Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-368/2023 25.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddia tələbi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli 2(106)-2406/2016 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq Əliyeva (Həsənova) Aygün Fəxrət qızına verilməsi hissəsində dəyişdirilərək artırılması, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2013-cü il tarixdə qeydə aldıraraq evlənmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2014-cü il təvəllüdlü X11 doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-1470/2016 saylı, 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə aralarında 11 oktyabr 2013-cü il tarixdə Salyan rayon Qaraçala qəsəbəsində 48 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X11 nikah pozulduqdan sonra Əliyeva (Həsənova) Aygün Fəxrət qızının yanında qalması və uşağın yetkinlik yaşına çatana qədər xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 75 manat alimentin iddiaçı Cavabdeh alınıb ona verilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin qətnaməsinin aliment hissəsindən narazı olduğu üçün apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2(106)2406/2016 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 dekabr 2016cı il tarixli, 2(106)2406/2016 saylı qətnaməsi ilə təyin edilmiş aliment uşağın təlabatı üçün uyğunlaşmır. Hazırda heç bir yerdə işləmir. Odur ki, alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda o, izahatında göstərdi ki, uşağın tələbatı artmışdır, məşğələyə gedir, hər ay məktəbə aparan avtomobilin sürücüsünə 20 manat pul ödəyir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, uşaqla görüş tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qətnaməsi olmasına baxmayaraq, iddiaçı uşaqla ünsiyyətdə olmasına maneəçilik yaradır. Alimentin artırılmasına razı deyildir. İkinci dəfə ailə qurmuşdur və həmin nikahından 2 azyaşlı uşağı vardır. Həyat yoldaşı Əfsanə Cabbarova bel yırtığından əziyyət çəkir, onun daimi müalicəyə ehtiyacı var. Atası vəfat etmişdir. Anası yataq xəstəsidir və onun himayəsindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə İddiaçının və Cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab ediri ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 266148 №-li X7 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında olan nikah pozulmuşdur və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin iyun ayının 29 günündə 63 nömrə ilə qeyd edilmişdir. İş materiallarına olan Şirvan Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2(057)-2(106)2406/2016 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Əliyeva (Həsənova) Aygün Fəxrət qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)1470/2016 saylı 22 avqust 2016-cı il tarixli qətnaməsi tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə müraciət olunan xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 75 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh alınaraq cavabdeh Əliyeva (Həsənova) Aygün Fəxrət qızına verilməsi hissəsində alimentin məbləği dəyişdirilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh alınaraq cavabdeh Əliyeva (Həsənova) Aygün Fəxrət qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 245180 №-li X1 surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah Salyan rayonu, Qaraçala qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində 09 mart 2018-ci il tarixdə, 06 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan X2 surətlərindən görünür ki, Cavabdeh X4 ilə olan birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq, uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ilin yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkməsi, uşağın böyüməsi ilə bağlı təlabatının artması, uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2(057)-2(106)2406/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrinə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2(057)-2(106)2406/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 39.20 manat dövlət rüsumu tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-368/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-368/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver