Məhkəmə qərarları › İş №2(057)-350/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-350/2024

22.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-350/2024 22.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi vəkil X1 iştirakı ilə pul tələbi barədə mülki işə 22 aprel 2024-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh ona vurduğu ziyanın əvəzi olaraq 9560 manat məbləğində pul və dövlət rüsumu kimi tərəfindən ödənilmiş 166 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı bildirmişdir ki, cavabdehi bacısı Asudənin vasitəsi ilə tanımışdır.2021-ci ildən başlayaraq Şüşəxanıma faizə pul vermişdir.Ona birinci dəfə 2021-ci ildə 200 manat pulu 15 faizə vermişdir.Cavabdeh həmin borcunu 2 ay ərizində bağlamışdır.Cavabdehə 2021-ci ildən başlayaraq 2022-ci il tarixə kimi dəfələrlə müxətəlif məbləğlərdə; 500, 1000, 400 manat məbləğlərdə 15 faizə pul verərək həmin məbləğ 9700 manat olmuşdur.Cavabdeh faizləri vaxtında vermişdir.Borcu 3000 manat olduqdan sonra Şüşəxanım faizləri verməkdən imtina etmişdir.Ona görə pul şişərək 9700 manat olmuşdur.2021-ci ildən 2022-ci ilə kimi olan müddət ərzində cavabdehin kartına pul vurmuşdur.Vurduğu məbləğlər 9700 manat olmuşdur. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki,iddiaçını 5 ilə yaxındır k, tanıyır, ondan faktiki olaraq nə vaxt və hansı məbləğdə pul alması yadında qalmamışdır.İddiaçının tələb etdiyi məbləğ dediyi kimi deyil, 4700 manat olmuş və həmin məbləği də artıqlaması ilə qaytarmışdır. Beynəlxalq Bankdakı hesabından iddiaçının kart hesabına ödəniş etmişdir.Ona görə də verilmiş iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəməyə vəsatətlə müraciət edərək təqdim edilmiş ABB ASC-dən ******************** hesab nömrəsi ilə iddiaçıya məxsus kartdan 03 mart 2021-ci il tarixədən 03 mart 2024-cü ilədək olan dövr ərzində hesabdan çıxarışda tərəfindən göndərilmiş pul məbləğlərinin iddiaya məxsus kart və digər başqa şəxslərin kart hesablarına ad soyad və ata adı göstərməklə məlumatların təqdim edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məkəməyə ünvanladığı digər ərizəsində bildirmişdir ki, İddiaçı ona 9700 manat deyil, 4700 manat pul vermiş və həmin pulu qaytarmışdır.Bu hal ABB ASC-dən ******************** hesab nömrəsi ilə iddiaçıya məxsus kartdan 03 mart 2021-ci il tarixədən 03 mart 2024-cü ilədək olan dövr ərzində hesabdan çıxarışla öz təsdiqini tapmışdır.Hesabdakı çıxarışa nəzər salsaq D əməliyyatlarından pul köçürmələrini oxumaq mümkündür.İddiaçı bilərəkdən 800 manat ödədiyini bildirsə də götürdüyü pul qaytardığını təsdiq edən qəbzi təqdim etməmişdir.Hesabdakı çıxarışda 2021-2023-cü ilin sonuna qədər olan ödənişlər etdiy aşkar görünür. ABB ASC-dən ******************** hesab nömrəsi ilə iddiaçıya məxsus kartdan 03 mart 2021-ci il tarixədən 03 mart 2024-cü ilədək olan dövr ərzində hesabdan çıxarışda tərəfindən göndərilmiş pul məbləğlərinin iddiaya məxsus kart və digər başqa şəxslərin kart hesablarına ad soyad və ata adı göstərməklə məlumatların təqdim edilənə qədər işin dayandırılmasını xahiş etmişdir. Eyni zamanda iş üzrə İddiaçı məhkəməyə ərizə verərək iş üzrə sübutların tam hazır olmaması səbəbindən sənədlərin qaytarılması və iddianın baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə verdiyi ərizəsində iddianın baxılmamış saxlanmasına etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı ödədiyi 116 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar