Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-377/2023 16.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Əsgər oğluna qarşı “reqres qaydada pulun tutulması“ tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Əsgər oğluna qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əsgər oğlundan 21 yanvar 2016-cı il tarixdən 28 noyabr 2022-ci il tarixə qədər cavabdehin "xxxx" ASC-nin Cəlilabad Filialından götürdüyü kreditin ödənişi olaraq ödəmiş olduğu 4433,58 manat pul vəsaiti və ödənilmiş 64,34 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Əsgər oğlu onun qardaşıdır. "xxxx" ASC-nin Cəlilabad Filialı ilə cavabdeh Zülfi Əkbərov arasında 19 noyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və kredit götürmüşdür. Kredit təminatı olaraq həmin tarixdə bank ilə onun arasında zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit ödənişlərini vaxtlı-vaxtında ödəməmiş, bu səbəbdən də xx.xx.2016-xx.xx.2022-ci il tarixləri arasında əmək haqqından ümumilikdə 4433,58 manat pul tutulmuşdur. Odur ki, Cavabdeh Əsgər oğlundan 21 yanvar 2016-cı il tarixdən 28 noyabr 2022-ci il tarixə qədər cavabdehin "xxxx" ASC-nin Cəlilabad filialından götürdüyü kreditin ödənişi olaraq ödəmiş olduğu 4433,58 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 64,34 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh Əsgər oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh Əsgər oğlu izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı onun qardaşıdır. Oğlunun banka borcu olduğu üçün qardaşına olan borcu ödəyə bilmir. 2023-cü ilin iyun ayında başqa borclarını ödəyib qurtaracaq. İyun ayına kimi hər ay iddiaçıya 150 manat ödəniş edəcəkdir. İyun ayından sonra İddiaçıya ödənişin miqdarını artıra bilər. İddia ərizəsinə əlavə olunmuş və iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-133/2016 saylı, 21 yanvar 2016-cı il tarixli İcra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, Cavabdeh Əsgər oğluna və X2 qarşı kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış 19 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh Əsgər oğlundan, İddiaçı, X1 müştərək qaydada 23.944,04 ABŞ dolları əsas kredit borcu, 3725,27 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları penya olmaqla, cəmi 29.669,31 ABŞ dolları borc ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “SHİRVAN OPERATİNG COMPANY LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış olduğu xx.xx.2022-ci il tarixli, 695/12 saylı məktubundan görünür ki, Şirvan şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 1537/10-11 saylı məktubuna əsasən Əlİddiaçı əmək haqqından 2022-ci ilin oktyabr ayında 241.30 manat və noyabr ayında 234.19 manat pul tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən verilən icra vərəqəsi əsasında Əlİddiaçı 4433,58 pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Əsgər oğlu ilə "xxxx" ASC arasında bağlanmış 19 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən kredit götürmüşdür. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməmişdir. Ona görə məhkəmə iddiaçının tələbini əsaslı hesab edərək iddianın təmin olunmasını məqsədəuyğun hesab edir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 64,34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün İddiaçı tərəfindən ödənilmiş cəmi 64,34 manat məbləğində dövlət rüsumu Cavabdeh Əsgər oğlundan alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı zamin kimi öhdəliyin icrasını həyata keçirdiyindən və kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən Cavabdeh Əsgər oğlundan 4433,58 manat məbləğində "xxxx" ASC-nə ödənilmiş pul və 64,34 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 213-214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh Əsgər oğlundan 4433,58 manat və 64,34 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4497,92 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-377/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-377/2023
16.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver