Məhkəmə qərarları › İş №2(057)-341/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-341/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-341/2023 01.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X6 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Cavabdeh, nümayəndəsi vəkil X3 iştirakı ilə, borcun tutulması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldıraraq cəmi borcu 9475.01 manat bundan 2902.50 manat əsas, 3538.02 manat faiz, 2620.49 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plenum qərarına əsasən hesablanmış 414 manat faiz borcu və iş üzrə ödənilmiş 114.76 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 iddiasını onunla əsaslandırmışdır ki, ”Dəmirbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 000300 №-li Bank Xidmətləri Müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixində 5 saylı Əlavə saziş bağlanaraq cavabdehə 24 ay müddətinə illik 29 faiz dərəcəsi 3000 manat məbləğində kredit verilmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. 9475.01 manat bundan 2902.50 manat əsas, 3538.02 manat faiz, 2620.49 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plenum qərarına əsasən hesablanmış 414 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən, Ləğv prosesində olan İddiaçı ASC cəmi borcu 9475.01 manat- bundan 2902.50 manat əsas, 3538.02 manat faiz, 2620.49 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plenum qərarına əsasən hesablanmış 414 manat faiz borcu borcu və iş üzrə ödənilmiş 114.76 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı ASC-də 2017-ci ilin oktyabr ayında 3000 manat kredit götürmüş və bir ay ödəniş etdikdən sonra bank bağlanmış və pulu ödəyə bilməmişdir.Daha sonra Əmanətlərin sığortalanması fondundan ona zəng olunaraq 9700 manatdan çox məbləğ ödəməsini tələb etmişlər.Cəmi 170 manat ödəniş etmiş, əsas borcu və faizi ödəməyə heç bir etirazı yoxdur.Hazırda işləmir, banka olan borcunu hissə ilə ödəməyə razıdır.İddianın cərimə və digər faiz hissədə qəbul etmir, ona görə də iddianı həmin hissədə rədd olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi vəkil X5 cavabdehin dedikləri ilə razılaşaraq bildirmişdir ki, İddiaçı ASC-nin lisenziyası ləğ olunmuşdur. Cavabdeh dəfələrlə pulunu ödəmək istəmiş, lakin 6 il keçəndən sonra Ləğv prosessində olan Dəmirbank ASC məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı tələbi mülki qanunvericilyin tələblərinə ziddir, hesab edir ki, iddia müddətini iddiaçı ötürmüş və həmin səbəbdən iddianın rədd olunması və ya ekspert rəyi nəzərə alınmaqla güzəşt edilməklə az miqdarda təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi vəkil X5 eyni zamanda iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 000300 №-li Bank Xidmətləri Müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixində 5 saylı Əlavə sazişdən görünür ki, cavabdehə 24 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka 2902.50 manat əsas borc, 3538.02 manat faiz borcu, 2620.49 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 414 manat faiz borcu olmaqla, cəmi 9475.01 manat məbləğində borcu vardır. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh banka olan kredit borcunun ödənilməsinin zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli, 9/8616 saylı ekspert rəyindən görünür ki, Cavabdeh müqavilə müddətinin bitmə tarixinə-yəni xx.xx.2022-ci il tarixə əsas borc üzrə 2902.50 manat , faiz borcu üzrə 2024.49 manat borcu olması müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan pul götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə cavabdehin əsas borcu ilə bağlı hissədə iddia ərizəsində göstərilən məbləğlə və faiz borcu ilə bağlı ekspert rəyində göstərilən məbləğlə razılaşır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatıəqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə kredit borcu 2902.50 manat mütənasib olmadığından 2620.49 manat məbləğində cərimə pulunun 100 manat məbləğinə azaldılması məqsədəuyğundur. Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 414 manat məbləğin tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf borc məbləği ona vaxtında qaytarıldığı təqdirdə, bu məbləği tez bir zamanda daha yüksək faizlə istifadə edə biləcəyini konkret şəkildə əsaslandırmadığı və məhkəməyə müvafiq sübutlar təqdim etmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh nümayəndəsi vəkil X3 iddia müddətinin tətbiqi barədə vermiş olduğu ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia müddəti müqavilə müddəti bitdikdən sonra 3 il keçdikdən sonra bitmiş olur.Lakin iddiaçı həmin müddət keçmədən məhkəməyə müraciət etmiş və cavabdehdən banka olan borcu tələb etmişdir. Məhkəmə istər cavabdehin və istərsə də onun nümayəndəsinin iddia müddəti əlaqədar bağlı dedikləri ilə razılaşmır, iddia müddətinin axımı qanunda qeyd olunmuş və həmin müddət keçəməmişdir. Cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı yanaşması səhvdir.Ona görə də məhkəmə onun dediklərini əsassız hesab edərək təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsində qeyd olunmuşdur ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsində qeyd olunmuşdur ki, ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.1-ci maddəsində qeyd olunmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu,VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2902.50 manat əsas borc, 2024.49 manat faiz borcu, 100 manat cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 63.06 manat tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu,VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında komputerdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar