilmə səbəbi: ünvan 1ində yerləşən tədqiqat obyektinin faktiki vəziyyətinin müəyyən edilməsi barədə baxış təyin edilməsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-287/2021 saylı mülki iş üzrə tərəflərindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş ekspertizanın aparılması və rəy verilməsi 03 sentyabr 2021-ci il tarixli vəsatətin təmin edilməməsi səbəbindən mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə tədqiqat obyektinə baxış keçirilməsi barədə ekspert vəsatətindən görünür ki, 2(057)-287/2021 saylı mülki iş üzrə tərəflərindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün MPM-nin 63.3-cü maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi xahiş olunmuşdur. Vəsatətin verilmə səbəbi: ünvan 1ində yerləşən tədqiqat obyektinin faktiki vəziyyətinin müəyyən edilməsi barədə baxış təyin edilməsi, baxış xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-287/2021 saylı mülki iş üzrə tərəflərindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş ekspertizası təyin edilmişdir. Sualların həlli ilə əlaqədar xx.xx.2022-ci il tarixli vəsatət verilmişdir. Baxışın tarixi təyin olunan vaxtda ekspert tərəfindən tədiqiqat obyektinin yerləşdiyi ünvana gedilmiş, lakin baxışın keçirilməsi təşkil edilməmişdir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə 2(057)-287/2021 nömrəli mülki iş icrasız geri qaytarılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-61/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və məhkəmənin həmin tarixli qərardadı ilə müvafiq rəy verilənə kimi mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə tədqiqat obyektinə baxış keçirilməsi barədə ekspert vəsatətindən görünür ki, 2(057)-61/2022 saylı iş üzrə tərəflərindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün MPM-nin 63.3-cü maddəsinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, tədqiqat obyektinə(obyektlərinə) iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi tikinti-texniki obyektlərin tədqiqi ixtisası üzrə ekspertlərin iş yükü çoxluğu və baxış qrafikinin sıxlığı səbəbindən yaxın bir ay müddətində ekspertin baxış keçirmək imkanının olmaması nəzərə alınaraq, baxış vaxtının xx.xx.2022-ci il tarixə, saat 12:00-a təyin olunması məsələsinin baxılması xahiş olunmuşdur. Vəsatətin verilmə səbəbi: ünvan 1ində yerləşən tədqiqat obyektlərinin faktiki vəziyyətinin müəyyən edilməsi barədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-61/2022 saylı mülki iş üzrə tərəflərindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi qərardadda qoyulmuş sualların həlli məqsədilə iş üzrə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməsi barədə 13 iyun 2022-ci il tarixli vəsatət göndərilmişdir. Lakin bu günə qədər vəsatət təmin edilməsi barədə mərkəzə hər hansı məlumat daxil olmaması səbəbindən mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək icrasız geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-61/2022 saylı mülki iş üzrə tərəflərindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi qərardadda qoyulmuş sualların həlli məqsədilə iş üzrə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməsi barədə 13 iyun 2022-ci il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə tədqiq olunan obyektə baxışın keçirilməsinin xx.xx.2023-cü il tarixə təyin edilməsi xahiş edilmişdir.Daha sonra 17 fevral 2023-cü il tarixdə ekspert məhkəmə binasında olmuşdur. Həmin tarixdədə tərəflər məhkəmə binasına gəlmədiyindən, tədqiqat obyekti təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-43/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilərək, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və məhkəmənin həmin tarixli qərardadı ilə müvafiq rəy verilənə kimi mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-43/2023 saylı mülki iş üzrə tərəflərindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi qərardadda qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə tədqiq olunan obyektinə baxışın keçirilməsinin xx.xx.2023-cü il tarixə təyin edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilərək, 16 iyun 2023-cü il tarixdə baxış keçirilməsi üçün məktub göndərilmişdir. Həmin tarixdə tərəflərin heç biri baxışda iştirak etmədiyindən və tədqiqat obyekti təqdim olunmadığından, tədqiqat obyektinə baxış keçirilməsi və qərardada qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-43/2023 saylı, 21 avqust 2023cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilərək, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və məhkəmənin həmin tarixli qərardadı ilə müvafiq rəy verilənə kimi mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(057)-43/2023 saylı mülki iş üzrə tərəflərindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi qərardadda qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə tədqiq olunan obyektinə baxışın keçirilməsinin xx.xx.2023-cü il tarixə təyin edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilərək, 16 iyun 2023-cü il tarixdə baxış keçirilməsi üçün məktub göndərilmişdir. Həmin tarixdə tərəflərin heç biri baxışda iştirak etmədiyindən və tədqiqat obyekti təqdim olunmadığından, tədqiqat obyektinə baxış keçirilməsi və qərardada qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Baxışın təxirə salınması barədə əlavə məktub Mərkəzə daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı ilə cavabdehlər arasında müqavilə olmuş, iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, sonuncular isə öhdəliyi tam icra etməmişlər. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin borclu iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçı haqlı olaraq iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənələrə əsasən məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh, Qaçayev Adgözəl Köçi oğlu, X8, X4, X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 022R********** saylı kredit razılaşması üzrə 26449.25 ABŞ dolları kredit borcu, 16154.08 ABŞ dolları faiz borcu və 2600 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 45203.33 ABŞ dolları, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 19.10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulmalı, ünvan 1ində yerləşən 0,4196 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mərtəbəliyi 1, ümumi sahə 122.9 kv.m, yaşayış sahəsi 66.4 kv.m, yardımçı sahə 56.5 kv.m, yaşayış otaqlarının sayı 3 və mərtəbəliyi 2, ümumi sahə 126.2 kv.m, yaşayış sahəsi 64 kv.m, yardımçı sahə 62.2 kv.m, yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evi açıq hərracdan satılmalı, tələb həmin əmlakın hərracdan satışından əldə olunmuş vəsaiti hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh, Qaçayev Adgözəl Köçi oğlu, X8, X4 və X1 ümumi qaydada tutulmalıdır. ünvan 1ində yerləşən 0,4196 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mərtəbəliyi 1, ümumi sahə 122,9 kv.m, yaşayış sahəsi 66.4 kv.m, yardımçı sahə 56.5 kv.m, yaşayış otaqlarının sayı 3 və mərtəbəliyi 2, ümumi sahə 126.2 kv.m, yaşayış sahəsi 64 kv.m, yardımçı sahə 62.2 kv.m, yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X4, Qaçayeva (Bayramova) Rəqsanə Elşən qızı, X3, X13, X12, Qaçayev Adgözəl Köçi oğlunun həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab olunmalı, onlar həmin fərdi yaşayış evindən çıxarılmamalı, həmin fərdi yaşayış evinin boşaldılılaraq alıcıya təhvil verilməlidir. İpoteka predmeti olan əmlakın likvid dəyəri 21000 ABŞ dolları ekvivalentində azərbaycan manatı ilə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatıəqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə kredit borcu 70945.86 ABŞ dollara mütənasib olmadığından 28342.53 ABŞ dolları məbləğində cərimə pulunun 2600 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 39.3.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 39.4. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. 39.5. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Həmin Qanunun 59.1-ci maddəsində qeyd olunmuşdur ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul cavabdehlər Cavabdeh, Qaçayev Adgözəl Köçi oğluna, X8, X4, X1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 022R********** saylı kredit razılaşması, xx.xx.2016-cı il tarixli 022R**********SE saylı saziş və xx.xx.2017-ci il tarixli 022R**********SF saylı saziş ləğv edilsin,cavabdehlər Cavabdeh, Qaçayev Adgözəl Köçi oğlu, X8, X4, X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 022R********** saylı kredit razılaşması üzrə 26449,25 ABŞ dolları azərbaycan manat məzənnəsi ilə kredit borcu, 16154,08 ABŞ dolları azərbaycan manat məzənnəsi ilə faiz borcu və 2600 ABŞ dolları azərbaycan manat məzənnəsi ilə cərimə borcu olmaqla, cəmi 45203,33 ABŞ dolları azərbaycan manat məzənnəsi ilə, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 19,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı tutulsun, ünvan 1ində yerləşən 0,4196 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mərtəbəliyi 1, ümumi sahə 122.9 kv.m, yaşayış sahəsi 66.4 kv.m, yardımçı sahə 56.5 kv.m, yaşayış otaqlarının sayı 3 və mərtəbəliyi 2, ümumi sahə 126.2 kv.m, yaşayış sahəsi 64 kv.m, yardımçı sahə 62.2 kv.m, yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evi açıq hərracdan satılsın, tələb həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına Bankın xeyrinə ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh, Qaçayev Adgözəl Köçi oğlu, X8, X4 və X1 ümumi qaydada tutulsun,qeyd olunan əmlaka tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh, X4, X5, X3, X13, X12, Qaçayev Adgözəl Köçi oğlunun həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin, onlar fərdi yaşayış evindən çıxarılsın, həmin fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilsin. İpoteka predmeti olan əmlakın likvid dəyəri 21000 ABŞ dolları məbləğində azərbaycan manat məzənnəsi ilə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul cavabdehlər cavabdehlər Cavabdeh, Qaçayev Adgözəl Köçi oğluna, X8, X4, X1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-32/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-32/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver