Məhkəmə qərarları › İş №2(057)-35/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-35/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-35/2023 20.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə kredit borcun qaytarılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y YƏ N E T D İ : Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh və X1 ödənilməmiş 1867,23 manat əsas, 1093,15 manat faiz,1093,60 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 282,36 manat faiz məbləği olmaqla, cəmi 4336,34 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosessində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Anar Nəcəf-zadə məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini tam müdafiə etdiklərini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 bildirmişdir ki, nümayəndəsi olduğu şəxsin İddiaçı ASC-dən nə vaxt kredit götürməsi barədə məlumatı olmamışdır. Müqavilədə məbləğin neçə manat qeyd olunmasını bilməmiş, lakin cavabdeh 1550 manat pulu almışdır. Kreditin ödənilməsi üçün cavabdehin kartı bankda saxlanılmış, həmin kartdan ayda neçə manat pul çıxarılması barədə məlumatı olmamışdır. Sonra bank kartının içində 117 manat olmaq şərti ilə kartı onlara geri qaytarmışlar. Bankdan təmizlik kağızı istəsələr də, bank bağlı olduğu üçün təmizlik kağızının verilməsinin mümkün olmadığını bildirmişlər.Pul tam ödənilmiş və anası Cavabdeh pensiya kartı ona geri qaytarılmışdır.Cavabdehin banka heç bir borcu olmamış, olsa belə iddiaçı iddia müddətini ötürmüşdür.Odur ki, iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə Cavabdeh nümayəndəsi X3 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, hazırki iş üzrə iddiaçı Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia müddətini ötürdüyünü, iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2015-ci il tarixli, 643/15 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik 28 % faiz dərəcəsi ilə 2300 manat kredit verilmişdir. Məhkəmədə elan olunmuş 16 iyul 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, bankla borclu arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən X4 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmədə elan olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixinə 1867,23 manat əsas borc, faiz borcu üzrə 1093,15 manat, cərimə borcu 1093,60 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 282,36 manat, cəmi 4336,34 manat borcu vardır. Məhkəmədə elan olunmuş Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 14 avqust 2020-ci il tarixli, 407 saylı arayışdan görünür ki, X4 26 oktyabr 2019-cu ildə ölmüşdür. Ölüm haqqında 31 oktyabr 2019-cu il tarixli, 41 nömrəli akt qeydi tərtib olunmuşdur. Məhkəmədə elan olunmuş bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş,əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı ilə cavabdehlər arasında xx.xx.2015-ci ildə müvafiq olaraq kredit və zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti 24 ay müəyyən edildiyindən cavabdehlər müqavilədə qeyd olunmuş şərtləri həmin müddət ərzində tam icra etməmiş və iddiaçı qeyd olunan müddətdən, yəni müqavilədə qeyd olunmuş müddət bitdikdən sonra 3 il ərzində cavabdehlərə qarşı iddia qaldırmamış və həmin müddəti ötürdükdən sonra iddia ilə məhkəməyə müraciət etmişdir.Göründüyü kimi iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia vermiş, qarşı tərəf də iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin qərara əsasən Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və X1 ödənilməmiş 1867,23 manat əsas, 1093,15 manat faiz,1093,60 manat cərimə kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 282,36 manat faiz məbləği olmaqla, cəmi 4336,34 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosessində olan Zaminbank» ASC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar