Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-363/2025 05.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1450 manat (bir min dörd yüz əlli) məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 35 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2500 manat xeyir işi üçün borca pul vermiş, cavabdeh də öz növbəsində xeyir işi qurtarandan sonra borcunu qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin borcdan 1050 manatı qaytarmış, qalan 1450 manatı qaytarmamışdır. Məcbur olaraq, onun barəsində 2024-ci ilin iyun ayının axırında Salyan rayon Polis Şöbəsinə müraciət etmişdir. Salyan rayon Polis Şöbəsində cavabdehin izahatı alınmışdır. Həmin izahatında borclu olduğunu təsdiq etmişdir. Dəfələrlə cavabdehə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hər dəfə borcunu ödəyəcəyini bildirmiş, lakin bu günə kimi borcunu ödəməmişdir. xx.xx.2024-cü il tarixdə yenə Salyan rayon Polis Şöbəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına məktub göndərilmişdir. Ona görə də, Cavabdeh 1450 manat (bir min dörd yüz əlli) məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 35 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləşinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; İddiaçı tərəfindən Salyan Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, 6-7 ay bundan əvvəl Cavabdeh adlı şəxsə 2500 manat borca pul vermiş, lakin hazırki dövrə kimi borcunu geri qaytarmamışdır. Salyan Rayon Polis Şöbəsi tərəfindən 12 noyabr 2024-cü il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə DİN-nin 102 Xidməti Zəng mərkəzinə, xx.xx.2024-cü il tarixdə isə Salyan RPŞ-nə etdiyi müraciətə baxılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətdə qeyd olunan xüsusatlar mülki hüquq normaları tənzimləndiyi və məhkəmə səlahiyyətinə aid olduğu qeyd olunmuşdur. İddiaçı Salyan Rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatından görünür ki, Cavabdeh onun uzaqdan qohumudur. Əbülfət öz oğluna kiçik toy etmək üçün ondan borca pul istəmişdir. Bu səbəbdən cavabdehə 2500 manat borca pul vermişdir. Cavabdeh borcundan hissə-hissə ödəniş etmiş və 1450 manat borclu qalmışdır. Cavabdehə dəfələrlə borclu qaldığı pulu tələb etməyinə baxmayaraq, müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Məcbur qalaraq, onun barəsində Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. İş üzrə Cavabdeh Salyan Rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatından görünür ki, 2022-ci il tarixdə 2500 manat pulu İddiaçı yox, onun tanışından almışdır. Sonradan pulun Ruhəngizə aid olduğunu bilmişdir. Ruhəngizə bu vaxta qədər borcundan 650 manat qaytarmış, qalan borcunu qaytara bilməmişdir. İddiaçıya borcunun olduğunu etiraf edərək, hissə-hissə ödəyəcəyinə söz vermişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci ildə 2500 manat xeyir işi üçün borca pul vermiş, cavabdeh də öz növbəsində xeyir işi qurtarandan sonra borcunu qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin borcdan 1050 manatı qaytarmış, qalan 1450 manatı qaytarmamışdır. Cavabdehə dəfələrlə borclu qaldığı pulu tələb etməyinə baxmayaraq, o, müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Cavabdeh Salyan Rayon Polis Şöbəsində vermiş olduğu izahatında borcunu etiraf etmiş, hissə-hissə qaytaracağına söz versə də, borcunu bu günkü günə qədər qaytarmamışdır. Cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş və həmin öhdəliyi icra etməyərək mülki qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia qanuni və əsaslıdır, bu səbəbdən də təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, hazırkı iş üzrə tərəflər arasında borc müqaviləsi münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Tərəflər arasındakı borc müqaviləsi predmetinin məbləği üç min manatdan aşağı olduğu üçün bu müqavilənin yazılı formada bağlanmasına zərurət olmamışdır. İddiaçı cavabdehə borc pul verməyi öhdəsinə götürmüşdür. O, üzərinə düşən vəzifəni yerinə yetirsə də, cavabdeh üzərinə düşən vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 35 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1450 manat (bir min dörd yüz əlli) pul və ödənilmiş 35 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-363/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-363/2025
05.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver