Məhkəmə qərarları › İş №2(057)-34/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-34/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-34/2024 30.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Cavabdeh3 iştirakı ilə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində Cavabdeh1 Şovkət qızından cəmiyyətin xeyrinə 21 Yanvar 2020-ci il tarixli SVNPU-2781 saylı kredit müqaviləsi üzrə 2664,44 manat əsas, 48,95 manat faiz, dəbbə borcuna görə 0 manat, cəmi 2713,39 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaya qarşı heç bir etirazının olmadığını qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2020-ci il tarixli SVNPU-2781 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Şovkət qızına 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 3400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. Məhkəmənin 19 aprel 2021-ci il tarixli 2 (057)657/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh1 Şovkət qızının ölməsi ilə əlaqədar dayandırılmışdır. Mülki iş üzrə icraatın təzələnməsi barədə verilmiş ərizədən görünür ki, Salyan Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 xx.xx.2023-cü il tarixli, № 974/g nömrəli, xx.xx.2024-cü il tarixli, № 73 g nömrəli məktubundan və “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin sürətindən görünür ki, mərhum Cavabdeh1 Şovkat qızından miras qalmış əmlaka onun qanun üzrə vərəsələri olan Cavabdeh2 və Cavabdeh3 vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə Cavabdeh1 Şovkət qızı vəfat etdiyindən onun qanun üzrə vərəsələri olan Cavabdeh2 və Cavabdeh3 iddiaçı qarşısında müştərək qaydada məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş Salyan RİHB-nın Qaraçala kənd İƏN-yi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli arayışdan görünür ki, mərhum Cavabdeh1 Şovkət qızına məxsus Salyan rayonu Qaraçala qəsəbəsində fərdi yaşayış evi var. Həmin evdən qızı X5 istifadə edir. Mərhumun iki vərəsəsi var. X3 evlidir. Cavabdeh3 subaydır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh1 Şovkət qızı bankdan pul götürmüş, lakin xx.xx.2020-ci il tarixində ölmüşdür. Cavabdeh1 Şovkət qızının qanun üzrə vərəsələri Cavabdeh2 və Cavabdeh3 müəyyən edilmişdir. Ona görə də iddiaçı haqlı olaraq onlara qarşı iddia tələbi irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən, «öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 76,06 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2664,44 manat əsas, 48,95 manat faiz, dəbbə borcuna görə 0 manat, cəmi 2713,39 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar