Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-327/2025 24.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2100 manat məbləğində pulun və ödədiyi 41 manat məbləğində dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Cavabdeh 14 aprel 2021-ci ildə ondan satmaq məqsədilə 1 ədəd sep (boyunbağı) və 1 ədəd gül sırğa almış, pulunu hissə-hissə verəcəyinə söz vermiş, lakin bugünkü günə kimi borcunu ödəməmişdir. O dəfələrlə cavabdehdən borclu qaldığı pulu, bu mümkün olmasa həmin qızıl-zinət əşyalarını tələb etsə də, Cavabdeh hər dəfəsində boyun qaçıraraq yayınmışdır. Hazırda həmin qızıl-zinət əşyasının dəyəri 2100 manat təşkil edir. Cavabdehin bundan sonra da borcunu ödəmək fikri yoxdur. Cavabdehin ona 2100 manat borclu olmasını təsdiq edən Cavabdeh tərəfindən imzalanmış yazılı ərizəsi vardır. Bu səbəbdən məcbur olub, məhkəmədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh ondan 4 il əvvəl qızıl boyunbağı, klon və gül sırğa almışdır. Aldığı gül sırğanın dəyəri olan 350 manatı ona qaytarsa da, qızıl boyunbağı və klonu ona qaytarmamış, nə də ki, dəyərini ödəməmişdir. Qızılları qaytarmadığından qızılların hazırki dövrə olan dəyərini tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə və AZEMİS vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında məhkəmə iclas katibi cavabdehin istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsi ilə əlaqə saxlamış, Cavabdeh bildirmişdir ki, iddia ərizəsini almış və bu barədə məlumatlıdır. Borcunu hissə-hissə ödəyə bilər. Hazırda məhkəmə iclasına gələ bilmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən yazıldığı və imzalandığı təsdiq olunan mübahisələndirilməyən xx.xx.2021-ci il tarixli əlyazma qəbzdən görünür ki, “mən Cavabdeh xx.xx.2021-ci il tarixdə Abbasova Həqiqətdən 1 ədəd sep 850 manat (klonla) və 1 ədəd gül sırğa 350 manat ayda 120 manat vermək şərti ilə aldım. İmzamla təsdiq edirəm” məzmunundadır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə müraciət edərək borclu olduğu 2100 manat məbləğində vəsaiti 10 gün ərzində geri qaytarmasını, əks təqdirdə barəsində aidiyyəti üzrə inzibati orqanlara şikayət edəcəyini bildirmişdir. Neftçala şəhəri, 20 Yanvar D-1/2 küçəsində yerləşən 49 saylı zərgərlik emalatxanasının zərgər mütəxəssisi X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, sep, klon 13 qram 23 m.qram 750 əyyar qızılın dəyəri 2100 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan 850 manat dəyərində 1 ədəd boyunbağı (klonla) və 350 manat dəyərində 1 ədəd gül sırğa almış, ümumi borcu 1200 manat olmuş, ayda 120 manat olmaqla borcunu qaytaracağına söz vermiş, aldığı gül sırğanın dəyəri olan 350 manatı iddiaçıya qaytarsa da, 850 manat dəyərində olan boyunbağı və klonun nə dəyərini, nə də ki, qızılların özünü qaytarmamışdır. Cavabdeh adından yazılmış və imzalanmış qəbzi özü yazıb imzaladığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan qızıl almasını qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halın İddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Cavabdeh iddiaçıdan aldığı qızıl boyunbağı və klonun pulunu və ya özlərini qaytarmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, iddiaçının məhkəmədə qaldırdığı iddia qismən təmin edilməsi məqsədə müvafiqdir. Belə ki, İddiaçı iddia ərizəsində hazırda ondan alınmış qızıl-zinət əşyalarının dəyərinin 2100 manat təşkil etdiyini, cavabdehin ona 2100 manat borclu olmasını təsdiq edən Cavabdeh tərəfindən imzalanmış yazılı ərizəsi olduğunu qeyd etsə də, iş materiallarında olan və məhkəmə iclasında Cavabdeh tərəfindən yazıldığı və imzalandığı təsdiq olunan mübahisələndirilməyən xx.xx.2021-ci il tarixli əlyazma qəbzdən görünür ki, “mən Cavabdeh xx.xx.2021-ci il tarixdə Abbasova Həqiqətdən 1 ədəd sep 850 manat (klonla) və 1 ədəd gül sırğa 350 manat ayda 120 manat vermək şərti ilə aldım. İmzamla təsdiq edirəm” məzmunundadır. Həmçinin İddiaçı izahatında cavabdehin ondan aldığı gül sırğanın dəyəri olan 350 manatı ona ödədiyini bildirmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 9.3-cü maddəsinin tələbinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-in 14.2 və 77.1-ci maddələrinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1 ədəd 750 əyarlı 13.23 qram çəkidə boyunbağı klonla birlikdə, olmadıqda onların dəyəri olan 850 (səkkiz yüz əlli) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1 ədəd 750 əyarlı 13.23 qram çəkidə boyunbağı klonla birlikdə, olmadıqda onların dəyəri olan 850 (səkkiz yüz əlli) manat alınaraq İddiaçı verilsin. İddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-327/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-327/2025
24.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver