Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-353/2023 17.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində bildirmişdir ki, Cavabdeh ona 4000 manat məbləğində pul borcludur. Təxminən bir ildir ki, 4000 manat pulu borc kimi cavabdeh almış və aldığı borcu hələdə qaytarmamışdır. Verdiyi borc pulu geri istəyəndə imkanı olan kimi qaytaracağını bildirmiş və hazırda maddi vəziyyəti düzəlməmişdir. Düzələn kimi ödəyəcəyini desə də hələdə pulu qaytarmamışdır. Dəfələrlə borcunu qaytarmadıqda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədi ilə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmiş, lakin yenədə pulu ödəməmişdir. Salyan rayon Polis şöbəsində araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə izahat verərək borclu olduğunu etiraf etmişdir. Cavabdeh iltizam yazaraq xx.xx.2022-ci il tarixinədək borcunu ödəyəcəyinə söz vermiş, əks təqdirdə barəsində tətbiq olunacaq hər hansı məsuliyyət tədbirinə etirazı olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 4000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 60 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan RPŞ-nin rəisi X2 şəhəri, F.Məlikov küçəsi, ev 16 ünvanında yaşayan İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli,182-19644Q-3222 nömrəli məktubunun surətindən görünür ki, müraciətdə qeyd etdikləri xüsusatlar mülki hüquq normaları ilə tənzimləndiyi üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İş materiallarında olan Salyan şəhəri, F.Məlikov küçəsi, ev 16 ünvanında yaşayan İddiaçı tərəfindən Salyan RPŞ-nin rəisi, polis-polkovniki Nəzər Əsgərova ünvanlandığı ərizəsindən görünür ki, Salyan şəhər sakini Cavabdeh təxminən bir il əvvəl 4000 manat borc pul verməyinə baxmayaraq, bu günə kimi pulunu qaytarmaqdan imtina etmişdir. Pulunun Səadətdən alınmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Salyan RPŞ-yə verilmiş izahatın surətindən görünür ki, Salyan şəhəri, F.Məlikov küçəsi, ev 16 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci ildə əvvəllər tanımadığı yaxın yoldaş münasibətdə olduğu Salyan şəhər sakini Cavabdeh Salyan rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Səadət bir il əvvəl evinə gedərək ondan 15 gün ərzində qaytarmaq şərtilə 4000 manat pul istəmiş və həmin pulu ona inandığı üçün şahid yanında vermişdir. 15 gün müddət keçdikdən sonra onunla telefonla və üzbəüz danışaraq pulunu istəmiş və indi pulu olmadığını olanda qaytaracağını bildirmişdir. Həmin vaxtdan 11-12 ay küçməsinə baxmayaraq, hələdə borcunu qaytarmamışdır. İş materiallarında olan Cavabdeh tərəfindən Salyan RPŞ-yə verilmiş izahatın surətindən görünür ki, ünvan 5 ünvanında yaşayır. İddiaçı tərəfindən Salyan rayon Polis Şöbəsinə barəsində verilmiş xx.xx.2022-ci il tarixli müraciəti ilə tanış olmuşdur. Təxminən bir il bundan əvvəl maddi vəziyyəti yaxşı olmadığı üçün İddiaçı ümumilikdə 6000 manat pul götürmüşdür. Həmin puldan 2000 manatını qaytarmış və 4000 manatını isə imkanı olmadığı üçün sentyabr ayının axırında qaytaracağını bildirmişdir. Lakin İddiaçı onunla razılaşmayaraq, qalan 4000 manat pulu tez zamanda istədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh, İddiaçı olan 4000 manat borcunu 2022-ci ilin sentyabr ayının otuzuna kimi ödəyəcəyinə söz vermişdir. Əks təqdirdə barəsində tətbiq olunacaq hər hansı məsuliyyət tədbirinə etirazı yoxdur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət nəfinə 60 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd olunmuşdur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233, 284- 1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pul tutulub İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-353/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-353/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver