Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3722/2025 17.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3.300 manat məbləğində pulun və 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Neftçala rayonu, Qırmızıkənd kəndində yaşayır. Evinin həyətində özüməməxsus ərzaq mağazası var. Cavabdeh ərzaq və tütün məhsullarının alqı-satqısı ilə məşğul olur və ondan bir neçə dəfə mal almışdır. Aralarında bununla bağlı hər hansı problem olmamışdır. 04 yanvar 2025-ci il tarixdə cavabdeh zəng edərək gömrükdə siqaret mallarının olduğunu, həmin malları gömrükdən çıxarması üçün pulunun çatmadığını bildirib ondan pul istəmiş və siqaret gətirəcəyini bildirmişdir. 05 yanvar 2025-ci il tarixdə cavabdeh ona məxsus mağazaya gələrək 3.750 manat məbləğində pulu şəxsən alaraq çıxıb getmişdir. Təxminən 5-6 saat sonra cavabdehə zəng etsə də, onun mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra vəziyyətdən şübhələnərək 06 yanvar 2025-ci il tarixdə cavabdehin atası Əlizadə Kazımovun mağazasına getmiş və atasına bütün bu olanları danışdıqdan sonra ona oğlu Toğrulla əlaqə saxlaya bilmədiyini bildirmişdir. Daha sonra atasına artıq siqaret məhsullarını istəmədiyini bildirərək, pulunun geri qaytarılmasını istəmişdir. 3-4 gün sonra özünü Toğrulun dostu kimi təqdim edən və adını bilmədiyi bir nəfər şəxs mobil telefonuna zəng edərək Toğrulun əlaqə saxlaya bilmədiyini, lakin pulu qaytaracağını demişdir. Cavabdeh "WhatssApp” sosial şəbəkəsi vasitəsilə bir neçə dəfə əlaqə saxlasa da, müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. Bundan sonra hər ay 300 manat ödəyəcəyini bildirmiş və 1 ay 250 manat, növbəti ay 200 manat pul verdikdən sonra geri qalan 3.300 manatı qaytarmamışdır. Buna görə də Neftçala Rayon Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh həqiqətən borclu olması halını etiraf etmişdir. Bundan başqa cavabdehə pul verməyi mağazada olan kamera görüntüləri vasitəsilə də təsdiq olunur. Cavabdehdən dəfələrlə borcunu tələb etməyinə baxmayaraq bugünə qədər borcunu qaytarmamışdır.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Neftçala RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Araz Fərəcov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 13 iyul 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, araşdırma zamanı izahatı alınan Cavabdeh verdiyi izahatda bildirmişdir ki, ailəsi ilə birlikdə Salyan şəhəri, Əliağa Kürçaylı küçəsində yaşayır. Hal-hazırda telefon aksesuarlarının al-veri ilə məşğuldur. İddiaçıı 6 il müddətdir ki, tanıyır. Barəsində verdiyi şikayət ilə tanış olmuşdur. Əvvəllər aralarında siqaret, ariel və xırdavat mallarının alqı-satqısı olmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə İddiaçıı yığaraq ucuz xırdavat mallarının olduğunu demişdir. İddiaçı həmin siqaret, telefon aksesuarları və qarışıq mallarını alacağını bildirmişdir. Malları İddiaçı yaşadığı ünvana aparmışdır. İddiaçı çox mal istədiyini demiş və onun Neftçala rayonu, Qırmızıkənd kəndində yaşadığı ünvanda ondan 3750 manat pul götürmüşdür. Pulu götürmüş və sabahı yaxud da 2 gün sonra malını gətirəcəyini demişdir. Bundan sonra malı gətirə bilməmiş və İddiaçı demişdir ki, gömrükdə siqaret və xırdavat malı var və həmin mallar gəldikdə gətirəcəkdir. Aldadıldığı üçün gömrükdə olan mallarını götürə bilməmiş və ziyan etmişdir. Bundan sonra İddiaçılə telefonla danışıq zamanı demişdir ki, hal-hazırda işləmir və işə çıxdığı vaxt hissə-hissə də olsa pulunu qaytaracaqdır. İddiaçı də həmin təklifilə razılaşmışdır. İddiaçı kartına 2025-ci ilin aprel ayında 250 manat pul, may ayında 200 manat pul göndərmişdir. Lakin bu ay xəstə olduğu üçün işə çıxmamış və həmin məbləğdə pulu göndərə bilməmişdir. İddiaçı pulunu hissəhissə olsa da qaytaracaqdır. Aylıq 200 manat həmin borcundan İddiaçı göndərəcəkdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 29 yanvar 2026-cı il tarixli ərizədən görünür ki, iddianı qəbul edir və təmin olunmasına etiraz etmir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı hazırkı iddia üzrə 52.60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh iddiaçıya məxsus mağazaya gələrək ondan 3.750 manat məbləğində borca pul almışdır. Borcundan hər ay 300 manat ödəyəcəyini bildirsədə, bir ay 250 manat, növbəti ay 200 manat pul verdikdən sonra geri qalan 3.300 manatı qaytarmamışdır. Qalan borcunu qaytaracağına söz versə də, bugünkü günə qədər qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmişdir. Odur ki, məhkəmə cavabdehin etirafı və iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia qanuni və əsaslıdır, bu səbəbdən də təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən, əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 52.60 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3.300 manat məbləğində pul, ödənilmiş 52.60 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat pul və ödənilmiş 52.60 (əlli iki manat altmış qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-3722/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3722/2025
17.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver