Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-355/2025 27.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Aşağı Noxudlu kəndində yaşayır. O, cavabdehi atası Əlipaşa vasitəsilə tanımışdır. Münasibətləri həmişə yaxşı olmuş, gediş-gəlişləri olmuşdur. Cavabdeh 2023-cü ilin yay aylarında ondan borc pul istəmişdir. O da cavabdehi tanıyıb inandığına görə 2023-cü ildə ayrı-ayrı vaxtlarda cəmi 1000 manat pulu ona vermişdir. Cavabdeh həmin pulu 1 həftəyə qaytaracağına söz versə də, lakin indiyə kimi qaytarmamışdır. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunu qaytarmasını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. Məcbur olun cavabdeh barəsində Salyan RPŞ-nə şikayət etmişdir. Polis Şöbəsindən ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bu səbəbdən məcbur olub, məhkəmədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə və AZEMİS vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı məhkəmə aparatının əməkdaşı cavabdehin adına olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılmış, özünü Cavabdeh kimi təqdim edən şəxs bildirmişdir ki, iddia ərizəsi ilə tanışdır, İddiaçıdan hissə-hissə olmaqla 950 manat borc pul almışdır. Hazırda Bakı şəhərində yaşayır və işləyir. Maddi imkanı olmadığı üçün məhkəmə iclasına gələ bilmir, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş edir. Barəsində məhkəmənin 3 icra sənədi var, həmin işlər üzrə də ödənişlər etdiyindən İddiaçıya olan borcunu ödəyə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borclu olduğu 1000 manat pulu 10 gün müddətində ödəməsə aidiyyəti üzrə inzibati orqanlara şikayət edəcəkdir. Salyan RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı borc pulun qaytarılmaması ilə bağlı xüsusatların araşdırılmasının məhkəmə səlahiyyətlərinə aid olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş İddiaçının istifadəsində olan mobil telefonda “Toğrul Tahir o” adlı şəxs arasında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə aparılan yazışmaların qeyd olunduğu 3 A4 vərəqində olan məlumatlardan görünür ki, 150, 150, 600, 30 və 20 manat borcu olduğu məzmunundadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2023-cü ilin yay aylarında iddiaçıdan borc pul istəmiş, İddiaçı ona ayrı-ayrı vaxtlarda 150, 600, 150, 30 və 20 manat olmaqla, cəmi 950 manat borc pul vermiş, Cavabdeh pulu yaxın vaxtlarda qaytaracağını bildirsə də, hazırkı vaxta qədər borcunu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən pulunu qaytarmasını tələb etsə də o, pulu qaytarmamışdır. Həmçinin məhkəmə iclas zalında Cavabdeh ilə saxlanılmış telefon əlaqəsi zamanı o, iddiaçıya borcu olduğunu, imkanı olmadığı üçün ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı qaldırdığı iddianın qismən təmin edilməsi məqsədə müvafiqdir. Belə ki, İddiaçı cavabdehin ona 1000 manat borclu olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 950 (doqquz yüz əlli) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 (otuz) manat pul alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 950 (doqquz yüz əlli) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-355/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-355/2025
27.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver