Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-37/2024 14.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X11 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, kredit borcun ödənilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y YƏ N E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Kazımov Ziyafət Fərzulla oğlu, X6, X5, X12, X4 qarşı vermiş olduğu iddia ərizəsində göstərmişdir ki, Kazımov Ziyafət Fərzulla oğluna AccessBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 022L**********08 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Kazımov Ziyafət Fərzulla oğlu AccessBank QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 022R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 022R**********8 saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kazımov Ziyafət Fərzulla oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır.Kazımov Ziyafət Fərzulla oğlu götürdüyü kredit borcundan 3144.79 manat ödəmiş, onun 2855.21 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Kazımov Ziyafət Fərzulla oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 1606 gün üçün hesablanmış faiz borcu 0 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 1606 gün üçün hesablanmış cərimə 0 manat təşkil edir. Göstərilənlərə əsasən cavabdehlər Kazımov Ziyafət Fərzulla oğlu, X6, X5, X12 və X2 xx.xx.2014-cü il tarixli 022R********** saylı kredit razılaşması üzrə 2855.21 manat məbləğində kredit borcu, 0 manat məbləğində faiz borcu və 0 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 2855.21 manat ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X8 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə işə sonuncunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Kazımov Ziyafət Fərzulla oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məkəmə bildirişi göndərilmiş, lakin cavabdehin qeydiyyatda olduğu ünvandan köçməsi barədə konvertin üzərində qeyd olunmaqla bildiriş məhkəməyə qaytarılmışdır.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məkəmə bildirişi göndərilmiş, lakin cavabdehin qeydiyyatda olduğu ünvandan köçməsi barədə konvertin üzərində qeyd olunmaqla bildiriş məhkəməyə qaytarılmışdır.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Digər cavabdeh X6 17 noyabr 2018-ci ildə vəfat etdiyindən onun iştirakı mümkün olmamışdır. Məhkəmədə elan olunmuş İddiaçı QSC-si ilə Kazımov Ziyafət Fərzulla oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 022L**********8 saylı uzunmüddətli kredit müqaviləsi görə 120 ay xx.xx.2024-cü il müddətinə 50.000,0 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC-si ilə Kazımov Ziyafət Fərzulla oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 022R********** saylı kredit müqaviləsinə görə illik 27% olmaqla 24 ay müddətinə yəni, xx.xx.2017-ci il tarixinədək 6000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC-si ilə Kazımov Ziyafət Fərzulla oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli 022R********** saylı kredit müqaviləsi üzrə 18 yanvar 2016-cı il tarixdə 022R**********S saylı saziş müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əlavə edilmiş aylıq ödəniş planında dəyişiklər edilərək kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixinədək müəyyən edilmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2014-cü il tarixli 022R********** saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, bankla borclu arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən X6, X5, X12, X7 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Kazımov Ziyafət Fərzulla oğlu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmədə elan olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixinə 2855.21 manat əsas borc, faiz borcu üzrə 0 manat, cərimə borcu 0 manat olmaqla, cəmi 2855.21 manat borcu vardır. Məhkəmədə elan olunmuş Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 noyabr 2018-ci il tarixli, akt qeydindən görünür ki, iş üzrə cavabdeh X6 17 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə elan olunmuş bildirişin surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. Məhkəmədə elan olunmuş 19 mart 2024-cü il tarixli, 9/1790 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 022R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq cavabdeh Kazımov Ziyafət Fərzulla oğlunun iddiaçı AccessBank» QSC -yə 3711.44 manat əsas, 793.48 manat faiz borcu, müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh Kazımov Ziyafət Fərzulla oğlu bankdan pul götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatıəqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0-cı maddəsində qeyd olunmuşdur ki, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki işə əlavə olunmuş sənədlərdən aydın olmuşdur ki, iddiaçı cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmaqla tələb irəli sürmüşdür. Göründüyü kimi iddiaçı zaminə qarşı iddia irəli sürməklə qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də iddia tələbi zaminlər X5, X12, X4 aid olan hissədə rədd olunmalıdır. Həmçinin məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X6 17 noyabr 2018-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Kazımov Ziyafət Fərzulla oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Kazımov Ziyafət Fərzulla oğlundan xx.xx.2014-cü il tarixli 022R********** saylı kredit razılaşması üzrə 2855.21 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülsün. İddia qalan hissədə X6, X5, X12 və X4 aid olan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Kazımov Ziyafət Fərzulla oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-37/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-37/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver